SON DƏQİQƏ:

Gülüş hədəfinə gəlməyənlər... - Eminquey yazır

  9691   |  
Şriftin ölçüsü  

İnsan ölsə də, söz ölmür. İnsanın cəmiyyətdə özü haqqında yaratdığı fikir də sözlə ifadə olunur. Və insan ölsə də, özü haqqında qoyub getdiyi fikirlər yaşayır.

Ölkə parlamentə seçki dönəmini yaşayır.

Bir-birindən əcaib, bir-birindən gülməli seçki platformaları, posterləri ilə rastlaşırıq.

Bütün bunlardan ilhamlanıb mən də namizədliyini verməyən məşhur müğənnilərin "namizəd olsaydı” başlığı altında seçki posterlərini düzəltməyə başladım.

Sosial şəbəklərdə xeyli reaksiya gördü bu posterlər və xeyli də paylaşıldı.

Yumor da bütün şeylər kimi xammala əsaslanır.

Əgər müxtəlif fikirlərilə, ya da bir hərəkətilə yadda qalan fiqurdusa, nə əla!

Döşə getsin!

Sözdən söz çıxar...

Məsələn, müğənni Rüfət Axundovun seçki posterində sloqanı mənə görə belə olardı: "Mənə səs verin, səsim yoxdur”.

Bu düzəltdiyim posterlər arasında ən çox reaksiya görənidir.

Hətta dostum aktyor Elcan Rəsulov düzəltdiyim posteri Rüfət Axundovun özünə yollayıb, yazışmanı skrin edib mənə də yolladı. Sağ olsun, özü haqqında düzəltdiyim posteri gülərək cavablayıb.

Yumor hədəfimə Niyaməddin Musayev, Baloğlan Əşrəfov, Elxan Şirinov, Telli Borçalı, Namiq Qaraçuxurlu kimi müğənnilər də düşdü.

Və bütün bu insanlar cəmiyyət üçün maraqlı fiqurlardı.

Onlar təkcə sənətləri ilə yox, həm də bir cümlələri ilə də yadda qalmış insanlardı.

Amma...

Neçə gündür Bilal Əliyevin seçki posterini düzəldə bilmirəm.

Baxmayaraq ki, məni Bilal Əliyevlə bağlı statuslarla da tanıyırlar.

Amma bu seçki posteri ki var, Bilal Əliyevin önündə aciz qalır.

Hansısa bir yadda qalan fikrimi? Eşitməmişik...

Hərəkətimi? Xeyr...

Bircə illərdir dəyişməyən saçları və kostyumu ilə yumora gəlir.

Ki, ona da artıq gülüb qurtarmışıq.

Bütün bunları deməkdə qəsdim odur ki, insanlar, xüsusilə də sənət adamlarının özlərini gizlətməkləri mənə görə sünilikdir. Cəmiyyətdə baş verən proseslərə reaksiya verməmək, ancaq toy dərdində olmaq, necə olur axı? Necə ola bilər ki, insan ömür boyu ətrafında baş verənlər haqqında bir cümlə də deməsin, bir cümlə də olsa, yazmasın.

Sənət adamları özlərini ifadə etməkdən, fikirlərini deməkdən niyə çəkinirlər?

Bəlkə qazandıqları adları itirməkdən qorxurlar?

Bəlkə qazandıqları alqışları itirməkdən qorxurlar?

Bilmirəm...

Hər nədirsə, ciddi məsələdir.

"Mən xalqın yaddaşında ancaq sənətimlə qalacam” deyimi artıq öz istifadə müddətini bitirib.

İstənilən sənətkarın həyatından özləri istəsələr də, istəməsələr də nələrsə yazılır. Ya bir lətifəmi, ya da bir əhvalatmı...

Biraz diri olun, biraz emosiya!

Çəkinməyin fikirlərinizi ifadə etməkdən...

Nə qədər qaynana-gəlin söhbətlərinə güləcəyik?

Gülüş hədəfinə gəlməkdən qorxmayın...

O boyda alim Albert Eynşteyn dilini çölə çıxararaq poz verib şəkil çəkdiribsə o vaxt, siz nədən çəkinirsiz?!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK