İsrail "erməni soyqırımı"nın tanınmasını təsdiqlədi
srail Nazirlər Kabineti qondarma "erməni soyqırımı"nın rəsmi olaraq tanıması təklifini yekdilliklə təsdiqləyib.
Adalet.az xəbər verir ki, qərar artıq təsdiq üçün Knessetə təqdim ediləcək.
Sənəddə vurğulanır ki, İsrail Osmanlı İmperiyasının son illərində törədilmiş "erməni soyqırımı"nı rəsmi olaraq tanıyır və "tarixi həqiqəti inkar etmək, kiçiltmək və ya təhrif etmək" cəhdlərini pisləyir. İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, artıq 32 ölkə "erməni soyqırımı"nı bu və ya digər formada tanıyıb.
Hökumətin qərarını açıqlayan İsrail xarici işlər naziri Gideon Saar bildirib:
"Düzgün işi görmək üçün heç vaxt gec deyil".


Bakı -°C

