Daha 7 tətbiq ilin sonunadək istifadəyə veriləcək
İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.
Adalet.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Birinci vitse-prezidentə məlumat verdi. Qeyd etdi ki, fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Rəqəmsallaşma istiqamətində görülən işlərə toxunan nazir 40 dövlət qurumu ilə Yol xəritələrinin hazırlandığını, onlardan 13-nün artıq təsdiqləndiyini və ya təsdiq mərhələsində olduğunu dedi.
Rəşad Nəbiyev Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verdi, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğuladı. "Mygov" platformasının xidmət dairəsinin genişləndirildiyini, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirdi.
Digər Xəbərlər
29 Iyun 2026 19:36
Bu sahədə kompleks islahatlar hazırlanır
29 Iyun 2026 18:22
Penitensiar xidmətə qulluğa qəbul qaydalarında dəyişiklik edilib - QƏRAR
29 Iyun 2026 17:43
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
29 Iyun 2026 15:55
Əli qabarlı tələbə: yeni nəsil Qarabağda bərkimək istəyir?
29 Iyun 2026 15:16
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi bu statusa malik olacaq
29 Iyun 2026 15:09
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
29 Iyun 2026 12:51
Azərbaycan və Latviyanın səhiyyə nazirləri arasında görüş keçiridi
29 Iyun 2026 12:16


Bakı -°C

