adalet.az header logo
  • Bakı -°C
29 Iyun 2026 17:52
73
HADİSƏ
A- A+

42 yaşlı qadın Pirşağıda dənizdə batdı

Bakıda daha bir nəfər dənizdə batıb.

Adalet.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib.

Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasovanın meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.