SON DƏQİQƏ:

Dünyanın və bizim GÖZƏLLİK seçimimiz...

  21203   |  
Şriftin ölçüsü  

Ötən gün dünya 2019-cu ilin "Kainat gözəli”ni seçdi. ABŞ-ın Corciya ştatının Atlant şəhərində keçirilən finala bütün dünya üzrə milli yarışlardan seçilən 90 iştirakçı qatıldı.

Adalet.az xəbər verir ki, bu dəfə münsiflərə Cənubi Afrikadan təqdim edilən, dövlətini layiqincə təmsil edən 26 yaşlı Zozibini Tunçi seçilib. Maraqlı burasıdır ki, yarışın rəsmi saytında qalib haqqında məlumat verilir və bildirilir ki, o, Cənubi Afrikadan "Kainat gözəli” titulunu qazanan üçüncü qalibdi. İkinci yerə Puerto-Rikodan 24 yaşlı Medison Anderson layiq görülüb. Üçüncü yerdəMeksikadan olan 25 yaşlı Sofiya Araqon qərarlaşıb.

Ən maraqlısı və üzücü olanı isə odur ki, müxtəlif təyinatlı yarışmalarda iştirak edən Azərbaycan bu sahəyə nəsə "barmaqarası” baxıb. Ya "Kainat gözəli”inin seçimlərinə iştirakçı göndərməyiblər, ya da göndərdikləri gözəllər standartlara o qədər "tərs” gəlib ki, heç podiumada çıxarılmadan geri göndərilib.

"Azərbaycan Gözəli-2019"-un 150 nəfər xanım iştirakçısı arasından secilən qalibi Melisa Nuriyevanı görəndən sonra "dünyanın ən zövqsüz gözəllik yarışması” bizim üçün daha məqsədəuyğun yarışmadır-deyə düşündük.

Amma adamın içindən Cənubi Afrika Respublikasına qarşı bir paxıllıq hissi qalxır...Görəsən, bizdə gözəl seçiləndə hansı standartlara, kimin standartlarına uygun yarışma keçirilir...Niyə o, gözəldən bizdə də yoxdu?

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK