SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: ZİRVƏ

  11792   |  
Şriftin ölçüsü  

Tam səmimi deyəcəm. Mənə təqdim edilmiş kitablar arasında tək-tək nəşr nümunələri var ki, onları oxuyanda arxada qalan 60 illik ömür yolum gözümün önündən gəlib keçir. Sanki oxuduğum kitablarla birlikdə mən də 60 il üzü o biri tərəfə, yəni keçib gəldiyim ünvanlara doğru yol gedirəm. Bax, bu mənada barəsində fikirlərimi bölüşəcəyim "Zirvə” də mənim üçün çox önəmlidir. Hətta deyərdim ki, bir istisna təşkil edir. Ona görə ki, həm kitabın müəllifi, həm onun barəsində yazdığı məqamlar, hadisələr, təsvir və tərənnüm etdiyi coğrafi məkanlar, oxucuya yenidən tanıtdırdığı şəxsiyyətlər mənim üçün həm tanış üzlər, tanış isimlər, tanış ünvanlardı, həm də onların bir çoxu barəsində mən də zamanında görüşmək üçün, yaxından tanımaq üçün içimdə arzular yaşatmışam, xəyallar qurmuşam. Bir az kədərli olsa da, o adamlarla əlaqə qurmaq, o adamlarım əlini sıxmaq mənə nəsib olmasa da, amma kənardan görmək, çıxışlarını dinləmək, yazılarını oxumaq bəxtimə düşən xoş anlardandır...

Bəli, barəsində fikirlərimi bölüşməyə hazırlaşdığım bu kitabla baş-başa qaldığım 15 gün ərzində mən obrazlı desəm, Bakıdan çıxıb getmişdim. Yəni mən artıq bu şəhərdə deyildim. O kitabın səhifələri arasında olan Qarabağda idim – Cəbrayılda, Füzulidə, Xocavənddə, Xocalıda, Ağdamda, Şuşada, bir sözlə, indi həsrətindən qovrulduğum yerlərdə. Kitabın müəllifi Cəbrayıl rayonunda doğulduğundan, burada orta məktəbi oxuduğundan özünün yazdığı kimi, quzu otarıb təndir yandırmaq üçün çırpı yığdığından müəllif qələmindən Qarabağ leksikonu, Qarabağ folkloru, Qarabağ havası süzülür. Ovuc-ovuc içmək və içdikcə də "oxqay” demədən çinar bulağının özünü və çinarını da qucaqlamaq dəliliyi keçir adamın içindən bu məqamda. Özü də oxucu ruhuna hopan təsvirlər yığcamlığıyla, konkretliyiylə bir az da cəlbedici olur. Yəni fikir dərhal adama çatır. Daha mübtədası, xəbəri bir-birindən uzaq düşən uzun-uzadı cümlələrin girovuna çevrilmirsən. Elə ilk sözdən mətləbi görməyə başlayırsan. Və bir də başını qaldıranda hiss edirsən ki, vərəqlər necə sürətlə çevrilir, sən necə haldan-hala düşürsən...


İndi gəlirəm kitabın müəllifinə... Azərbaycanın tanınmış aydınlarından biri olan, yazıçı-publisist, ictimai-siyasi xadim Yasif Nəsirli barəsində hələ orta məktəb illərindən az-çox məlumatlı idim və onu da bilirdim ki, Yasif müəllim Qarabağlıdı. Üstəlik, onu da öyrənmişdim ki, xeyirxahlığı ilə seçilən bu insan əslində ölkənin ən qapalı və ən nüfuzlu olan təhlükəsizlik idarəsində işləyir. Və açığını deyim ki, onun ilk mütaliə etdiyi əsərlərinin mövzuları, orada qaldırılan məsələlər hərdən məni təəccübləndirirdi. Axı təhlükəsizlik komitəsində çalışan bir adamın sosial, ictimai, xüsusilə insani və hətta bəşəri duyğular olan sevgini bu qədər çılpaqlıqla bədii müstəviyə gətirmək mənə bir növü möcüzə, Allah vergisi kimi görünürdü.


Bakıda ali məktəbdə oxuyanda, sonra əmək fəaliyyətimlə bağlı müxtəlif tədbirlərdə Yasif müəllimi yaxından görmək, onun söhbətlərini, çıxışlarını dinləmək mənə nəsib oldu. Hətta Dağlıq Qarabağda Təşkilat Komitəsində işlədiyi o ağır zamanlarda da mənə onu müşahidə etmək nəsib oldu. Onu bir az da yaxından gördüm, bir az da yaxından tanıdım. Ancaq bu böyük insanın, bu dəyərli ziyalının iç dünyasını tanımaq mənə məhz "Zirvə”nin hesabına nəsib oldu. Mən bu kitabı oxuduqca Yasif müəllimlə sanki bir kənddə əl-ələ tutub onun gəzib gördüyü yerləri mən də gəzib dolaşmağa başladım. Onun oxuduğu məktəbləri oxudum, onun Moskva həyatını mən də öz həyatıma çevirdim. Onun Ulu Öndərlə təmasının izləyicisi, general Məhəmməd Əsədovla dostluğunun böyük yazıçı-tənqidçi, özünəməxsus xarakteri olan Qulu Xəlilovla doğmalığının, Moskvada yaşayan yazıçımız Çingiz Hüseynovla, xalq şairi Qabillə, SSRİ-nin ilk kosmonavtı Yuri Qaqarinlə, Kamran Bağırovla, Əbdürrəhman Vəzirovla, Ayaz Mütəllibovla, Həsən Həsənovla, Səməd Vurğun, Rəsul Rza, Əli Vəliyev, Süleyman Rəhimov, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Cabir Novruz, Aşıq Pənah... adlarını çəkmədiyim daha neçə-neçə aydınlarımızla əlaqələrinin, görüşlərinin şahidi oldum. İnanın ki, bu kitabda mən elə məqamlara, elə faktlara rast gəldim ki, onları nə kimsədən eşitmişdim,nə də hardasa oxumuşdum. Məsələn, rəhmətlik Əbülfəz Elçibəyin həyatı ilə bağlı bu kitabda yer almış bir məqam mənə xüsusilə təsir etdi. Yasif Nəsirli dövlət təhlükəsizlik orqanının bir əməkdaşı kimi heç nədən çəkinmədən Əbülfəz Elçibəyi öz doğmaları, yəni anası və qardaşı ilə görüşünü təşkil etməyi, onun həbsdən azad edilməsi üçün Əbülfəz Elçibəyin anasının adından özünün müraciət yazıb anaya qol çəkdirməsini... eləcə də digər yazıçılarımız, şairlərimizlə təmasları, onların həyatlarında orijinal məqamları bu xatirə romanda qələmə alması çox təqdirəlayiq bir haldır. Mən ədiblərimiz Mirzə İbrahimov, Siruz Təbrizli, Cəlal Abdullayev, Mir Cəlal Paşayev, şairlərimiz Əhəd Muxtar, Hüseyn Arif, Nəriman Həsənzadə, elm xadimlərimiz Şamil Qurbanov, Tofiq Hacıyev, Məmməd Məmmədov... bir-birindən maraqlı, bir-brindən dəyərli neçə-neçə aydınlarımız bu kitabda bir araya gətirilib. Onları ömrün zirvəsinə doğru cəsarətlə, həm də torpağını, xalqını sevə-sevə, necə deyərlər, gözünü qırpmadan, heç nədən çəkinmədən gedən və bizə "Zirvə”ni hədiyyə edən Vasif Nəsirli yenidən təqdim edim, özü də orijinal şəkildə. Bu orijinal sözünü ona görə xüsusi vurğulayıram ki, "Zirvə” də hadisələrə münasibət son dərəcə dəqiq ifadə olunub. Yəni bu işdə Yasif müəllimə istedadı, yazıçılığı ilə yanaşı, dövlət təhlükəsizlik orqanında işləməsi də zənnimcə çox kömək edibdi. O həm məlumatların hazırlanmasında, onların çözümündə iştirak edib. Ona görə də qələmə aldığı "Zirvə” də bütün fikirlər nöqtə-vergülünə qədər reallığın ifadəsinə çevrilibdi.

Mən qısa zamanda oxuyub başa çıxdığım "Zirvə”ni mənə hədiyyə edən dəyərli ziyalımız, tanınmış yazıçı-publisist, tərcüməçi, dramaturq, ictimai-siyasi xadim, alim Yasif Nəsirliyə içdən gələn bir təşəkkürü ifadə etməyi özümə bir borc bilirəm. Və üstəlik, Yasif müəllimin kitaba yazdığı aftoqrafda vurğuladığı "Qələm dostum Əbülfət Mədətoğluna” sözləri mənə verilən ən dəyərli mükafatlardan biridir. Çünki Yasif Nəsirli kimi bir mükəmməl, həyatı görən və öyrədən kişinin dostu olmaq həqiqətən şərəfdi!

Bax, elə mən də Yasif Nəsirlinin aftoqrafda vurğuladığı mövqedən çıxış edərək ona bu "Zirvə”sinə mübarək olsun! – deyirəm. İnanıram ki, "Zirvə”bi oxuyanlar bu kitabı həmişə gözlərinin önündə saxlayacaqlar. Çünki bu kitabda görüb-götürməli çox şeylər var!.. Sağ olun Yasif müəllim, bir daha "Zirvə”niz mübarək!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK