Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddəti dəyişdi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətini dəyişib.
Adalet.az quruma istinadən xəbər verir ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, torpaq vergisi üzrə bəyannamələrin təqdim edilməsi müddəti müəyyənləşdirilib.
Məcəllənin 208.2-ci maddəsinə uyğun olaraq, müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və tətbiq olunan vergi dərəcələrinə əsasən, illik qaydada hesablayırlar. Hesablanmış torpaq vergisi üzrə bəyannamə hesabat ilindən sonrakı ilin yanvarın 31-dən gec olmayaraq müvafiq vergi orqanına təqdim edilməlidir. Bu il 31 yanvar tarixi iş günü olmadığına görə, hesabatın təqdim olunması müddəti həmin tarixdən sonrakı birinci iş gününə qədər, yəni fevral ayının 2-nə qədər artırılıb.
Digər Xəbərlər
29 Yanvar 2026 16:06
"İndiki mərhələdə belə bir dönüş nöqtəsinə ehtiyac var" - İqtisadçı
29 Yanvar 2026 12:31
Əhalinin banklardan asılılığı artıb - RƏQƏMLƏR
29 Yanvar 2026 12:08
Naxçıvanda 4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
29 Yanvar 2026 11:42
Pensiyaçılara şad xəbər: Gələn həftə artımların məbləği bilinəcək
28 Yanvar 2026 17:41
“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib
28 Yanvar 2026 17:07
Dövriyyəsi 10 min dolları ötənlərin nəzərinə
28 Yanvar 2026 09:38
Yanvar ayının pensiyaları niyə artımlarla ödənilmədi? - AÇIQLAMA
27 Yanvar 2026 13:15


Bakı -°C

