SON DƏQİQƏ:

Bakıdakı parkinqlərə yeni qiymətlər qoyulacaq - RƏSMİ

  82021   |  
Şriftin ölçüsü  

Ölkə başçısının 6 iyulda imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib. Amma hər bir parklanma yerində sürücülər saatından asılı olaraq, 1 manatdan başlayan ödənişlər etməyə vadar edilir.

Ötən ilin oktyabr ayının sonlarından başlayaraq isə parklanma qaydalarının pozulmasına görə cərimələrin yazılmasına da başlanılıb.

Bu gün isə Bakı şəhərində parkinqlərdə qiymətlərin artırıldığına dair məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri "Qış Parkı” və Azadlıq meydanının altında yerləşən parkinqlərdə qiymətlərin 2 dəfə artırıldığını qeyd ediblər:

""Qış Parkı”nda yerləşən parkinqdə 9:00-21:00 radələrində maşın saxmalaq üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 80 manatdır”.

Məsələ ilə bağlıBakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hələlik təmsil etdiyi qurum tərəfindən qiymət siyasəti müəyyən edilməyib:

"Hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri arasında, eyni zamanda "Neftçilər” prospekti - Hökümət evinin qarşısında yerləşən yeraltı avtomobil qarajlarında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib. Bu istiqamətdə ciddi iş aparılmaqdadır”.

BNA rəsmisi qeyd edib ki, bu işlər yekunlaşdıqdan sonra qiymət siyasətinə baxılacaq:


"Bu işlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq. Tariflərlə bağlı yeni bir qərar olacağı halda, təbii olaraq ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK