SON DƏQİQƏ:

BÜTÜN ÖLKƏNİN QƏLƏMLƏRİ, BİRLƏŞİN!

  77435   |  
Şriftin ölçüsü  
Dünənki qəzetlərdə diqqətimi bir informasiya çəkdi. Əslində bu informasiya az qala bir il öncə gündəmə gəlmişdi. Onda digər mətbu orqanlar kimi "Ədalət" qəzeti də bu məsələyə münasibət bildirib, aidiyyəti qurumları gündəmə gələn problemə ədalətli münasibət bildirməsini istəmişdi. Təəssüf ki, aidiyyəti qurumlar həmişə olduğu kimi, bu dəfə də "astagəllik" etdilər və...
Deməli, dünənki qəzetlərdə oxudum ki, mərhum şairimiz, səmimi və kövrək misralar müəllifi, Dövlət Universitetində təhsil alan tələbələrin xatirəsində dərin iz qoymuş Ağa Laçınlıya məxsus torpaq sahəsi onun ailəsinə hələ də qaytarılmayıb. Elə bu yerdəcə xatırladım ki, mərhum şairin ailəsi Ağa müəllimin vəfatından sonra mətbuata belə bir informasiya verdilər ki, ailəyə məxsus olan Babamdar qəsəbəsindəki torpaq sahəsi onların icazəsi olmadan, onlardan xəbərsiz zəbt olunub. Ən maraqlısı da budur ki, həmin torpaq sahəsi Badamdar qəsəbəsinin də aid olduğu Səbael rayonun icra hakimiyyətinin başçısı Rüstəm Məmmədovun anası tərəfindən ələ keçirilib. Özü də həmin torpaq sahəsi icra başçısının özünün 1995-ci ilin mart ayının 15-də anasının adına verdiyi sərəncamla rəsmiləşibdi. Deməli, vətəndaşların hüququnu qorumalı olan, vətəndaşların haqq səsini eşitməli olan və onlara xidmət etmək üçün yaradılan icra strukturunun başçısı özü öz imzası ilə vətəndaşın, xüsusilə alim və şair kimi cəmiyyətin çox yaxşı tanıdığı bir insanın torpaq payını özününküləşdirmişdir.
Elə qəzetlərdən də öyrəndim ki, sən demə məmləkətimizdə kiminsə torpağını, o cümlədən də şair, yazıçı, alim kimi tanınan, qəbul edilən insanların da torpaq payını əlindən almaq, özününküləşdirmək adi bir hal imiş. Necə deyərlər, mərhum şairimiz Ağa Laçınlının torpaq payını zəbt etmək həmin sıradan növbəti bir addım imiş. Dediklərimin sübutu kimi mətbuatdan oxuduğum ikinci faktı da diqqətinizə çatdırıram. Məlumatda bildirilir ki, 2005-ci ildə Bakı şəhər İcra hakimiyyətinin başçısının xüsusi göstərişi ilə xalq şairi Qabil İmamverdiyevə verilmiş 12 sot torpaq sahəsi də zəbt olunub. Bu yerdə istər-istəməz xalq şairimizin məşhur "Səhv düşəndə yerimiz" misraları ağlımdan gəlib keçdi. Elə bilməyin ki, bu misraları sözgəlişi xatırladıram. Xeyr, sadəcə bir anlıq təsəvvür etdim ki, görəsən şair və yazıçılar, lap elə indiki məqamda mərhum Ağa Laçınlı ilə Qabil İmamverdiyev  hansısa bir məmurun torpaq sahəsinin bircə qarışını mənimsəsəydi görəsən onda gündəmdə hansı toplar atılacaqdı?! Görəsən, medianın, eləcə də  həmin işləri çözməli olan qurumların söz döyüşündə nələr baş verəcəkdi?!
Bəli, verilən bilgilərə görə, artıq ölkənin bir çox yüksək instansiyaları mərhum şairimiz Ağa Laçınlının adına olan torpaq sahəsi ilə bağlı araşdırmalar aparır və bu araşdırmalar da məhkəmə çəkişməsindədir. Ancaq xalq şairimiz Qabil müəllimin adına olan 12 sot  torpaq sahəsinin taleyi bir az qaranlıqdır, dumanlıdır. Şairin özü demişkən, "Yola duman enib, müsibət olub". Elə buna görə də şairin oğlu Mahir İmamverdiyev bəyan edib ki, əgər həmin o 12 sot torpağı, yəni atasının adına verilmiş sahəni geri ala bilsə, onu heç bir xərc-xəsarətsiz, heç bir şərtsiz 4 yazar arasında böləcək. Yəni hər birinə 3 sot hesabı ilə 4 qələm adamını torpaq sahibi edəcəkdir!!!
Mənə elə gəlir ki, az-çox sözə, qələmə hörməti olan kimsə bu açıqlamanı oxuyub onun mahiyyətinə varsa, dərhal həmin o 12 sot  torpaq sahəsinin xalq şairinin ailəsinə qaytarılmasında yardımçı olacaq. Ən azı ona görə ki, qaytarılan torpaq sahəsi  4 yazarın yurd yerinə, ocağına çevrilə bilər.
Maraqlı burasıdır ki, xalq şairinin oğlu öz açıqlamasında hətta torpaq sahəsini pay verəcəyi 4 yazarın adını da bəyan edib. Bunlar  Ədalət Əsgəroğlu, Əkbər Qoşalı, Aydın Xan və Qan Turaldı! Düşünürəm ki, qələm adamı olan hər kəs kimi adları çəkilən yazarlar da həmin 12 sot torpağın geri qaytarılması üçün qələmə sarılacaqlar. Çünki  biz qələmimizi süngüyə çevirməyi bacarırıq. Ona görə də nəsillərdən nümunə götürüb süngüyə çevrilən qələmimizlə həmin zəbt olunmuş 12 sot torpağı mütləq xilas etməliyik!!!
Bəli, Qarabağda, eləcə də işğal olunmuş digər ərazilərimizdə hər kəsə yetəcək qədər yararlı torpaq sahələrimiz var. Orada ev də tikmək olar, mülk də, hələ üstəlik müxtəlif obyektlər də. Ancaq o torpaqları geri almaq üçün şəhidliyi göz önünə almaq lazımdır. Bu gun atəşkəs olduğundan hamı kimi qələmini süngü etməli olan bizlər də gözləyirik. Lakin şairin yazıçının, rəssamın, ümumiyyətlə mədəniyyət-incəsənət adamlarının halal haqqı olan torpaqları sapı özümüzdən olanların "nəzarəti-zəbti" altından çıxarmaq üçün qələmimizi eyni vaxtda, eyni istiqamətdə süngüyə çevirməliyik. Qələmlər birləşərsə, qələbə qaçılmaz olar!
Əbülfət MƏDƏTOĞLU
[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-26
2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK