SON DƏQİQƏ:

MƏMURLARIMIZI KƏMƏRLƏNDİRƏK

  58400   |  
Şriftin ölçüsü  

İnsan kəmərlənməyi və kəmərləməyi bacarmalıdı. Onu əyri-üyrü yollara aparıb salan tamahını, şərini, böhtanını, kinini kəmərləməlidir. Məsələn, saxta dərmanları insanlara yedizdirib haram pul qazanıb ailəsinə, övladlarına yedizdirməyə tamahını kəmərləməlidir. Və yaxud da uşaq evinin, internatın rəhbəri olub o uşaqların yeməyindən oğurlamaqdan özünü kəmərləməlidir. Nə yazıq ki, bu gün belələrinin kəmərləmək əvəzinə kəmərlərini bərkidənlər daha çoxdu. İtinə tökdü.

İnsan kəmərlənməyi və kəmərləməyi bacarmalıdı. Onu əyri-üyrü yollara aparıb salan tamahını, şərini, böhtanını, kinini kəmərləməlidir. Məsələn, saxta dərmanları insanlara yedizdirib haram pul qazanıb ailəsinə, övladlarına yedizdirməyə tamahını kəmərləməlidir. Və yaxud da uşaq evinin, internatın rəhbəri olub o uşaqların yeməyindən oğurlamaqdan özünü kəmərləməlidir. Nə yazıq ki, bu gün belələrinin kəmərləmək əvəzinə kəmərlərini bərkidənlər daha çoxdu. İtinə tökdü.

Kəmərlənmək yaxşı şeydi. Bundan adama ziyan gəlməz. Kəmərlənərsən kəmərindən neft gələr, su gələr, qaz gələr. Kəmərlənərsən şalvarından arxayın olarsan. Bilərsən ki, belindədi, düşəsi deyil.

Kəmərlənərsən qəzadan da qurtularsan. Avtomobillərimizdə olan təhlükəsizlik kəməri səni qəza ölümündən müəyyən faizlə qoruya bilir. Bu haqda geniş yazmaq olar. Yazının içərisinə dünya statistikasını, arxasınca da bir-iki əcnəbinin kəmərlə bağlı işlətdiyi ifadəni də əlavə edib babat bir yazıda, ozü də savadlı görsənəcək bir yazı da yazmaq olardl. Amma mən qərar verdim ki, elə də savadlı, əhatəli yox, elə sadə dilimizlə bu kəmər barəsində bir məsələyə toxunum.

Söhbət təhlükəsizlik kəmərindən gedir. Bu gün hər bir sürücü demək olar ki, təhlükəsizlik kəmərini taxır. Taxmasa qanunumuzun tələbi ilə 40 manat cərimələnir. Bilmirəm indi bu camaat o 40-a görə, ya da ki, təhlükəsizliyinə görə taxır, amma fakt budur ki, taxır. Hələ yanlarında oturanlara da taxdırırlar. Arada söz-söhbət çıxdı ki, bəs arxa oturacaqda oturanlar da taxmalıdı, amma bu məsələnin sonradan başı buraxıldı. Dedilər ki, elə qabaqdakılar kəmərlənsin kifayətdi. Millət də kəmərləndi.

Məni narahat edən isə kəmərlənməyənlərdi, yəni məmurlar. Oxucum, sənin yaşadığın rayonda görmüsənmi ki, rəisiniz, icra başçınız, prokurorunuz oturduğu maşında kəmər taxsın? Heç olmasa, sürücüləri kəmər taxsın? Çətin görəsiniz. Bəlkə də taxanı var. Amma çox az sayda.

Mən başa düşürəm ki, illərlə kreslolarına kəmərlənmiş birisi üçün həm də avtomobil oturacağına kəmərlənmək çətindi. Amma Siz bunu bizim üçün eləməlisiniz, əziz məmurlar. O təhlükəsizlik kəmərini vurmaqla həm də rəhbəri olduğunuz elin, obanın təhlükəsizliyini kəmərləmiş olursunuz. Allah eləməmiş, birdən kəmərsizlik ucbatından başınıza bir iş gəlsə, sizi kəmərsiz görüb cərimələməyən o yol polisinə yazığınız gəlsin. Biz onu topa qoyub çiləyərik ki, axı niyə vaxtında bu məmur qardaşımıza cərimə yazmadın, onu tənbeh eləmədin ki, bu gün başımıza bu müsibət gəlməyəydi.

O məmurların sürücülərini də cərimələyin, danlayın, tənbeh edin. Onlar məsuliyyətlərini anlamırlar. Yüngül bir qəza ilə kəmərsiz idarə edilən avtomobilin idarəetməsini itirmək bizə, bizim məmurumuza baha başa gələ bilər axı.

Noolsun ki, məmurlarımız cəfakeşdi. Noolsun ki, onlar həmişə xalq üçün canlarından, sağlamlıqlarından keçməyə hazır olublar. Bu əsas deyil ki, biz onların canını qoruyacaq təhlükəsizlik kəmərini taxmamalarına göz yumaq. Bu yol verilməzdir. Öz məmurunu sevən yol polisi onun təhlükəsizliyi üçün bu addımı atmağa borcludur. Hətta bu borc məmurdan çıxsa belə.

Borcdan söz düşmüşkən, o cərimənin də miqdarını artırmaq lazımdır. Elə rəqəm seçmək lazımdır ki, məmurlar rəqəmdən qorxsunlar. 40 manatlıq cərimə ilə onlar kəmər taxası deyillər. Onların cəriməsi ən azında 40 min manat olmalıdır ki, məmurlarımız anlasın ki, biz onların təhlükəsizliyi üçün necə narahatıq. Və ya onların təhlükəsizliyi necə qiymətlidir. Cərimənin miqdarını rayonlar üçün dəyişmək də olar. Məsələn, Bərdə 40 min olarsa, Ağdam 20 min manat. Gəncə 100 min manat. Zərdab 30 min manat və s. Bəlkə bu yola bunlara kəmər taxdıraq.

Sabah təhlükəsizlik kəməri taxmadan avtomobili idarə edən bir məmuru və ya onun sürücüsünü çəkib internetə qoysam, kimsə məni qınamasın. Mən məmurlarımızı və xalqımı sevdiyimdən bunu edirəm. Məmurlarımızı millət üçün qoruduğumdan edirəm.

Ey məmurlar, taxın təhlükəsizlik kəmərinizi. Sürücünüzə də taxdırın. Qayda-qanuna görə demirik ha, təhlükəsizliyiniz üçün deyirik.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK