SON DƏQİQƏ:

SA ALLAH, KÜÇƏYƏ SİQARET ATMAYIN, MÜDİR HİRSLƏNİR

  55592   |  
Şriftin ölçüsü  

Son zamanlar iş elə gətirir ki, tez-tez müdiri ora-bura mən aparmalı oluram. Amma sağ olsun, heç olmasa benzinimi müdir alır. Danlamağı da xoşlayır:

- A bala, yavaş sür…

- Solunu gözlə…

- Telefonuna əl vurma…

- Kəmərini bağla…

- Burdan sağa dön, sola dön…

- A bala, bəs mən olmayanda maşını nə təhər sürürsünüz?...

Və sair və ilaxır. Dostların dediyinə görə, müdir Şumaxerin sürdüyü maşına otursa, dünyanın bir nömrəli avtoşuna da irad tutar.

Srağagün yenə harasa aparıram, bərk hirslənib:

- Nə təhər jurnalistsən? Niyə yazmırsan?

- Nəyi müdir?

- Bax, Bakıda az qala bir milyon maşın var, sürücülər də, sərnişinlər də siqaret çəkirlər. Sonra da o siqareti pəncərədən atırlar küçəyə. Hər maşından gündə bir on dənə siqaret atsalar, eləyir on milyon. Bu gözəllikdə şəhəri zibilləyirlər. İndi gəl bu zibilləri təmizlə də. Yaz dana! Qına, ictimai qınaq yarat. Qoy bilsinlər ki, siqareti küçəyə atmaq olmaz, şəhəri zibilləmək olmaz. Budey, maşında külqabı var də, at ora, sonra bir yerdə dayananda tök zibilqabına.

Hələ çox danladı küçəyə siqaret atanları. Dedi, qayıdan kimi bu mövzunu yazırsan, özü də birinci səhifədən açırsan.

Dedim:

- Yaxşı, müdir, yazaram.

Və sonra da müdir ədəb-ərkanla maşının şüşəsini yendirdi, əlindəki siqareti də atdı küçəyə. Məni də bic gülmək tutdu.

Dünən vaxtım olmadı, amma bu gün müdirin tapşırığını yerinə yetirib istədiyi yazını yazdım. Amma bilmirəm oxuyandan sonra mənə töhmətdən-zaddan verəcək, ya yox?!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK