Dünyanın ən gülünc hadisələrinə Darvin mükafatı verildi

Hər
il dünyanın ən gülünc hadisə və cinayətləri Darvin mükafatına layiq görülür.
Bu mükafatı qazanmaq üçün cinayət və hadisələr tragikomik olmalıdır. Mükafatın sahibi isə ən gülməli və axmaq yollarla həbs olunmuş və ya dünyasını dəyişmiş adamların yaxınlarına verilir. Adalet.az Türkiyə mətbuatına
istinadən mükafata layiq görülmüş həmin hadisələri təqdim edir:
* ABŞ-ın Kaliforniya ştatında Ceyms Eliot
adlı adlı bir soyğunçu cinayət başındaykən silahı atəş açmır. Səbəbini öyrənmək
üçün silahı üzünə tutub tətiyi basır və... nəticə məlumdur.
* İki belçikalı soyğunçu bankomatı
partlatmaq üçün aparata barıt dolduqduqdan sonra daha tez partlasın deyə qaz
nasosu ilə pompalamaq istəyiblər. Amma özlərinin də bankomatın yanında
olduqlarını unudublar...
* Zimbabvedə 20-yə yaxın ruhi xəstəni
daşıyan avtobusdan xəstələr qaçınca, şoferin ağlına qəribə fikir gəlib.
Dayanacaqlarda saxlayaraq eyni sayda adam toplayıb və onlara xeyriyyə məqsədilə
pulsuz sürücülük etdiyini deyib. Sonra sərnişinləri gətirib ruhi dispanserə
təhvil verərək qaçıb. Adamların dəli olmadığı yalnız 3 gündən sonra məlum olub.
* ABŞ-ın Luiziana ştatında adamın biri
marketə girib, satıcıdan 20 dolları xırdalamağı istəyib. Satıcı kassanı açanda
silahla hədələyərək pulları yığıb ona verməsini tələb edib. Satıcı deyilənə
əməl edib. "Vicdanlı” oğru marketi tərk edərkən xırdalamaq üçün çıxartdığı 20
dolları kassanın üstünə atıb. Marketdən uzaqlaşıb xırda pulları saydıqda cəmisi
15 dollar olduğunu görüb.
Digər Xəbərlər

Dünyanın ən təhlükəli oteli: Ora helikopterlə gedirlər

Başımıza oyun açıb milyard qazanırlar

Yer kürəsini kabellə sarımışıq

4 məşhur sağçı və onları ortaq nöqtəsi

Türkiyədə 10 500 il əvvəl edilən ilk beyin əməliyyatı - VİDEO

“Siz beyninizdə olanlarla müəyyənləşirsiniz” - Oshonun aforizmləri

“Shokki Mokki” “Peşəkar 100 il” idarəçilik marafonunda! - FOTOLAR
