adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2026 20:00
79
DÜNYA
A- A+

Zelenski Rusiya ilə telefon danışığı məsələsinə belə cavab verdi

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin həlli üçün Rusiya ilə telefon danışıqları aparmaq ideyasını rədd edib.

Adalet.az xəbər verir ki, bu haqda TASS agentliyi məlumat yayıb.

Ukrayna lideri Almaniya kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında bildirib:

“Əgər biz telefonla danışsaq, Rusiya bundan yenidən üzbəüz görüşməmək üçün bəhanə kimi istifadə edəcək”.

Zelenski telefon danışıqlarını “mənasız” hesab etdiyini əlavə edib. Bundan əlavə, o, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etmək ehtimalını bir daha istisna edib.