adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Əzablı ömür yazamız yazıçı...

6016 | 2012-10-24 00:37
Faciəli həyatı və "Ceyn Eyr" alı romanı ilə tanınan ingilis yazıçısı Şarlotta Bronte 1816-cı il aprelin 21-də İngiltərədə "Tronton" məzarlığına baxan keşiş ailəsində doğulub.
   
   Rahib atası və içki aludəçisi olan qardaşıyla yanaşı, dörd istedadlı bacıları olan Şarlotta şəhərin qaynar həyatından kənarda yaşamışdır. İrlandiyadan İngiltərəyə köç edən ailə daima yoxsulluq içərisində olmuşdu. Atası Patrix Brönte rahib idi. Anası Meri cavan yaşlarında xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra, ailənin bütün çətinlikləri Şarlottanın böyük bacısı Mariyanın çiyinlərinə düşür.
   
   Atası 1824-cü ildə çətin dolanışıq ucbatından onları Koun-Bricdə yetimlər üçün ponsionata verir.
   
   Bir müddət sonra oxuduqları məktəbdə yayılan vərəm xəstəliyinə yoluxan, Şarlottanın və o biri uşaqların qayğısına qalan böyük bacı Mariya, ardınca isə Elizabet rəhmətə gedirlər.
   
   Uşaqlarının arda-arda dünyalarını dəyişdiyini görən ata Şarlotta və Emiliyanı pansionatdan çıxarmağa məcbur olur.
   
   Atalarının ailədə sərt qaydalarına məhkum olan bacılar günlərinin çox hissəsini atalarının kitabxanalarında mütaliə etməklə keçirirlər. Ədəbiyyata maraqları olan bacılar şeirlər və hekayələr yazmağa başlayırlar.
   
   Həmin illərdə ingilis krallığının qadın yazıçılara qarşı olan kəskin münasibətini bildikləri üçün onlar şeir kitablarını kişi adları altında çap etdirirlər.
   
   1842-ci ildə bacısı Emili ilə birlikə Brükselə gedən Şarlotta həm ingiliscə dərslər keçir, həm də alman dilini öyrənməyə başlayır. İki ilə yaxın müddətdə Brükseldə yaşayan Şarlotta məktəbin müdiri, professor Konstantin Hegerə vurulur. Ancaq professorun ailəli olması onu çox məyus edir. Və o yenidən evlərinə geri dönür.
   
   Şarlotta Bronte ilk romanını 1857-ci ildə Korrer ləqəbi ilə çap etdirir. Brükseldə müəllimlik eydiyi zamanlarda başına gələn hadisələri qələmə aldığı "Professor" romanı nəşriyyatlardan heç bir münasibət görmür. Lakin bu uğursuzluq onu qətiyyən ruhdan salmır və o əvvəlkindən də inadla öz üzərində işləməyi davam etdirir. Və bir müddət sonra, 1849-cu ildə Şarlottaya dünya şöhrəti gətirən "Ceyn Eyr" romanı işıq üzü görür və gözlənilməz müvəffəqiyyət qazanır. Çapından qısa müddət sonra roman Avropanın müxtəlif dillərinə tərcümə olunub, nəşr edilir.
   
   Romantik ədəbiyyatın ən möhtəşəm klassik əsəri kimi qəbul olunan "Ceyn Eyr" romanı mürəbbiyəlik etdiyi evin sahibinə aşiq olan kimsəsiz, gənc bir qızın həyatından bəhs edir.
   
   Bu romanda Şarlotta Brontenin öz həyatında baş vermiş olan hadisələri geniş formada qələmə alıb.
   
   Həyatı bir çox filmə və kitabalara mövzu olan Brönte ailəsi haqqında daim şayiələr dolaşıb. Bunlardan ən iddialı fikirlər isə James Tullinin yazdığı "Şarlotta Bronte cinayətləri" adlı avtobioqrafiq kitabdır.
   
   Bu romandan sonra artıq özünə xeyli oxucu toplamış, həmçinin maddi durumu da qaydasına düşmüş Şarlotta hər kəsi maraqlandırır. Oxucular bu gənc yazıçının kim olduğuyla maraqlanırlar.
   
   1848-ci ildə Şarlottanın ailəsində ikinci ölümlər silsiləsi başlayır. Şarlottanın qardaşı ruhi sarsıntılar içərisində dünyasını dəyişir. Qardaşının ölümündən bir neçə ay sonra bacısı Emiliya lap cavan yaşında rəhmətə gedir. Sevimli bacısının itkisindən özünə gəlməyə macal tapmamış yazıçı bir qədər sonra kiçik bacısı Annanı da torpağa tapşırır.
   
   Qoca atasından savayı itirməyə bir kimsəsi qalmayan yazıçı özünə qapanır, tez-tez qardaş və bacılarının qəbirlərini ziyarət edib saatlarla onlara göz yaşları axıdır.
   
   Bir müddət sonra atasının yerinə keçən rahib Nikolasla ailə həyatı quran yazıçının həyatında heç bir dəyişiklik baş vermir. Dörd romana imzasını atmış Şarlotta Bronte hamiləliyinin sonuncu ayında 31 mart 1855-ci ildə bilinməyən xəstəlikdən dünyasını dəyişir.
   
   

TƏQVİM / ARXİV