adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

QƏLBİN ŞEİR ÇİÇƏYİ AÇILANDA… -  VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
1399 | 2024-04-03 13:43

Yuxuma gəlmişdin bu gecə yenə,
Ulduzlar gözündən nur dilənirdi.
Uzun kirpiklərin çətir kimiydi,
Altında Ay yatıb kölgələnirdi.

Yuxuma gəlmişdin bu gecə yenə,
Gördüm ki, Gün batıb yaraşığında.
Mələklər heyrətdən quruyub qalıb
Hüsnünü seyr edir  ay  işığında…

Bu sevgi şeiri mənə dahi Füzulinin qəzəllərindəki o ilahi eşqi xatırlatdı. Füzuli gözəlin şüsnünü, ona olan intəhasız məhəbbətini bəyan edərkən az qala bütün kainatı-Ayı, ulduzları, Günəşi ona təslim edirdi.  «Can görünmə desələr təndə, inanman , nişə kim, Lütfdən hər necə baxsam təninə, can görünür»-Can dirilikdir, həyatdır, aşiqin nəzərində isə  sevgilisinin  gözəl bədəni  başdan-ayağa «can»dır. Çünki o öz sevgilisinə  elə dərin səmimiyyət, rəğbət və məhəbbət hissi ilə baxır ki, sanki onun qəlbini, canını görür. Gözəllik hər an aşiqə həyat verən qüvvəyə çevrilir».

Neçə əsrdir ki, Azərbaycan şairləri Füzulinin sevgi şeirlərinin təsir orbitində dolanırlar. Şabranda yaşayan, artıq ədəbi aləmdə də etiraf olunan Məzahir Zeynal da öz sevgi şeirlərində Füzuli ənənəsini davam etdirir. «Qəlbin şeir çiçəyi» şeirlər kitabında da (H«Elm və təhsil» nəşriyyatı, 2024) Məzahir Zeynalın   təbii hisslərin yaşantısı olan şeirlərlə qarşılaşırıq. Bu təbii hisslər müasir dövrün lirik qəhrəianının xarakteri, onun mənəvi aləmi ilə bizi tanış edir. 
    Gəl qayıdaq bu sevgidən əvvələ,
    Yenə gəlib küçənizdən keçim mən.
    Dönüb  gedim, bir də səni görməyim    
     Axşam-səhər hər gün gəlim o yerə..

Onun sevgi şevi şeirlərinin qəhrəmanının keçirdiyi hissləri ilin fəsilləri ilə müqayisə edə bilərik. Burada iki fəsil daha çox diqqəti cəlb edir. Payız öz rəngarəng gözəlliyilə  bir neçə fəslin qarışığına bənzəyir. Amma bizim şairlər xatirə şeirləri yazanda  daha çox solub-saralmış yarpaq, xəzan obrazlarına müraciət edirlər. Xatirələrdə daha çox ötən günlər yad olunur, nostalji hisslər ön plana ençir. Lirik qəhrəman-sevən aşiq çox vaxt pərişanlıq içində yaşayır. Sanki təsəllisi tükənir.

      Çiçək baxışların Ye rin, Göyünmüş,
      Elə bil üzü ndən baxmayıb mənə.
      Bəlkə də aramz elə sərinmiş,
      Külək bəpnəymiş, yağış bəhanə.

     Ətrini könlümə saçan gülləri,
     Sanki xoş sözündən dərməmişəm mən.
     Sözündə nazlanıb açan gülləri
     Heç belə pərişan görməmişəm mən.

Məzahir Zeynal  başqa bir şeirində yazır: «Dəniz gözlərində sahil ver mənə, Düzü m çiçəkləri sahil boyunca». Amma elə olur ki, bəzən  segi dənizinin həsrət və hicran  üstündə köklənən dalğaları o sahil səddini keçə bilmir. Lakin lirik qəhrəi=manın  arzuladığı sahildən o yana xoşbəxt bir sevgi romantikası başlayır.Payız lirikasını baharlı romantika əvəz edir.
    Sabah sevgimizin  doğum günüdü r,
    Sevgi mələkləri  göydən enəcək.
    Yanacaq dodaqlar söz həsrətində,
    Ta könül dinəcək, könül dinəcək.

    Sabah  sevgimizin doğum günüdür,
    Qoynunu bizimçün açacaq səhər.
    Sübh çağı göylərdən səda gəlməmiş
    Baxışlar sevgidçn tutacaq bəhər.

Məzahir Zeynalın  sevgi şeirləri haqqında bir də onu deyə bilərəm ki, o, insan  qəlbinin ən ali, müqəddəs hissi olan eşqə, məhəbbətə varlığın, həyatın məna və mahiyyəti kimi dəyər verir. Baxın:
     Bir çəmən çiçəyin suya həsrəti
     Bir bulud yağışın  özü qədərmiş.
     Bir baxış sevginin məsum söhbəti 
     Bir ömür dünyanın sözü qədərmiş.

Onun sevgi şeirlərinin lirik qəhrəmanı məhz bu gözəl isslərlə yaşayır. Amma elə zənn etməyin ki,  Məzahir Zeynal ancaq sevgi şairidir.  Əlbəttə, hçr hansı bir şairi müəyyən «təyinatlar» üzrə təhlil etmək doğru deyil.  Şairin əvvəllər çap etdirdiyi Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimova həsr olunmuş  «Səbrimin daşan günü» adlı poemasına da ön sözü mən yazmışam.

 Məzahir Zeynal  bir şair kimi  gerçəkliyin müxtəlif problemlərinə,  hadisə  və olaylarına  baş vurur. Onun dilində  ən böyük yaradanımız  Allah haqqında da söz eşidirik, hətta gözlə görünməyən  ən kiçik canlılar barəsində də… O, qəhrəmanlığın, igidliyin simvolu olan  daş heykəllərdən də yazıb, öz anasından da. Amma nədən yazırsa-yazsın, hər şeirinin içində özünəməxsus ruhu, aydın üslub və dlili başlıcası ideyası diqqəti cəlb edir. Ana mövzusu üzərində azca dayanım. Azərbaycan poeziyasında yüzlərlə, minlərlə  Ana şeirləri yazılıb. Məzahir Zeynalın  ana itkisinə həsr etdiyi şeiri  deyərdim ki, ən yaxşıların sırasındadır.
    Açılıb örtülür yə də qapım,
    Sənin əllərinə toxunmaq  ü çün.
    Hər səni görəndə gülən divarlar,
    İlıq nəfəsinə həsrətdir, həsrət.

    
   Eh, nədir, anacan, bu saydıqlarım?
   Hər bucaq soruşub səni yüz kərə.
   Nə deyim öpməmiş ayaqlarından 
   Rahatlıq tapmamış pilləkənlərə.

M.Zeynalın şəhidlərə həsr etdiyi şeirlər də məlum mövzuya yeni poetik yanaşma ilə diqqəti cəlb edir. Bu şeirlərdə hüzn və ağrı ilə qarşılaşırıq, amma bu ağrılara qürur hissi qarışır. «İtkin əsgər anası»  şeirində  ana hər adsız məzara salam verir. Hansı məzara boylanırsa,  sanır ki, bu, onun oğlunun məzarıdır.Başqa bir şeirində  şair N ovruz günlərində  ürəyi yerində durmayan, gözləri balasını gəzən anaya söyləyir ki: 
   Ay şəhid anası, İtkin anası,
   Qoy açsın üzündə təbəssüm çiçək.
   Əlində səməni  qarşılayırsan,
   Evinə balanın ruhu gələcək.

Məzahir Zeynal həyatdakı neqativ hallara və mənfi xislətli insanlara şeirinin tənqid və ifşa toplarından atəş açır. «Bəlkə şeytan göndərib» şeirində insanlığa layiq olmayan bi radam hədəfə çevrilirsə, «Tanış olun: Sionist» şeirndə isə daha dəhşətli bir qatildən söz açılıp. Bu qatil «Körpələrə qəsd eyləyib doymadı, qulaqları güllələdi, ocaqları güllələdi, öldürməyə tapmayanda bir insan yataqları güllələdi». Onun ifşa hədəfləri genişdir.  Əyri gəlib düz dayanan adamlar, haqqa şəri tikənlər, dəryada balıqtək üzənlər…şairin nəzərindən yayınmır.  Ümumiyyətlə, şair həyatdakı çeşid-çeşid –bir=birindən fərqli insanları (eynən hadisə və olayları) öz şeirlərində  mənalandırmağı çox sevir.  Çünki:
    Bu dünya çox sirli ilgi daşıyır,
    Biri müsbət isə, biri mənfidir.

Məzair Zeynal öncə qeyd etdiyim kimi Şabranda yaşayır və öz bölgəsinin təbiətini də şeirə gətirir. O, təkcə yaşadığı diyarın təbiət gözəlliklərini şeirə gətirmir, eyni zamanda, özünün təbiətə poetik münasibətini də gizlətmir. «Yarpaq olmaq istəyirəm» , «Solmuş yarpaq» şeirlərində şeiriyyətcə gözəl lövhələr yaradır:həm də təbiətlə insan vəhdətini şeirə gətirir.
     İstəyirəm dönüb yarpaq olum mən,
     Kölgə salım se vənlərin üstünə.
     O mərhəmət, sevgi mən yaşatsın,
     Tuş gələndə bir küləyin qəsdinə.

Həmin şeirdə insan  ömrü  ilə yarpaq arasında bir assosiasiya aparılır. İnsan da yarpaq kimi bir gün solub saralaraq  köçür dünyadan. Amma yaşamaq istəyi heç vaxt tükənmir ürəyində.Bəlk ə də buna görədir son dəmdə gözlər açıq qalır. «Yarpaqların ölüm rəqsi» şeirində isə həyat və ölüm üz-ü zə gəlir, amma qələbə nə həyatındı, nə də ölümün, yarpaq kü ləyin əsimi ilə  dərdinin sarı rənginə dönür və torpağın qoy    na gü lərək  gedirsə, insan həyatı da buna bənzər.

Məzair Zeynal lirik şairdir və onun sevgi şeirlərindən söz açanda  bunu qeyd  etmədim. Amma lirika –lirik hisslər və duyğular təkcə sevgi şeirlərinə aid olmayıb, digər mövzulu şeirlərə də xasdır. 

Məzahir Zeynalın poetik axtarışları da təqdir olunmalıır.  O, y, həm də Avropa mənşəli  qədim və müyasir şeir üslubundan  uğurla istifadə edir. Onun bir neçə şeiri  sırf «anafora» üslubunda (yəni  misraların əvvəlində  müəyyən söz və ifadələrin  təkrarlanması vasitəsilə)  yazılmışdırg Onun bir şair kimi bədii ifadə tərzi özünəməxsusdur.   M.Zeynavl heca şeirinin  müxtəlif şəkillərindən  sənətkarlıqla istifadə etməsindən, xalq poeziyası ənənələrinə sadiq qalmasından  danışa bilərik.

İnanıram ki, Məzahir Zeynalıfn qəlbindəki  şeir çiçəkləri daim təravətli  qalacaq və bundan sonrav yazacağı şeirlər də  o çiçəklərə bənzəyəcək


 

TƏQVİM / ARXİV