TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Payız-qış mövsümünə hazırlıq məqsədilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində pasiyentlərin vaxtında və keyfiyyətli tibbi xidmətlə təmin olunması, eləcə də mümkün müraciət artımına hazırlığın təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu çərçivədə stasionar xidmətin təşkili, çarpayı fondunun mövcud vəziyyəti və zərurət yarandığı halda əlavə resurslardan istifadə imkanları diqqətdə saxlanılır.
Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib. Bildirilib ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin yoluxucu xəstəliklər şöbələrində kifayət qədər çarpayı ehtiyatı mövcuddur.
Qeyd edək ki, qrip və digər respirator xəstəliklər, əsasən ambulator şəraitdə müalicə olunur. Belə ki, xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimlərinin müşahidəsi altında müvafiq müalicə alır və müalicələrini ev şəraitində davam etdirirlər. Lakin xəstəliyin ağırlaşması və ya stasionar müalicəyə ehtiyac yarandığı hallarda pasiyentlərin tibb müəssisələrinə hospitalizasiyası təmin edilir. Həmçinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qripə qarşı vaksinasiya aparılır.
Digər Xəbərlər
11 Noyabr 2026 09:29
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
10 Noyabr 2026 17:17
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
10 Noyabr 2026 09:35
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
10 Noyabr 2026 09:19
Autizmlə əlaqəli ola biləcək yeni genetik dəyişikliklər aşkarlanıb
09 Noyabr 2026 23:19
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
09 Noyabr 2026 16:30
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
09 Noyabr 2026 11:00
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
08 Noyabr 2026 16:13


Bakı -°C

