adalet.az header logo
  • Bakı -°C

Abu-Dabi-müharibə dayanacaqmı?.. -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
91 | 2026-11-09 16:11
A- A+

Bu günlərdə Abu-Dabidə keçiriləcək Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqları dünyanın diqqət mərkəzindədir. ABŞ-ın da iştirakı ilə keçiriləcək bu danışıqlar,  5 ilə yaxındır sürən üzücü Rusiya-Ukrayna müharibəsini durdura biləcəkmi?

 Əvvəlcən qeyd edək ki, canlı qüvvələri ilə olmasada,  faktiki olaraq müharibədə Ukraynanı həm siyasi, həm maddi, həm də silah-sursatla təmin edən Avropanın aparıcı dövlətlərinin nümayəndələri danışıqlarda iştirak etməyəcəklər.  Bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verərək bildirib ki, avropalıların həm ABŞ-la, həm də Ukrayna ilə yaxın əlaqələri var və yəqin ki, onlar öz aralarında təkliflərini razılaşdırıblar. 

 KİV-lərin Avropalıların da danışıqlarda iştirak edəcəyi fikirlərini şəhr edən Dmitri Peskov bildirib ki, "Almaniya  Fransa və Böyük Britaniyanın təhlükəsizlik məsələləri üzrə nümayəndələri görüşdə iştirak etməsələrdə yaxında olacaqlar və qarşı tətəf lazım gəldikdə onlarla əlaqə saxlayıb təkliflərini kordinə edə biləcəklər".

Xatırladırıq ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff  daha əvvəl üçtərəfli görüşün noyabrın  10-11-də Abu-Dabidə keçiriləcəyinin anonsunu vermişdi.

 Artıq hiss olunur ki, üzücü və sonu görünməyən müharibə hamını yorub. Qısamüddətli qələbəyə inanan Rusiya,  bu illər ərzində bacarıqsızlığını ortaya qoydu, çoxsaylı iqtisadi sanksiyalara məruz qaldı,  demək olar ki, özünü bütün dünyadan təcrid etdi, ölkə iqtisadi cəhətdən çökməyə başladı, ciddi yanacaq problemləri ilə üzləşdi.

 Ukraynanın əsas infrastrukturları məhv edildi, milyonlarla vətəndaşı doğma yurd-yuvalarından didərgin düşdü, iqtisadiyatı çökdürüldü.

 Trampın Ukraynaya yardımlarını məhdudlaşdırması,  Avropa dövlətlərini də çətin durum qarşısında qoydu. Artıq onlarda Ukraynaya istənilən dəstəyi göstərə bilmirlər.

 Bütün bunlara rəğmən danışıqların sülhlə nəticələnməsə də, ən azı atəşin dayandırılacağı barədə razılaşma əldə ediləcəyi də şübhə doğurur. ABŞ-ın müharibənin dayandırılması üçün,  Ukraynanı ititilmiş ərazilərlə barışmağa məcbur etməsi, Ukrayna prezidentinin son bəyənatlarındada hiss olunur. 

  Rusiya prezidenti Vladimir Putində Trampla son telefon danışıqlarıdan sonra, müharibənin dayanmasına razı oldunu ğunu bəyan edib.  Lakin...

 Lakin... Putin israrla şərt irəli sürür ki, Ukrayna silahlı qüvvələri Rusiyanın işğal etdiyi Donbas vilayətinin Ukraynanın nəzarət etdiyi qalan ərazilərini onlara təhvil verməlidir (?). 

 Zelenski isə, heç bir halda bu şərtlərlə razılaşmayacağını dəfələrlə bəyan edib. Yəni, bu danışıqların uğurla nəticələnə biləcəyi əsasən məhz bu məsələyə görə, baş tutmaya bilər... 

 Hər bir halda, bizə görüşün nəticələrini gözləmək qalır...

 

  • Noyabr:
  • 6

TƏQVİM / ARXİV