deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Moisey, Memo, Murad "Tamaşanın rejissoru təkcə həyatımı deyil, həyata və sənətə baxışımı da dəyişdi" Adalet.az | Moisey, Memo, Murad "Tamaşanın rejissoru təkcə həyatımı deyil, həyata və sənətə baxışımı da dəyişdi" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Moisey, Memo, Murad "Tamaşanın rejissoru təkcə həyatımı deyil, həyata və sənətə baxışımı da dəyişdi"

12469    |   2016-04-30 08:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Murad İsmayılov hələ Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidi. Ali təhsil ocağının IV kursunda təhsil alarkən bu gənc istedada Akademik Milli Dram Teatrının səhnəsində baş rollardan birini oynamaq nəsib olub. Görkəmli fransız yazıçısı Erik Emmanuel Smittin əsəri əsasında səhnələşdirilən "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasındakı Moisey obrazı ilə ölkənin ən böyük teatrında debüt edib. Həmin tamaşada Murad heç bilirsiniz kimlərlə tərəf-müqabil olub, eyni səhnəni bölüşüb? Xalq artisti Fuad Poladov, əməkdar artistlər Mehriban Zəki, Sabir Məmmədov, Şəlalə Şahvələdqızı Muradın ilk rolunun uğurlu alınması üçün məsləhətlərini, mənəvi köməklərini əsirgəməyiblər. Bu üzdən hər fürsətdə ona etimad göstərən tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərova, teatrın rəhbərliyinə və tərəf-müqabilləri olan sənətkarlara minnətdarlıq edir.
Müsahibə zamanı daha bir detal diqqətimi çəkdi, Söhbətləşdiyimiz "Qış bulvarı"nda qarşılaşdığımız gənc oğlan və qızlar Muradla selfi çəkdirirdilər. Tələbənin belə populyarlığı heç də səbəbsiz deyil. Murad İsmayılov ATV kanalında yayımlanan və böyük tamaşaçı reytinqi qazanan "Vicdan haqqı" serialında da əsas obrazlardan birinə - Fariz roluna çəkilir.

- Murad, gəl söhbətin əvvəlində sadə bir suala cavab axtaraq, necə oldu ki, Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Akademik Milli Dram Teatrında baş rollardan birinə dəvət aldı?
- Cavabım da çox sadə olacaq.
- Buyur...
- İki il əvvəl Akademik Milli Dram Teatrında Əməkdar artist Vidadi Həsənovun rəhbərliyi ilə studiya fəaliyyətə başladı, mən də tələbə kimi bu studiyaya cəlb olunmuşdum. Həmin studiyada Vidadi müəllimlə yanaşı əməkdar artistlər Məmməd Səfa və Pərviz Məmmədrzayev kimi bacarıqlı və istedadlı pedaqoqlar bizimlə məşğul olurdu. Hər ilin yekununda xüsusi hazırlanmış proqramla çıxış edirdik. Xalq artisti Bəsti Cəfərova da studiyanın üzvləri ilə "Nağıllar aləmində" adı bir nağıl-tamaşa hazırladı.
Həmin vaxt Akademik Milli Teatrında tamaşaya quruluş vermək üçün Sankt-Peterburqdan dəvət olunan Ərşad Ələkbərov studiyadakı çıxışımı görəndən sonra "Müsyö İbrahim və Quran çiçəyi"nə dəvət etdi.
- Burda məsələ bir balaca qəlizləşir, tələbə baş rollardan birini oynamaq üçün Akademik Milli Dram Teatrına dəvət olunur... Truppada səni necə qarşıladılar?
- Çox yaxşı. Tamaşada məşğul olan aktyorlardan özümə qarşı elə ilk günlərdən səmimi münasibət gördüm. Başa düşürəm ki, məşqlərdə, tamaşanın gedişində tərəf-müqabillərimə heç də az problem yaratmırdım, amma sağ olsunlar, heç vaxt bunu hiss etdirmədilər. Daim məsləhətlərini verdilər, dəstəklərini əsirgəmədilər. Bu gün də həmin o mənəvi dəstək davam edir. Deyə bilərəm ki, onlardan faydalı praktiki dərslər alıram, nələrisə öyrənirəm. Hər dəfə məni görəndə "Memo, Memo" - deyə çağırırlar. Fürsətdən istifadə edib tərəf-müqabillərimin hər birinə, xüsusi ilə tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərova bir daha minnətdarlığımı bildirirəm. Şadam ki, belə bir istedadlı rejissorla çalışmaq imkanı qazandım. Belə deyim də, o, mənim təkcə həyatımı deyil, həyata, sənətə baxışımı da dəyişdi. Ərşad bəy çox tələbkar, tələbkar olduğu qədər də diqqətlidir. İnternet vasitəsi ilə demək olar ki, gündəlik mənimlə əlaqə saxlayır, universitetdəki dərslərimlə maraqlanır, "Müsyö İbrahim və Quran çiçəyi"nin hər tamaşasından sonra müəyyən suallar verir, tövsiyələrini çatdırır. Bildiyiniz kimi, o, hazırda Sankt-Peterburqda çalışır, yayda Bakıya gələcək, yəqin ki, görüşüb daha ətraflı söhbət etmək, fikir mübadiləsi aparmaq imkanım olacaq.
- Bildiyim qədəri ilə quruluşçu rejissor Moisey rolunu əvvəlcə başqa bir aktyora verib...
- Mən də eşitmişəm ki, Moiseyi oynamaq üçün Dövlət Rus Dram Teatrının aktyoru dəvət olunub. Amma quruluşçu rejissorun hansı səbəbə görə sonradan fikrini dəyişdiyini bilmirəm, sözün açığı maraqlanmamışam da. Bayaq dediyim ki, Ərşad müəllim məni studiyanın tamaşasında gördü və məşqlərə dəvət elədi. Rola təsdiqlənməyim isə maraqlı oldu. Təxminən bir həftə hər gün də 3-4 saat olmaqla məşq edirdim, elə bilirdim ki, hələ kastinq gedir. Heç demə artıq əmrim verilib, lakin nədənsə bu barədə heç kim mənə heç nə deməyib.
- Debüt etdiyin tamaşadakı tərəf-müqabillərin haqqında səmimi sözlər dedin, çox sağ ol. Onlardan biri barədə istərdim daha ətraflı danışaq...
- Kimi nəzərdə tutduğunuzu başa düşdüm. Xalq artisti, teatr və kinomuzun canlı korifeyi Fuad Poladovun mənim kimi bir gəncə, tələbəyə verdiyi dəyər, məsləhət, göstərdiyi mənəvi dayaq barədə saatlarla danışa bilərəm. Sadəcə, dediklərimin bir müsahibəyə sığmayacağından narahatam...
- Sən elə danış ki, bir müsahibəyə sığışdırmaq olsun...
- Bu sənətə gəlmək istəyən hər bir gənc yəqin ki, Fuad Poladov kimi nəhəng sənətkar və böyük şəxsiyyətlə eyni tamaşada səhnəyə çıxmağı, filmə birgə çəkilməyi arzulayır. Xoşbəxtəm ki, bu arzuma çatmaq üçün o qədər də çox gözləmədim, 21 yaşında bu hissi yaşamaq mənə nəsib oldu. "Müsyö İbrahim və Quran çiçəyi"nin səhnəyə qədərki hazırlıq prosesində, tamaşa vaxtı Fuad müəllim mənə sözün əsl mənasında arxa, dayaq durdu. Mənəvi kömək hələ də davam edir. İlk vaxtlar elədiyim səhvləri indi xatırlayanda gülməkdən özümü saxlaya bilmirəm. Amma Fuad müəllim elə bir səmimi münasibət qururdu ki, mən səhv etdiyimdən utanmırdım, sadəcə, nəyin düz, nəyin yanlış olduğunu başa düşürdüm. Fuad müəllimin səmimiyyəti o dərəcədə idi ki, hətta mən onda səhv tutmağa da cürət edirdim.
- Fuad Poladovun oyununda səhv tuturdun?
- Səhv deyəndə ki... Elə bilirdim hansısa replikanı sözü düz demir, yaxınlaşıb deyirdim ki, Fuad müəllim, siz filan sözü bu cür desəydiniz, mən də filan cür deyərdim...
- Ustad nə cavab verirdi?
- Səbirlə qulaq asıb özünəməxsus şəkildə gülürdü və deyirdi ki, Murad mən elə sən istədiyin kimi söyləmişəm. Sonra mən diqqətlə fikirləşəndə görürdüm ki, əslində Fuad müəllim replikanı düz verib, sadəcə, mən diqqətsizlik etmişəm. Fuad Poladovun yerində başqa sənətkar olsaydı, bəlkə də mənim sözlərimdən inciyər, narazılıq edərdi. Bu gün də həm tamaşadan əvvəl, həm də sonra Fuad müəllimin qrim otağında görüşüb söhbətləşir, müzakirə edirik. Məsləhətini heç vaxt əsirgəmir.
- Moisey rolunun ayağı düşərli oldu, populyarlıq qazanmaq üçün daha bir şans əldə etdin. ATV telekanalında yayımlanan, reytinqli bir serialda - "Vicdan haqqı"nda çəkilirsən...
- Əslində Fariz roluna Moisey obrazından əvvəl dəvət almışdım. Söz vaxtına çəkər, bir il öncə tanınmış rejissor Rövşən İsax məni "Vicdan haqqı" teleserialına dəvət elədi, kastinq bitəndən sonra təxminən 6 ay heç bir səs-soraq çıxmadı. Sözün düzü, bu roldan əlimi üzmüşdüm. Və xoş günlərin birində serialın həm ssenari müəlliflərindən biri, həm də ikinci rejissoru Vüqar Əmirov zəng edib dedi ki, Rövşən İsax səninlə görüşmək istəyir. Bu dəfə də rola təsdiq olunmağımla bağlı heç nə deyilmədi. Quruluşçu rejissorla görüşəndə o, təxminən bir saat gələcək serial haqqında danışdı. Təsəvvür edin, Rövşən müəllim danışır, mən də soruşmağa utanıram. Axırda dedi ki, ilk bölümdən əvvəl tort kəsiləcək. Daha dözə bilməyib soruşdum ki, mən də orada olacam? Yalnız ondan sonra Rövşən İsax Fariz roluna təsdiqləndiyimi dedi.
"Vicdan haqqı" teleserialı da Rövşən müəllimin digər layihələri kimi uğurlu alındı, təsadüfi deyil ki, ATV izləyiciləri hər bölümə maraqla baxırlar. Belə bir maraqlı serialda əsas rollardan birinə çəkildiyimə, tanınmış aktyor və aktrisalarla birgə çalışdığıma görə şadam. Rövşən İsax gözəl, səmimi və yaradıcı mühit formalaşdırıb. Bundan əvvəl teleserialların birində baş rola da çəkilmişəm, lakin qətiyyətlə deyə bilərəm ki, "Vicdan haqqı" məni əməlli-başlı populyar elədi.
- Hər halda sən bilərsən, Farizin taleyi necə olacaq?
- İnanın ki, serialın növbəti bölümlərində nələrin olacağını heç özüm də bilmirəm. Hətta bilsəm belə bunu açıqlamağım düzgün olmaz.
- Başa düşdüm, onda gəl bir-iki aydan sonra ali təhsil haqqında diplom alacaq Muradın planlarından danışaq...
- Kurs rəhbərimiz Kəmalə xanım Məmmədova bizimlə "Hicran" tamaşasını hazırlayır, mənə də Orxan rolunu tapşırıb. Yaxın vaxtlarda diplom tamaşamızı təqdim edəcəyik. Sonrası da ki ya qismət... Mənim arzuma qalsa, təbii ki, Akademik Milli Dram Teatrında çalışmaq istəyirəm. Bu arzuma çatacağıma inanıram.
- Yəqin səni bu teatrda işə götürəcəklər, amma əmr verildiyini yenə bir xeyli müddətdən sonra eşidəcəksən...
- Təki siz deyən kimi olsun!



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK