ANA SƏHİFƏ / YAZARLAR

ŞƏHİD QANINDAN GÜL AÇAN TƏPƏ

31774    |   2016-04-23 09:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O illər Lələ yatan təpəni indiki kimi bütün ölkəmiz tanımırdı. Bu qədər adı hallanmırdı. Bəlkə də o zaman bizdən başqa onu tanıyan yox idi. İgidlərimiz, onların qəhrəmanlıqları tanıtdı Lələtəpəni. Canını torpaq uğrunda qurban verən oğullar, Şəhidlər tanıtdı. Birləşərkən türkün qarşısını almağın mümkün olmayacağının sübutuydu haqq aşığı Sarı Aşığın - Lələnin (ağanın, böyüyün, ulunun) yurdunun azad olması...
O vaxtlar kiçik bir qızın gözündə böyük dağdı, o qız böyüdükcə gözündə kiçilərək təpəyə çevrildi. İllər sonra isə yenidən hər kəsin, hətta onu görməyənlərin, adını belə eşitməyənlərin sevimlisi - hörmətlə, sayqıyla andığı, şəhidlərin səsini son eşidən, qəhrəmanlıqlarına şahid olan, qürurla, inamla, təəssübkeşliklə paralel səslənən adıyla gözümüzdə ən uca dağa döndü Lələ Təpə.
Məktəbə yolum üzü Lələ təpəyə olduğundan hər gün səhərlər onunla "salamlaşardım". Lələ təpə adını yalnız qəbiristanlıq kimi eşitmişdim. Həm də Lələtəpə deyil, sadəcə Lələ deyərdi yerli sakinlər.
Bu adın hardan gəldiyi haqda o zamanlar maraqlanmışdım. Nənəmin söylədikləri əfsanə məni çox təəsirləndirmişdi. O əfsanəni yaxınlarda Ramilə xanım öz gözəl yazısında mən bildiyimdən bir az fərqli şəkildə yazmışdı. Əfsanələr də məhz belə yaranır, hərənin bir az dəyişərək, öz anladığı, onun beynində buraxdığı izlərlə, təsirlə dildən-dilə, ağızdan-ağıza keçirməklə: Uzun illər övladları olmayan bir ailənin başçısı bu dərddən cana doyaraq, uzaq səfərə çıxır və geri dönüncə qadının oğlunu yüyrükdə (beşik, nənni) yelləmədiyini görərsə onu boşayacağını (bəzi əfsanələrdə öldürəcəyini deyirlər-F.R) kəskin şəkildə deyib, evdən çıxır. Zaman yetişir, ərinin geri dönməsi xəbərini eşidən qadın qorxudan, Allaha pənah apararaq, bir daşı bələyib beşiyə qoyur və yırğalamağa başlayır. Kişi uzaqdan xanımının beşik yırğaladığını görüb sevincindən qaça-qaça beşiyə yaxınlaşır, onu qucağına alır və uşaq ağlamağa başlayır... Həqiqəti öyrənəndə isə el-obasını tərk edir, yurd-yurd, diyar-diyar gəzir.
Uşaq düşüncəmlə Lələnin halına acımışdım o vaxtlar. Və illər keçsə də, Allaha inancım möhkəm olsa da, insanın daşdan yaranmasına şübhəm qalsa da, yenə Lələnin taleyi ağrıdırdı məni. Son mənzili isə o təpə oldu.

Lələyəm başdan mən
Yemərəm hər aşdan mən.
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.

Daşdan yaranan Lələnin ipəkdən yumşaq ürəyinə, qəlbinin nisgilindən süzülüb gələn bayatılarına, həyat hekayəsinə təkrar dönürdüm hər səhər üzü o təpəyə məktəbə gedərkən.
El arasında Sarı Aşıq adı ilə də məşhur olmuş Lələnin dərdi təkcə bu deyildi, həm də onun tənhalığı, incikliyi idi - milyonların içindəki tənhalığı.

Lələyəm, həyanım yox,
Al-yaşıl geyənim yox,
Yüz il də görünməsəm,
Gəlmədi! - deyənim yox...
Xalq sevərmiş bu küskün, adamayovuşmaz, ərköyün, tənhlığı sevən Haqq Aşığını. Əsl tənhalığı isə yurd-yuvalarımız qarı düşmən tərəfindən yağmalananda oldu Lələnin. O təpədən boylana-boylana qaldı uzun illər. Gəlmədilər... deyən o özü oldu bu illər ərzində.
Hər kəsdən qaçdığı elatının hər bir fərdi üçün darıxdı. Sazının tellərini dilləndirə bilsəydi, sözləri ürəyinin qanı ilə axardı dilinə, ordan da uyuduğu təpəyə.
Düşmənin azğınlığına elat igidləri çox səbr etdilər, çox dözdülər. Amma səbrin də bir həddi olurmuş. Böyüklərin - səbr et! - deməsinə dözməyən Mübarizlər də oldu, amma tək əldən səs çıxmaz deyib babalarımız. El birliyi gərəkdi. Aprel ayının 2-dən düşmənin daha da həyasızlaşdığını görən igidlərimiz dözmədi artıq, layiqli cavabını aldı düşmən, bir heç olduğunu, özgə kölgəsində hürdüyünü anladı və damına çəkildi.
Lələ də təpəsində şad-xürrəm idi - elatı geri dönürdü. Uzun illərin həsrəti sona yetirdi. O təpədəki məzarlıqda Lələnin qəbrinin üstü gül-çiçəklərə qərq olmuşdu... həm sevincindən, həm də şəhid qanından...
"Yüz illərlə bu gözəl vətənimizi ələ keçirmək üçün cəhd göstərənlərin tapdağı altında əldən-ələ keçdi bu diyar. Bəlkə də heç bir xalqı məhv etmək üçün üzərində bu qədər eksperiment aparılmayıb". Amma yenə bu xalqın əzmini qırmaq, inamımı məhv etmək nəsib olmayıb heç kimə. Dözüb, səbr edib millət, amma sonunda səbr kasası dolanda başını bir qaldırıb, bir nərə çəkib ki, düşmən qorxusundan pərən-pərən düşüb.
Lələtəpə neçə şux qamətli, elmli, təhsilli, vətənpərvər igidimizin qanı hesabına alındı. Olsun! "Torpaq, uğrunda ölən varsa, Vətəndir!" deyib Cavid babamız. Beş igidimiz bu yolda şəhid olacaqsa, əvəzində bir millət azadlığa çıxacaq, gələcək nəsillər qarşısında üzüqara qalmayacağıq, utanc duymayacağıq. Bu dığaların bitib-tükənməz - qonşulardan əlinə keçəni oğurlamaq şakərinin gələcək nəsillərə keçməsinin qarşısı alınacaq. Düşmən qane olmadığı "az"ı da itirmək təhlükəsində qalacaq.
İllərlə dünya birliyinin göz yumduğu - yağı tapdağında qalan torpaqları, dağıdılmış evlərin xarabalıqlarını, ağacları kəsilmiş meşələrimizin yerindən məyus-məyus boylanan qurumuş kötükləri, yol-cığırını tikan, qanqal basmış bulaqları, çayları Lələ təpə ucalığından nəhayət ki, görə bildilər.
Bir xalqı məhv etmək üçün onun düşünən beynini, təhsilini, mədəniyyətini, tarixini, qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək, parçalamaq, adət və ənənəsini dəyişmək, dilini əlindən almaq kifayətdir. Bir millətin gələcəyini məhv etmək üçün öncə keçmişini məhv etmək yetər, bunun üçün atom bombasına gərək yoxdur.
Amma bu millətin qədim keçmişi var, tarixi, adət-ənənəsi, mədəniyyəti, dili, cana can verən təbiəti, sərvəti, havası, suyu var və düşmən qarşısına istənilən qaydada çıxmağa gücü də var.
Amma düşmən hələ də pusqudadı, başı əzilməyincə öz istəyiylə rədd olub gedən deyil.
Bir kiçik təpəsi üçün şəhidliyə yüksələn belə igidlərlə torpaq düşmən tapdağında qalmayacaq!



YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK