ANA SƏHİFƏ / YAZARLAR

O, ŞUŞASIZLIĞIN ACISINI HAMIDAN ÇOX ÇƏKİR

28777    |   2016-04-09 10:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazını içimdə iki-üç dəfə yazıb, sonra vərəqini qatladım. Gördüm ki, istədiyim kimi alınmır. Çünki mən yazımın qəhrəmanını oxucuya təqdim etməyin çətinliyi ilə üz-üzə qalmışdım. Axı mənim qəhrəmanım hamının diqqət mərkəzində olan və çoxlarının da tanıdığı, hətta bəzilərinin məndən qat-qat yaxşı tanıdığı bir insandır. Bax, bu səbəbdən içimdə yazdıqlarımı o qədər sağa-sola vərəqlədim ki, düzünü deyim, yoruldum. Və içimdəki yazını bir kənara atandan sonra çəkilib, nəşriyyatın 6-cı mərtəbəsindəki otağımın pəncərəsinin önünə və gözümü zillədim uzaqlara. Baxdım, baxdım və bir də gördüm ki, mən artıq Bakıda deyiləm. Mən çıxıb getmişəm, yoxam buralarda...
...Şuşaya getmişdim . Onda səhv etmirəmsə, 1982-ci il idi. Və Şuşaya bu, mənim yazı-pozu adamı kimi ilk səfərim, ilk müsafirliyim sayılır həyatımda. O vaxta qədər getmişdim, görmüşdüm, qonaq da qalmışdım. Cıdır düzündə çay da içmişdim, İsa bulağında çörək də yemişdim qohumlarla, dostlarla. Amma bu dəfəki səfərim, necə deyərlər, çalışdığım "Təşviqatçı" jurnalı ilə bağlı idi. O jurnalın rəhbərliyinin tapşırığı ilə üz tutmuşdum Şuşaya. O illərin qanunlarına uyğun olaraq rayon partiya komitəsinə getdim. Qarşıladılar. Yazacağım mövzu ilə bağlı müəyyən şəxslərlə görüşdüm. Bax, elə həmin görüş zamanı partiya komitəsinin binasının önündə hündürboy, diqqət çəkən, yerişi ilə seçilən bir şəxslə qarşılaşdıq. Məni müşayiət edən aparat işçisi onunla çox mehriban görüşdü və məni də ona təqdim elədi. İlk dəfə Bayram Səfərovla bax, onda, necə deyərlər, yolumuz kəsişdi. Mən rayonun vəzifəli şəxslərindən biri olan bu cavan oğlanın hərəkətlərindəki səmimiyyəti, hətta qarşısındakı ilk tanışına rahatca körpü sala biləcək müraciəti, ərki məni daxilən sevindirdi. İndinin özündə də birmənalı şəkildə deyirəm və təkrarlayıram ki, səmimi olmaq hər adama nəsib olmur, hər adamın işi deyil. Amma Bayram müəllimlə ilk tanışlığım, onun səmimiyyəti mənim üçün bir kitab kimi açıldı. Zaman keçdikcə mən o səmimiyyətin bütün qatlarını gördüm və o qatlardan çıxış edərək mən də ona qarşı səmimiyyətimi gizlətmədim. Elə bu gün də gizlətmirəm. Və bilirəm ki, kimsə fərqli nə isə düşünəcək. Qoy düşünsün. Bu hər kəsin öz haqqı. Lakin həyatda və bütövlükdə dünyada mənə görə bir haqq var - o da düşündüyünü demək və olduğun kimi görünməkdir.
Bəli, Dağlıq Qarabağ hadisələri ilk işartılarını biruzə verəndə bölgənin ən qaynar nöqtəsi Şuşa oldu. Və Şuşaya ziyalı da, sıravi vətəndaş da, məmur da üz tutdu. Təbii ki, gələnlərin arasında gücü çatanı görmək istəyən də vardı, gücü çatmayana əl uzadıb yardımçı olmaq istəyən də, necə deyərlər, özünü şuşalılara göstərib şəkil çəkdirmək istəyənlər də. Məhz həmin o hadisələrin ilk dövründə rayonun rəhbərliyi təkcə Şuşanın deyil, həm də bütövlükdə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin sakinlərinin müraciətlərinə, sorğularına, istəklərinə qarşı addım atır, onlara dayaq durmağa, ümid verməyə çalışırdılar. Bu rəhbərliyin təmsilçiləri arasında Bayram Səfərov da var idi. Çox maraqlıdır ki, vəzifəsi rayon istehlak cəmiyyətinin sədri olsa da, o, təkcə Şuşanın yox, Şuşanın himayəsində olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərini də qəyyumuna, onların da havadarına çevrilmişdi. Yəni, məhz onun təşəbbüsü və qayğısı ilə həmin kəndlərdə də iaşə obyektləri, mağazalar, ticarət köşkləri açılırdı. Onun şəxsi nüfuzu və bacarığı hesabına gediş-gəliş çətin olan, hərəkəti tez-tez məhdudlaşan, əlaqəsi tez-tez kəsilən kəndlərimizə tankların, BTR-lərin müşayiəti ilə ərzaq məhsulları, gündəlik tələbat malları daşınırdı. Təbii ki, bütün bunları Bayram Səfərov bölgədə olan Sovet Ordusunun zabitləri ilə qurduğu münasibət hesabına reallaşdırırdı.
Hər kəsə məlumdur ki, həmin zamanlarda bölgədə olan Sovet Ordusu edilən maddi köməyin lap çılpaq desək, verilən rüşvətin hesabına hər şey etməyə hazır idi. Təki rus zabitinə onun istədiyi maddi təminatı çatdırasan. Bax, Bayram müəllim də rusları bu və ya digər vasitələrlə ələ alır və mühasirədə olan kəndlərimizin təminatının davamlı olmasına çalışırdı...
İndiki kimi yadımdadır. Onunla raykomun binasında qarşılaşdıq. Otaqdan tələsik çıxıb, iri addımlarla gedəndə üz-üzə gəldik. Bir anlıq dayandı. Görüşdük. İlk sualı bu oldu:
- Yol gəlmisən, çörəkdən-çaydan, yeyib-içmisən?
Bəli, mən Şuşaya Laçın yolu ilə gəlmişdim. Özü də o vaxtlar həmin bölgəyə gedən hər kəsin bu yolun nə qədər təhlükəli olduğunu bildiyi üçün mən onu təzədən kağıza köçürmürəm, amma həqiqətən, ağır günlər idi və belə bir zamanda başdan aşan işin içərisində qonağa diqqət yetirmək, onun qayğısına qalmaq və ümumiyyətlə, bunu kimdənsə ummaq mənə görə haqsızlıq, lap elə allahsızlıq sayıla bilərdi. Lakin Bayram müəllim özünün həmin o içdə olan səmimiyyətini bu iki daşın arasında da unutmadı. Və mən bu anı da yaddaşıma yazdım.
Bir dəfə isə Ağdamda üz-üzə gəldik. Yaxınlaşıb görüşdüm. Yenə həmin təbəssümlə, yenə həmin ərklə "gedək bir tikə çörək yeyək, mən də yorulmuşam" dedi. İlk dəfə bu qaynar, bu çevik insanın dilindən "yorulmuşam" sözünü eşitdim. Ona hiss etdirmədən gözlərinin içinə baxdım. Orda təkcə yorğunluq yox, həm də az-az adamın hiss edə biləcəyi qara bir bulud kədəri var idi. O kədəri bu günə qədər gözlərinin dibində saxlayır Bayram müəllim. Əgər diqqətlə baxsanız, diqqətlə dinləsəniz, o, Şuşa deyəndə həmin kədər şimşək kimi gəlib-keçir... Həmin o səmimi, bir az da sərt tonlu səs titrəyir...
Şuşa işğal olunandan sonra çox məclislərdə, çox məqamlarda qarşılaşdıq, görüşdük. Elə indi də görüşürük. Və hər dəfə də Şuşadan danışırıq. Çünki Şuşa bizim özümüzdür. Deməli, biz özümüzdən danışırıq - dünənimizdən, bu günümüzdən, sabahımızdan. Həmin o söhbətlərin içərisindən mən hər dəfə bir xatirə, bir fikir götürüb yığıram yaddaş arxivimə. Və sonra onu yazılarımda, fikirlərimin ifadəsində təqdim edirəm. Məhz bu səbəbdəndir ki, 65 yaşı tamam olan Bayram Səfərovla görüşüb, müsahibə yazmaq fikrimi içimdə saxladım. Öz-özümə qərar verdim ki, onunla müsahibəni Şuşada yazacağam. Özü də ilk dəfə qarşılaşdığımız binanın həyətində ona suallarımı ünvanlayacağam. Amma indi mən iç dünyamda olan və Bayram müəllimdən söhbətlər zamanı götürdüyüm fikirlərdən istifadə edərək düşüncələrimi kağıza köçürürəm. Yazıram ki...
Bayram Səfərov şuşalıdır, Şuşada doğulub. Şuşanın hər daşına, hər məhəlləsinə özü kimi bələddi. Bu ünvanda yaşayan hər kəsi nəsilbənəsil tanıyır. Hər kəsin şəcərəsini bilir. Bu, təkcə onun işi ilə bağlı olmayıb, bu, həm də onun el-oba adamı olmasıyla, hər kəsin xeyirinə, şərinə getməsi ilə əlaqəlidir. Üstəlik, onun bir maraq dünyası var. Mən fikir vermişəm, Bayram Səfərov qarşılaşdığı hər bir şuşalının öncə adını soruşur. Bir az dayanır, sonra atasının adını soruşur və üzünə təbəssüm qonur. Həmin o görüşdüyü adamın az qala bütün nəsil-nəcabəti barəsində elə rahatlıqla danışır ki, məəttəl qalmaya bilmirsən. Üstəlik, Bayram Səfərov cəmi üç ay müddətində Şuşanın tarixində izi qalan insanlarla - Mikayıl Gözəlovla, Mənsur Məmmədovla və bir də Nizami Bəhmənovla bir yerdə işləyib. Rayonun başçısının müavini olub. Və sonra da könüllü şəkildə istefa verib. Bir dəfə mən bunun səbəbini soruşdum. Bayram müəllim də özünəməxsus şəkildə bildirdi. Gördüm ki, adamların istəklərini, tələblərini, özü də haqlı tələblərini ödəyə bilmirəm. Mənim gücüm onların istədikləri səviyyədə deyil, ona görə də çəkildim kənara.
Bu gün isə... Bəli, bu gün Bayram Səfərov ölkə prezidentinin sərəncamı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısıdır. Ölkə rəhbərliyinin tövsiyyəsi ilə o həm də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" ictimai birliyinin rəhbəridir. Bunun ardınca Bayram Səfərov həm də itkin və girovlarla üş üzrə komissiyanın üzvüdür. Üstəlik, Bayram Səfərov həm də ölkə prezidentinin "Şöhrət" ordeninə layiq gördüyü siyasi xadim, dövlət adamı, xalq adamıdır. Mən bu sıranı sayıb, davam etdirə də bilərəm. Amma bilirəm ki, yazdığım hər sözü diqqətlə qarşılayacaq Bayram müəllim tərifi xoşlamır. Ona görə də elə burdaca keçirəm əsas mətləbə. Yəni, onun özü dəfələrlə vurğulayıb ki, bu gün Şuşa üçün, şuşalılar üçün, Dağlıq Qarabağ azərbaycanlıları üçün görülən bütün işlərin hər birinin memarı da, təşəbbüsçüsü də , onun həyata keçməsinin də əsas stimulu ölkə prezidentidir. Məhz cənab prezidentin yaratdığı şərait , göstərdiyi yol, verdiyi tövsiyyələr imkan verir ki, biz Şuşa üçün, Dağlıq Qarabağ üçün bu gün zəruri olan işləri görək. Ona görə də Bayram Səfərov öz ünvanına səsləndirilən bütün tərifləri, onun adı ilə bağlanan bütün uğurları birmənalı şəkildə Azərbaycan prezidentinin və onun xanımının fəaliyyəti ilə əlaqələndirir. Tam çılpaqlığı ilə bəyan edib ki, gördüyümüz bütün işlər məhz onların yardımının, onların qayğısının bəhrəsidir. Hətta bir dəfə o mənə söylədi ki, Bakının Yasamal rayonunda 185 yaşlı Şuşa məktəbi üçün yer ayırmaq və orda möhtəşəm bir məktəb binası tikib istifadəyə vermək heç də asan məsələ deyil. Müasir tipli bu məktəbdə təkcə şuşalıların deyil, o tərəfdə yaşayan digər qaçqın uşaqlarının da, hətta şəhər sakinlərinin də övladlarının təhsil almasının əsl səbəbkarı ölkə prezidenti və onun xanımıdır. Mən sadəcə bütün məsuliyyətimlə, bütün vicdanımla çalışıram ki, göstərilən etimadı doğruldum, qarşıma qoyulan vəzifəni tələb olunan səviyyədə icra edim.
Doğrudan da, mən öz müşahidələrimlə və bir də hər gün görüşdüyüm qarabağlı, şuşalı dostlarımla, qohumlarımla söhbətlərimlə özüm üçün aydınlaşdırmışam ki, Bayram Səfərov Şuşada işlədiyi illərdə qazandığı el-oba məhəbbətini bu gün də təkcə saxlamır, onu həm də cilalayır, onu həm də qollu-qanadlı edir. Çünki o camaatın içindədi, o camaatın yanındadır. Bütün Azərbaycana səpələnmiş şuşalıların, qarabağlıların hayına çatmaq, sözünü dinləmək , xeyir-şərinə getmək o qədər də asan iş deyil, amma Bayram Səfərov bunu bacarır. Üstəlik, o, həm də Bakının ortasında ölkə prezidentinin tapşırığı və nəzarəti altında tikilib istifadəyə verilmiş "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın qərargahını üz tutanların ümid yerinə çevirib. Bu, onun və komandasının xidməti olmaqla yanaşı, ona və komandasına ölkə prezidentinin diqqətinin bəhrəsidir.
Bütün bunları kağıza yaza-yaza onu da fikirləşirəm ki, bizim hamımızdan çox Qarabağ problemi ilə məşğul olan insanlar arasında Bayram Səfərovun da xüsusi yeri var. O, Azərbaycana səfər edən və Qarabağla maraqlanan hər kəsin qarşısında təkcə şuşalı, təkcə qarabağlı kimi deyil, həm də haqqını tələb edən, haqqını sübut edən bir azərbaycanlı vətəndaş kimi dayanır. Və onlara Qarabağın gerçək mənzərəsini göstərib, onlardan ikili standartlardan qurtulmağı, ədaləti, gerçəyi etiraf etməyi tələb edir.
Yaxın günlərin söhbətidir. Qarşılaşdıq Bayram müəllimlə. Və mən bir qarabağlı marağı ilə soruşdum ki, siz problemlərin bizə bəlli olmayan tərəflərini də bilirsiniz. Bu Qarabağ düyünü nə vaxt açılacaq? Üzümə baxdı və çox ciddi şəkildə dedi:
- Mən inanıram ki, açılacaq o düyün və biz cənab prezidentin rəhbərliyi altında Şuşaya, Xan kəndinə bayrağımızı sancacağıq. Özü də lap tezliklə həll olunacaq bu məsələ. Doğrudur, indi bütün dünyada haqq-ədalət deyilən şey itib. İkili standartlar hökm sürür və heç kim Azərbaycanın uğurlarını qəbul etmək istəmir. Bir özün fikirləş də, son illərdə ölkəmizdə həyata keçirilən saysız-hesabsız möhtəşəm tədbirlərin səsi-sorağı bütün dünyaya yayılıb. Ölkə prezidenti, onun xanımı bu tədbirlərin ən yüksək səviyyədə reallaşmasını elə dəqiqliklə hazırlayıb ki, bizdən sonra nə Avropa, nə də dünyanın başqa bir ölkəsinin həmin tədbiri bizim səviyyədə həyata keçirməyə qabiliyyəti çatmır. Üstəlik, adamların rifahı, həyat səviyyəsi, ordumuzun qüdrəti günbəgün artır, yüksəlir. Bütün bunları isə bizi istəməyənlər qısqanclıqla, paxıllıqla qarşılayırlar. Ona görə də problemin həllinə mane olurlar. Amma nə edirlər-etsinlər, biz Şuşaya qayıdacağıq və bizim Şuşaya qayıdışımız çox möhtəşəm olacaq. Çünki ölkə prezidenti Şuşanı əvvəlkindən də möhtəşəm və abad edəcək. Buna mən özümə inandığım kimi inanıram.
Eşitdiyim bu fikirlər mənim içimdəki inamı bir az da gücləndirdi və hiss elədim ki, Bayram müəllim söylədiklərinin hər birinə gün işığına inandığı kimi inanır. Deməli, bu inam varsa, qələbə qaçılmazdır, qələbə uzaqda deyil. Elə mən də o qələbə sevincini indidən duymağa, indidən özümü ona hazırlamağa doğru addımlar atdım və gedə-gedə də fikirləşdim. Görəsən, Bayram müəllim Şuşaya qayıdanda əvvəl haranı ziyarət edəcək? Sanki ürəyimdən keçənləri hiss elədi və elə bir az kövrək, bir az da titrək səslə dedi:
- Əvvəl atamın, anamın məzarını...
Bəli, bu gün dörd övlad, səkkiz nəvə sahibi olan Bayram müəllimin məktəb yaşlı nəvələri Şuşa 1 nömrəli orta məktəbində təhsil alırlar. Və ümumiyyətlə, Bayram müəllimin hər günü Şuşa ilə bağlıdır. İşdə də, evdə də, asudə vaxtında da. Amma o özünü tam bütöv saya bilmir. Çünki o cismən Şuşasızdır. Onun ruhu Şuşadadır. Onun xəyalları, arzuları Şuşadadır və o, ruhunun, xəyallarının, arzularının yanına əsgər kimi də, döyüşçü kimi də, rəhbər kimi də qayıtmağa hər an hazırdır. Sadəcə o, Ali Baş Komandanın əmrini gözləyir və inanır ki, mütləq bu və ya digər formada o əmr səslənəcək. Və o, Şuşaya qovuşacaq. Və mən də inanıram ki, Şuşada Bayram Səfərovdan ilk müsahibə götürənlərdən biri də mən olacağam.




YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK