hacklink Adalet.az | OT KÖKÜ ÜSTÜNDƏ... Adalet.az | OT KÖKÜ ÜSTÜNDƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

OT KÖKÜ ÜSTÜNDƏ...

37485    |   2016-03-19 00:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Təkrar edən şey əslində
tarix deyil, edilən səhvlərdir"
Osmanlı Sultanı II Əbdülhəmid

Otuz ildən artıq müddətdir Türkiyədə qan su yerinə axır, qardaş qardaşı qırır.
Terror son vaxtlarda gəmi azı dişinə salıb. Yazılarımda dəfələrlə işarə etmişdim; terrorun kökü 11-ci yüz illiyə gedib çıxır, yəni Səlib Yürüşlərinə. Qərbin imperialist siyasət yeridən xıristiyan ölkələri o vaxtlarda da həmin anlayışdaydılar indi də ondan əl çəkməyiblər, çəkməyəcklər də. Bunu mənim kimi fikirləşənləri demirəm, Türkiyə Türkcəsindəki bir ifadə ilə desək "Sağır sultan belə duyub", yəni dünyadan bixəbər olanlar belə onun fərqinə varıbdır.
Confucius "Səhvə yol vermək o qədər də önəmli deyil, sehvə yol verdiyini unutmaq pisdir" deyib.
Türkiyəni hardasa on beş ildir tək başına idarə edən şəxs taxta çıxar-çıxmaz üzünü başı çalmalı, ağ tumanlı ərəblərə tutdu. Bu ərəblərin bizi İngiltərədən aldıqları qızıllarla kürəyimizin tən ortasından xəncərlədiyini bilirdi, bilə-bilə də yenə üzünü tutub onlara sarı yüyürdü. Türk dünyasını yadından çıxartdı. Fələstin-Fələstin deyə-deyə İsraili, ABŞ-ı, İngiltərəni həddən artıq narahat etdiyini vecinə də almadı. Öncə Bəşşar Əsəd ilə qardaşlaşdı, sonra Putin ilə. Ayı ilə xarala girməyin nə mənaya gəldiyini yadından çıxartmadı, ancaq bilə-bilə onu həyata keçirdi. Aradan çox vaxt keçmədi Bəşşar Əsəd ilə düşmən kəsildi, çünki qərblilər elə istəmişdi. Türkiyənin bütün qonşuları ilə arası dəydi, həm də "qonşularla sıfır problem" deyə-deyə.
Dəvəyə dedilər boynun əyridir, dedi haram düzdür ki..
Portuqaliya atalar sözündə "Sən dəyişəndə talein də dəyişər" deyilib. Türkiyənin rəhbəri dəyişdi, öz taleini yox Türkiyənin taleini dəyişdirdi.
Norveçin Oslo şəhərində PKK-nın başçıları ilə görüş keçirtdirdi. Bu olay qəzetlərdə yazılıb-cızıldıqda müxalifət tənqidə başladı və düz elədi. O dəqiqə kürsüyə çıxıb "Bunu diyənlər şərəfsizdir, biz elə bir işi görməmişik" dedi. Altı ay sonra, "Əlbəttə, dövlət hər bir işi görər" dedi. Sonra isə "Çözüm sürəci" dedi, PKK-lıları dövlətin başına çıxartdı, azdırdı.
Yeddi il çiyin-çiyinə işlədiyi Başqərargah Rəisinə "Sən terrorçusan" deyib ibtidai məktəb məzunu Fətullah Gülənin adamları olan savçıları, hakimləri qışqırtdı və Başqərargah rəisi ilə birlikdə Türk dövlətinin təminatı olan ordunun şərəfli genrallarını min bir böhtanla zindanlara saldırdı. Nəinki saldırmaq, onların dünyasını dəyişən atalarının, analarının, həyat yoldaşlarının belə dəfnində iştirak etmələrinə icazə vermədi, verdirmədi. Şəxsiyyətinin təhqir olunmasına dözə bilmiyərək neçə-neçə şərəfli zabit özünə qəsd elədi. Genralları birbəbir tutub həbsə saldırdıqda "Mənim qəhrəman savçılarım, hakimlərim" deyərək meydanlarda at oynatdı. Aradan illər keçəndən sonra zindana saldırdığı zabitlərin tamamı yenə həmin məhkəmələr tərəfindən günahsız olduqları, yalan yerə həbsə salındıqları elan edildi və tamamı azadlığa buraxıldı. Olan isə ordunun nüfuzuna, ölkəyə, dövlətə, dövlətçiliyə oldu.
PKK-lı terrorçular əllərində silahları ilə polisə və orduya acıqını verərək küçələrdə şütüyəndə onlara toxunulmaması üçün valilərə, polis idarələrinə, ordu komandirliklərinə təlimatlar yolladı. PKK-lılar küçələri qazıb səngərlər düzəldərkən və şəhərləri silah-sursat ambarına döndərərkən üzünü yenə də çalmalı ərəblərə tutdu, bu alçaqları görmədi. Seçkidə nəsə olacağını başa düşdükdə kim hansı düyməyə basdı bilinmədi, ancaq o günə kimi yatan terror qəflətən oyandı və polisləri, Məhmətçikləri şəhid etməyə başladı.
Murdar ilbizlər kimi qırıla-qırıla nəsli tükənən, şəhərlərdəki səngərlərini birbəbir itirən və leşləri müqəddəs torpaqlarımızı çirkaba boyayanlar bu dəfə ayrı bir işə yönəldilər. Maşınlara partlayıcı doldurub özləri ilə birlikdə onları partladıb dinc əhalini də kütləvi şəkildə qırmağa başladılar.
11-ci əsrdə başlayan Səlib Yürüşü indi PKK adı ilə davam edir. ABŞ-ın prezidenti Bush İraq işğal olunduğu zaman "Səlib yürüşləri başladı" deməmişdi ki?
Türkiyənin paytaxdında dinc əhali kütləvi şəkildə terrora qurban gedərkən bizim müttəfiqimiz olduğunu yüksək səslə dilə gətirənlər ancaq telefonla "xala xətirin qalmasın" anlayışı ilə başsağlığı verdilər.
Bəs, indiyə kimi unudulan qardaş Azərbaycanın Dövlət Başqanı neynədi? Avropa Şurası yığıncağında erməni nümayəndəsi Türkiyənin əleyhində çıxış edəndə o ayağa durub, "Türkiyə burada təmsil olunmur, ancaq mən burdayam" deyərək onun ağzının payını verdi. Müttəfiqlərimiz telefonla başsağlığı verərkən qardaş Dövlət Başqanımız Ankaradakı terror hadisəsini eşidən kimi təyyarəsinə minib təziyəyə getdi. Türkiyənin Cümhurbaşqanlığı stolunda oturanı bağrına basıb "Qardaşım, millətimizin başı sağ olsun" deyərək Anadolu Türklüyünə Azərbaycan dövləti və xalqı adına ürək-dirək verdi. Bununla da bəzilərinə dövlət adamlığı, qardaşlıq dərsini verdi.
Atalar yalan yerə deməyib "Ot kötü üstündə bitər".
Qardaş Azərbaycanımızın əziz və hörmətli Dövlət Başqanı Cənab İlham Əliyev, bu əziz və şanlı millətin bir nümayəndəsi, sıravi bir əsgəri sifəti ilə sizlərə səmimi qəlbdən təşəkkürümü bildirib, "Yüksək makamınız karşısında baş əyiyorum".
Min yaşayın...
Hamının bayramını səmimi qəlbdən təbrik edirəm.



YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK