ANA SƏHİFƏ / YAZARLAR

ÖLƏNİN BƏXTİ GƏTİRDİ...

Ay, torpağın itirənlər

31151    |   2016-02-23 15:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Belə bir söz var. Bilmirəm kim deyib, amma dəqiq bilirəm ki, var. Deyirlər ki, filan söz məni yaman tutdu... yaxud deyirlər ki, filan söz ox kimi içimi dəlib keçdi... yaxud da söyləyirlər ki, filan söz məni havalandırdı, yerimdən, yurdumdan eylədi...

Hə, mənim deyəsən "naxışım” gətirib. Ona görə "naxışım gətirib" deyirəm ki, qarşıma məni havalandıran, məni yerimdən-yurdumdan eyləyən, mənim içimi tərpədən sözlər ara-sıra çıxır. Və mən də həmin o sözlərin havasında elə bir hala düşürəm ki, Allah heç kimə göstərməsin. Bunu yaxşı mənada deyirəm, yer də, göy də başıma fırlanır. Özüm də yerin, göyün başına fırlanıram. Elə fırlana-fırlana da durduğum nöqtədən, oturduğum yerdən haralarasa o fırfıra məni aparıb atır, o söz məni gah işığa bələyir, gah da qaranlığa... gah sevincə bükür, gah da kədərə... gah alqışa bələyir, gah da qarğışa... gah dilimi mələyə çağırışa kökləyir, gah da fələyə qarğışa. Yəni yaşamaq da istəyirəm, ölmək də... yaşatmaq da istəyirəm, öldürmək də. Bax, başıma belə bir müsibət gətirib məni yerimdən-yurdumdan edən söz.

Tam səmimi deyim ki, hərdən o məni havalandıran sözün sahibinə irad da tutmaq istəyirəm. Amma gücüm çatmır. Nə deyəcəyimi, necə deyəcəyimi tarazlaya bilmirəm. Ha çalışsam da, dilim o söz sahibinə minnətdarlıqdan başqa heç nəyi söyləmir. Qalıram dilimin məngənəsində... qalıram sözün yükünün altında... qalıram havalandığım yerdə. Bax, indi siz bu yazını oxuduğunuz vaxt mən elə o havalı durumdayam. Çünki 23 fevral gününün nostalji xatirəsiylə stolumun üstündəki bir kitabı götürüb bəxtini sınayan adamlar kimi gözüyumulu açdım. Və niyyət tutdum ki, açılan səhifdəki hər nədisə, onu oxuyacam və onunla razılaşacam... onu günümün köynəyi edəcəm. Elə bu niyyətlə də açdım kitabı. Və...

Həyatda təsadüflərin zərurətdən doğulduğuna bəlkə də hamıdan çox inanmışam, hamıdan çox biət etmişəm. Amma inanın ki, bu dəfə açılan səhifədən oxuduğum şeir mənə həm də yaşadıqlarımı, taleyimi, güzəranımı, hətta içimdən keçən dua və özümə qarğışları başdan-başa üzümə söyləyirdi, gözlərimin içinə deyirdi. Və həmin an mənə elə gəldi ki, dünyada həqiqətən ruha qoşulmalar var. hardasa eyni cür düşünmək, eyni cür yanaşmaq, eyni cür şərh etmək, eyni cür də yaşamaq var. Mən buna başqa bir ad tapıb qoya bilmərəm. Bu şeirdəki bütün məqamlar, misralanmış bütün anlar və mənalar mənim evim yanan gündən, kəndim işğal olan gündən ürəyimə yazdıqlarımdı... ürəyimdə pıçıldadıqlarımdı... yuxularımda gördüklərimdi. Mən onda yazmışdım ki:

Yandı evim, eşiyim

Yandı divarım, daşım...

İsit, qoyma üşüyüm-

İsit məni göz yaşım!..

Və onda az qala Tanrıya asi olaraq içimdə fəryad qoparmışdım ki, təqvimləri cırıb atmaq lazımdı. Çünki təqvimlərdə işğal günləri, şəhid günləri, faciə, qətliam günləri sıralanıb gedir. Bax elə indi açıb oxuduğum şeirdə də müəllif həmin o mənim kimi düşünənlərin, mənim günümü yaşayanların ürəyi ilə öz ürəyini eyniləşdirir, birgə döyünən ürəklərin sızıltısını, göynərtisini misralayıb və yazıb:

Hər ayda bir qanlı təqvim,

Hönkürdüm hər an üstünə.

Ölüb dərdimi göndərəm,

Mənə yananın üstünə.

Hə, bunu mən də arzulamışam, bunu mən də gecələr çadır evimin, sığındığım uşaq bağçasının, yaşadığım özülsüz otağımın bir küncünə çəkilib qaranlığa, özü də büzüşüb oturmuş uşaqlarımın gözlərinə baxmadan içimdə söyləmişəm. Və elə demişəm ki, özüm də inanmışam bu dediyimə. Yəni inanmışam ki, ölüb dərdimi mənə dərd verənin üstünə göndərə biləcəm. O düşməni ölümümlə öldürəcəm və:

Yoxda vardı, varda yoxdu,

Həsrət dərd, qəmlə ovundu.

Ömür bir rəngli yuxudu,

Doğru yalanın üstünə.

Bəli, bu da bir gerçəkdi. Çünki yoxda var olanın varda yox olması, həsrətin dərd-qəmlə ovunması təkcə şair sözünün, fikir adamının ifadəsi, pıçıltısı deyil, bu həm də həmin o varlıqla yoxluğun, o dərd-qəmlə ovunmağın necə bir rəngli yuxu olduğunu söyləməkdi, andırmaqdı, xatırlatmaqdı. Özü də gerçək kimi bir yalanın çətiri altında. Və:

Ay oğuzlar, ay ərənlər,

Səbri dözümlə yeyənlər.

Ay torpağın itirənlər,

Gedək tapanın üstünə.

Necə gözəl bir çağırış... necə yanıqlı bir müraciət... necə səmimi bir etiraf. Özü də canıyananlıqla, hər şeyi göz altına almaqla söylənən etiraf. Axı, dözə-dözə hardan hara gəlib çıxdıq. Bunu heç düşündükmü, bunun heç fərqinə vardıqmı? - Məncə yox! Ona görə artıq hamımız birlikdə bir şamın işığında, bir su səsinin yaratdığı ovqatda öz-özümüzə, özü də hamının eşidə biləcəyi bir səslə deməliyik ki:

- Ay, torpağını itirənlər, gəlin gedək onu axtaraq. O itkini tapanı, əslində isə o torpağı bizdən alanı cəzalandıraq, o torpağa sahib olaq! Və:

Qara sevda, qara dərddi,

Torpaq sevgim, yurd həsrətim.

Ölənin bəxti gətirdi,

Ağlayaq qalanın üstünə.

Bu da bir gerçək, bu da bir olmuşun və olanın poetik ifadəsi, poetik təqdimatı. Məncə burda həm də yanğının, üsyanın, dərdə dözümsüzlüyün şairanə yox, sadəcə, insanın içini tərpədən bir poetik təqdimatından gedir söhbət. Çünki sevdaların qarası elə torpaq sevgisidi, yurd həsrətidi. Amma bu qara sevdanın ən böyük nəşəsi, ən böyük qazancı, ən böyük mükafatı ölməkdi. Kim bu qara sevdadan ölübsə, onun bəxti gətirib - Şəhidlik zirvəsinə yüksəlib. Həm cismiylə torpağı artırıb, həm ölümüylə torpağı çiyninə qaldırıb. Bizə sadəcə bir iş qalıb. O da şəhid olmayanı diriykən ağlamaq. Burda söhbət göz yaşı tökməkdən getmir, burda söhbət diriləri qazi olmağa hazırlamaqdan, çağırmaqdan gedir. Və:

Əldən yurdu gedən adam,

Səbr edib ölməyən adam.

Bu taleyə asi ollam,

Gedib yaradan üstünə.

Hə, bir anlıq bu misraların siz də içərisinə daxil olun, alt qatını görün... bu misraların fikir tutumunu siz də çözün. Onda görəcəksiniz ki, bu boyda yurd itirib adam kimi qalmaq, səbr edib təkcə ölməmək yox, həm də arsız-arsız çalıb oynamaq nə deməkdi?! Axı biz özümüz-özümüzə təsəlli verməklə bu yurd itkisinə asi olmağı arxa plana keçiririk. Əslində isə biz, yəni torpağını itirənlər, ömrü birrəngli yuxu olanlar ölüb bəxtəvər olanların ətrafına yığışmalıyıq, onların yolunu tutmalıyıq, onların izini göyərtməliyik. Çünki bu yol, bu iz Şuşaya gedir... işğal olunmuş torpaqlarımıza gedir... bizim üçün həsrət çəkən, ayaq izlərimizi qoruyub saxlayan, uşaqlığımızı yaddaşında yaşadan ünvanlara gedir. Biz onun ayağına getməliyik, onu çiynimizə qaldırmağa getməliyik və Yaradandan bu gediş üçün ancaq dəstək ummalıyıq. Çünki O bizi yaradanda, xəlq edəndə boynumuza oğul yükü qoyub, oğul missiyası yükləyib. Alnımıza da elə beləcə də yazıb:

Ay torpağın itirənlər,

Ölənin bəxti gətirdi!!!

Məncə, biz bəxtimizin gətirəcəyini gözləməli deyilik. Biz taleyimizə asi olmalıyıq. Və biz, yəni şəxsən mən bu misraların müəllifi dəyərli Sona xanım Vəliyevaya məmləkətin qaçqın bir bəndəsinin vətəndaşının, sadəcə, Əbülfətin taleyini, içini yazdığına görə təşəkkürümü bildirirəm. Xüsusilə təqvimin ən qara günlərinin birinin ərəfəsində mən bu misraların bütün qatlarını gördüm, bütün laylarına enə bildim.

Əbülfət MƏDƏTOĞLU

[email protected]




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK