ANA SƏHİFƏ / YAZARLAR

Şair təbiətli rəssam

Yubileyi ərəfəsində Qafar Sarıvəlli ilə söhbət

37267    |   2016-01-16 09:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabah tanınmış rəssam Qafar Sarıvəllinin yubileyidir. 60 il öncə Qazaxın Kəmərli kəndində dünyaya gələn Qafar Sarıvəlli 1980-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1997-ci ildə Rəssamlıq İttifaqına üzv seçilən istedadlı fırça ustası müxtəlif beynəlxalq sərgilərin iştirakçısı olub. Paytaxt Bakıda, Azərbaycanın müxtəlif bölgələrində fərdi sərgiləri təşkil edilib.
Yubileyi ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının xətti ilə rəssamın Vəcihə Səmədova adına Sərgi Salonunda növbəti fərdi sərgisi açıldı. Sərginin "Rənglərin poeziyası" adlandırılması isə təsadüfi deyil. Qafar Sarıvəllini tanıyanlar yaxşı bilir, istedadlı rəssam sözə, poeziyaya bağlı bir insandır.
Sərginin açılışında görkəmli elm xadimləri, tanınmış ziyalılar iştirak etdi. Qonaq-qaralı yubilyar fikir və düşüncələrini "Ədalət"in əməkdaşı ilə bölüşməyə də fürsət tapdı.

- Deyirlər ki, hər fərdi sərgi rəssamın yaradıcılıq hesabatıdı. Bu gün siz həm də yubiley hesabatı verirsiniz...
- Sənətsevərlərdən, yaradıcılığımı izləyənlərdən, dost-tanışlarımdan öncə öz-özümə hesabat verirəm.
- Düşüncələriniz necədir?
- Mənə elə gəlir ki, rəssam kimi də, insan kimi də bu 60 ildə boşuna yaşamamışam. Sevdiyim və seçdiyim sənətlə məşğul olmuşam, ürəyimdən keçənləri, düşüncələrimi fırça ilə çatdırmağa çalışmışam. Bu mənim 8-ci fərdi sərgimdir, onlardan 4-ü Rəssamlar İttifaqının xətti ilə təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının rəhbərliyinə minnətdaram ki, yubileyim ərəfəsində bu sərgini təşkil etdilər. Sərginin açılışında iştirak edən, təbriklərini çatdıran, haqqımda xoş sözlər deyən görkəmli alimlərimizə, incəsənət xadimlərinə, həmkarlarıma, sıravi insanlara, dost-tanışa təşəkkür edir, "çox sağ olun" deyirəm. Rəssam üçün bundan yaxşı nə ola bilər?
Azərbaycan məmləkətinin sıravi bir insanı kimi də öyünməyə haqqım var. İki övlad böyütmüşəm, iki nəvəyə babalıq edirəm. Yaxşı dost-tanış qazanmışam. Bayaq dediyim ki, illəri hədər yerə yola salmamışam. Yubiley sərgimin ərəsəyə gəlməsində dostlarım da əllərindən gələni əsirgəmədilər. Bu isə məni iki qat sevindirdi, deməli, bütün çətinliklərə baxmayaraq, xalqımız sənətə, sənətkara diqqət göstərməyi yadırğamayıb.
- Sərgidə vətənpərvərlik mövzusunda işlənən əsərləriniz üstünlük təşkil edir. Rəssam Qafar Sarıvəllinin vətəndaşlıq mövqeyi ilə də tanış olmaq imkanı əldə etdik...
- Düşünürəm ki, rəssam, şair, aktyor, bəstəkar olmasından asılı olmayaraq hər bir sənət adamı cəmiyyətdə baş verən proseslərə münasibət bildirməli, vətəndaş mövqeyini seçdiyi sənətin dili ilə ortaya qoymalıdır. Qarabağ torpaqlarının işğalını, 20 Yanvar faciəsini, Xocalıdakı soyqırımı görən Qafar Sarıvəllinin yaradıcılığı başqa cür necə ola bilərdi?
- Sizi yaxından tanıyanlar sözə, şeirə bağlı adam olduğunuzu yaxşı bilirlər. Fərdi sərgini "Rənglərin poeziyası" adlandırmağınız da yəqin elə bununla bağlıdır...
- Sözə, saza bağlı bir məkanda - Qazax mahalında doğulmuşam. Belə bir mühitdə böyüməyim sənətə, poeziyaya bağlı bir insan kimi formalaşmağıma təsirini təbii ki, göstərib. Hələ orta məktəbdə oxuyan zaman dram dərnəyinə gedirdim, yaxşı şeir deməyim var idi. Allah canını sağ eləsin, Ağakişi müəllimi, bütün baş rolları mənə verirdi. Dram dərnəyində "Vaqif", "1905-ci ildə", "O olmasın, bu olsun" əsərlərindən parçalar hazırlananda baş rollarda mən oynayırdım. Rəssamlıq təhsili almaq üçün Qazaxdan Bakıda gələndə ürəyimdəki bədii ədəbiyyat, poeziya, teatr yanğısını da özümlə gətirdim. Dövlət Rəssamlıq Məktəbində təhsil alanda iki il böyük sənətkarımız Bəşir Səfəroğlunun adını daşıyan Xalq Teatrının fəal üzvlərindən biri oldum. Həmin günlərimi xatırladan afişa və dəvətnamələri bu gün də saxlayıram.
Dostlarım yaxşı bilir, cavanlıqda saatlarla Azərbaycan ədəbiyyatının yetişdirdiyi böyük şairlərin, söz ustadlarının yaradıcılığından şeirlər deyirdim. Günü bu gün də 100-dən çox şeir əzbər deyə bilirəm. Şeirə, poeziyaya bağlılığımdandır ki, bu günə kimi 100-ə yaxın kitaba illüstrasiyalar çəkmişəm. Səməd Vurğunun, Məmməd Arazın, Nəriman Həsənzadənin portretlərini sevə-sevə yaratmışam.
- 60 yaşa gəlib çatdınız, 40 ildən də çoxdur ki, bir rəssam gözü ilə dünyanı müşahidə edirsiniz. Dünyanın rəngi solub, yoxsa...
- Qardaş, vallah, bu dünya rəngi solana heç oxşamır. Hər halda mən belə görürəm. Amma rəng məsələsinə hər bir rəssamın öz baxışı var. Mənim çəkdiyim və sərgidə asdığım quru bir ağacda hərə bir rəng çaları tapa bilər. Nahaq yerə deməyiblər ki, insan ətrafa rəssamın gözü, şairinsə sözü ilə baxmalıdır.
- Şair sözündən söz düşmüşkən, bizə şair xalq deyirlər. Niyə rəssam xalq yox, şair xalq? Bu bir rəssam kimi, sizi qıcıqlandırmır ki?
- Yox, qətiyyən qıcıqlandırmır. Biz doğulan gündən layla, bayatı ilə böyüyürük. Təsadüfi deyil ki, çox vaxt adi fəhlə də, neft mütəxəssisi də, həkim də, riyaziyyatçı da poeziyadan maraqla danışır, dəyərli fikirlər söyləyir, hətta şeirlər də yazır. Elə mən özüm rəssam olmağıma baxmayaraq, bayaq dediyim kimi, saatlarla ədəbiyyatdan, poeziyadan danışa bilirəm.
Rəssamlığı şairlik kimi kütləviləşdirmək mümkün olmayıb, yəqin elə ona görə də bizə rəssam xalq demirlər. Hələ ki, demirlər...
- Müsahibələrinizin birində Bakının qədimliyini və müasirliyini bir yerdə əks etdirən "Mənim Bakım" adlı əsər yaradacağınızı demişdiniz. Amma bu sərgidə həmin əsəri görə bilmədik...
- Görünür ən yaxşı əsərim hələ yol gəlir...



YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK