ANA SƏHİFƏ / YAZARLAR

YANIQ SƏS

Əbülfət MƏDƏTOĞLU

52934    |   2015-12-12 10:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onu hələ də dinləyirəm

Səhər-səhər eşitdiyim səs bir növü məni evdən bayıra atdı. Səsdə o qədər həyəcan, təlaş var idi ki, sanki dəhşətli bir hadisə baş verirdi. Mən də həmin o təlaşın, o həyacanın təsiri ilə havanın çiskinli olmasına baxmayaraq eləcə köynəkdə atdım özümü bayıra. Tələsdim ki, kiminsə hayına çatım… bu səs sahibinin yanında olum… gücüm çatan yardımı göstərim…

Beləcə, təlaşlı bir şəkildə bayıra çıxmağım ailə üzvlərimi təəccübləndirdi. Düzünü deyim ki, onların təəccübü bir az mənə toxundu və dönüb onlara tərəf tərs-tərs baxaraq elə baxışlarımla da soruşdum:

- Bayırda kimsə hay-haraya salıb, siz də dinməzcə öz işinizlə məşğulsunuz… Sanki heç nə baş vermir…

Gözlərimdən sualımı oxuyan kiçik qızım mənim təəccübümü və bir az da əsəbimi ovutmaq üçün gülümsədi:

- Ata, sən yəqin o səsi birinci dəfədi eşidirsən. Amma biz onu çox eşitmişik. Xlor satan arvaddı. Hərdənbir gəlir, səsi də ki, belə…

Düzünü etiraf edim ki, qızımın dediklərinə öncə inanmadım. Elə bildim ki, o, mənim əhvalımı dəyişmək, yəni duruma bir mülayimlik qatmaq istəyir. Ona görə də:

- Hə, yaxşı, – deyib o səsin dalınca getdim. Və küçədə əlində iki ağır zənbil olan yaşlı bir qadınla qarşılaşdım. Düzünü deyim ki, çox zəif bir vücudu olan bu qadının əlindəki zənbillərin hər biri ayrılıqda bəlkə də onun az qala öz çəkisində idi. Bu müqayisə içimdə bir az gülüş doğurdu və öz-özümə dedim ki, bu yükün altında səs ancaq bu cür çıxa bilər. Ona yaxınlaşanı müştəri sayan həmin o təlaşlı səs sahibi:

- Sabahın xeyir ay bala, bə niyə qab gətirməmisən? Yoxdusa, buralardan bir qab tapıb doldurum, – deyə-deyə yolun kənarlarında plastik butulkalardan axtarmağa başladı.

Mən onun hərəkətlərindən sonra evdə ehtiyac olmayan xloru almağa məcbur oldum. Və düşündüm ki, heç qiymətini də soruşmadan aldığım xlora evdə ehtiyac olmasa da, onun puluna bu qədər ağır yükü özü ilə daşıyan yaşlı və çəlimsiz qadının yəqin ki, çox böyük ehtiyacı var. Və onu da düşündüm ki, evdə aldığım xlor mənə «baha başa gələcək». Hətta deyinəcəklər ki, bizim istədiklərimizi almırsan, amma gərək olmayan xlora pul tapırsan…

Bəli, səhəri xlor satan bir qadının səsi ilə açıb o səsi də özümlə götürüb işə tələsdim. Yol boyu həmin o yaşlı qadını, o cılız vücudun sahibəsini düşünürdüm. Bəlkə də onun ehtiyacı, həyatı, ailə vəziyyəti, daha nə bilim nələri bir çoxundan rahatdı, qayğısızdı. Amma mən onun səsinin kökdən düşməsinin nədənini anlamaq üçün özümü fikir quyusuna atmaqdan çəkinmirdim. Elə hey öz-özümə sual verirdim ki, bir insanın səsi bu qədər də kökdən düşə bilərmi? Axı qadının, ananın səsi adətən həlim, isti, bir az da ruhu oxşayan olur. Bəs bu xlor satan qadının səsinə nə olub görəsən? Bu sual ağlımda min cürə cavab variantları yaratsa da, mən birinin üzərində dayandım. O səsi, daha doğrusu, o səsin tellərini xlor yandırıb. Və yanmış səsin özünün əvəzinə qoxusu səslənir. Bax, ona görə də təlaşlıdı, həyəcanlıdı, bir az da adamı qorxudandı bu səs…

Mən yanmış səsin təsiri altında çox şeylər düşündüm. Hətta güllələnən səslər də yadıma düşdü. Amma nədənsə indiki anda yanmış səs mənə Xəzərdəki son hadisəni də xatırlatdı. Telekanallardan izlədiyim kadrlar özü-özülüyündə səsə çevrildi, yanmış səsə. Bilmirəm, niyə paralel aparıram? Niyə müqayisə edirəm səsləri? Amma siz də düşünsəniz, onda yanmış səsin içimizə bir qor saldığını, bir qor səpdiyini mütləq hiss edəcəksiniz. Bax onda siz də başlayacaqsınız səsin nədən yandığının səbəblərini aramağa… Hər halda mən belə düşünürəm. Onu da bilirəm ki, səhəri yanmış səsin işığında açmaq o qədər xoş deyil. Amma neyləyim ki, bu xoş olmayan səs bu gün mənim qapımı döydü. Görünür, bu da bir yazıdı, bu da bir əlamətdi, özü də hələ nəyin baş verəcəyini bilmədiyim bir hadisəninmi, bir olayınmı əlaməti…

Və o baş verəcək hadisənin olayı addım səslərini duymadan öncə mən öz içimə çəkilməyə, öz içimin səsinə qulaq asmağa üstünlük verirəm. Çünki bu sübh çağı eşitdiyim və məni bütünlüklə bürüyən yanmış səs mənim özümü dinləməyə məcbur edir. Özüm isə o səsdən öncə yazmışdım:

Bu sübh çağı

bu dan yeri

sökülən vaxtı

hər şeyim -

hətta

nəğməni,

şeiri

unudub biz

deyək ki
xoşbəxtdi! -

ürəyimiz -

sevgimizin yuvası…

Tanrı qorusun,

sevənlərlə

olsun həmişə

bu yuvanın duası!

***

Bütün baş verənlər mütləq nədənsə qaynaqlanır. Yəni səbəbsiz heç nə olmur. Küləyin əsməsindən tutmuş ocağın alışmasına qədər… yağışın ələnib suyun buxarlanmasına qədər. Deməli, səbəb və nəticə arasındakı məsafə əslində həyatdı, yaşamdı. Və biz də olumdan ölümə qədər olan məsafəni bax, həmin həyat kimi, yaşam kimi qəbul etmişik və yaşayırıq da. Doğrudu, insan ağlı öz gələcəyini və keçmişini bir-birinə calayaraq ortaya bir məntiq qoyur. Mənə elə gəlir ki, bu məntiq daha çox təsəlliyə oxşayır və bəlkə də elə təsəllinin özündən qaynaqlanır. Belə söyləyirlər, etiraf edim ki, mən də söyləyib və inanıram ki, ölümdən sonra da həyat var - yaddaşlarda, xatirələrdə, əməldə və bir də ruhda. Əslində ruh daha ucalıqdadı, daha əlçatmaz yerdədi, amma onun mövcudluğu artıq qəbul olunub. Deməli, bizim o olumdan ölümə olan məsafəmiz ayrı-ayrılıqda ölümdən ruha olan məsafədə də həyata, yaşama çevrilə bilir. Bu həyat, bu yaşam isə ən çox aydınların, müqəddəslərin, müdriklərin payına düşür.

Bəli, mən tez-tez düşünüb və yazı-pozumda da tez-tez təkrarladığım olum, ölüm məsafəsi ola bilsin ki, dəyərli oxucunu bir balaca incik salsın. Amma düşünürəm ki, bu inciklik ötəri olacaq, keçib gedəcək. Ən azından ona görə ki, olum, ölüm məsafəsi oxucunun da haqqı, halalıdı. Və bu mənada mənim yazdıqlarım, dediklərim elə onun da yazdığı və dediyi fikirlərin, düşüncələrin bir növü ifadəsidi. O ki, qaldı səbəblərə, bunlar da ayrıca bir mövzudu. Sadəcə, indiki məqamda, indiki anda bir nüansı diqqətə çatdırmaq istəyirəm. Ora səbəbi anlamaq, səbəbi dəyərləndirmək məsələsidi. Bax elə səsi yanmış həmin o cılız, yaşlı qadının sübhün gözünün yuxusu çəkilməmiş evdən əlləri öz çəkisindən də ağır yüklə dolu bir şəkildə yola çıxması da bir səbəbdən doğub, törəyib, ortaya çıxıb. O səbəbi də həmin o yanmış səsin sahibi hamımızdan dəqiq və yaxşı bilir…

Biz öz içimizə çəkiləndə öz səsimizi də, öz duyğularımızı da, hətta öz baxışlarımız da iç dünyamızın pərdəsi arxasında gizlədirik. Elə bilirik ki, qarşılaşdıqlarımız, bizi müşahidə edənlər heç nəyi görmürlər, heç nəyi eşitmirlər, duymurlar. Amma bu belə deyil. Mənim inancıma, düşüncəmə görə, insanın içində gizlənənləri onun hərəkətləri, onun davranışı, onun baxışları, hətta geyimi, saç düzümü belə qarşılaşdığı hər kəsə söyləyir. Ona görə də Allahdan və onun yaratdıqlarından nəyisə gizlətmək mümkün deyil. Eləcə gizlənmədən və gizlətmədən yerində, mövqeyində olmaq məncə daha ağıllı seçim olardı. Bunu istənilən müstəviyə keçirsək, yəqin ki, səhv etmərik. Yəni harda durdun, harda oturdun, hansı hərəkətləri etdin, bu səni tanıdacaq, ifadə edəcəkdi. Ona görə də sevginin özündə də bunu gerçək kimi anlayır, gerçək kimi də təqdim etməkdən çəkinənlər yanılırlar. Axı:

Sən

səbəbsiz yerə

öz şübhələrinə

yağ damızdırdın

su əvəzinə

alışdırdın,

yandırdın,

şübhələrin gücüylə

özünü inandırdın

axşamla səhərin

yerini dəyişəcəyinə!

Sən

şübhələrlə

adamlar

qaynaşan bu şəhərin

tək-tənha

bata-bata günaha

inanmadan heç kimə

hətta Allaha

asi olaraq

dolaşdın küçələrin…

sən

şübhələrinə sındın

şübhələri sındıra bilmədin

təəssüf!.

***

Bəli, bütün günü yanıq səsin üstündə köklənib qaldım və bütün günü özümdə gəzdirdiyim bu səsin əhatəsindən çıxa bilmədim. Hətta mənə elə gəldi ki, o səs mənim telefonumun çağırısına da yazılıb. Telefonum zəng çalanda o səs qulaqlarımda səslənir. Görəsən, bu yanıq səsin məhz mənim yaddaşıma, mənim canıma hopması uzunmu çəkəcək, çıxa biləcəmmi o səsin əhatə dairəsindən? Yoxsa?..

Deyə bilmərəm. Niyə məhz həmin o öz çəkisindən iki dəfə ağır zənbilləri daşıyan cılız, xlor satan qadının dünən səhər bizim məhəlləyə gəlməsi və mənimdə o səsi eşitməyim nəyin əlamətidi? Nəyin göstəricisidi? Nəyə işarədi? Bunu bəlkə də sizin aranızda kimlərsə bilir. Amma mən bilmirəm. Mənim bildiyim bircə odur ki, mən o səsin caynaqlarında ilişib qalmışam. Və hətta içimdə bir xof da var. Düşünürəm ki, bəlkə o səs hardasa mənim dalımca gəlib. Gülməyin, sadəcə, siz də düşünün və bilin ki, demək hər birimizin dalınca bir səs gəlir. O səs bizi gəlib ötüb keçəndə biz də o səsin dalıyca gedirik. Məsələn, Akif İslamzadənin, Qədir Rüstəmovun, İslam Rzayevin, Süleyman Abdullayevin, bal səsli Cabir Abdullayevin, Mənsum İbrahimovun. Bu səslər bizi ötüb keçib. Gedib çatıb Allahın dərgahına. Biz də o səslərin dalınca gedirik. Amma arxamızca gələn səslər tamam fərqlidi. O səslərin nə dediyini yəqin ki, təxmin edirsiniz. Axı onlar bizim arxamızca gəliblər…

Yazını beləcə bitirmək istəmirəm. Ona görə də hamımızın daha çox qapısını döydüyümüz və hamıdan, hər kəsdən gizli ürəyimizdə qoruyub yaşatdığımız duyğulara üz tuturam. İstəyirəm onu da bir səs kimi qəbul edəsiniz. Amma yanıq səs kimi yox, sadəcə, sevgi pıçıltısı kimi.

Mən indicə ovutdum

Dil-dodağı bal qəmi…

Məndən başqa heç kimlə

Danışmayan lal qəmi…

Kamanıma, uduma

Köklənib yan oduma

Sən mənim xoş qutuma

Öz əlinlə sal qəmi…

Çınqı səpən közlə de

Baxışla de, gözlə de

Lap ən acı sözlə de -

De ki, məndən al qəmi!




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK