ANA SƏHİFƏ / YAZARLAR

Horadizdə qazandığımız təcrübə

CƏNNƏT QURMAQ ARZUMUZ

44216    |   2015-10-13 17:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan yaşa dolduqca torpaq onu daha çox özünə çəkir. Ola bilsin ki, bu, təbii qanundu. Necə deyərlər, torpaqdan y aranan torpağa döndüyü kimi, insan da Allahın yaratdığı ən müqəddəs, ən ali varlıq kimi sonda öz ilkinə qayıdır. Təbii ki, bu proses zaman-zaman davam edir - günlə, ayla, illə… Və beləcə silsilə özünün yüksələn xəttini cilalaya-cilalaya kamilliyə, müdrikliyə qovuşur. O vaxta qədər ki, onun kamilliyi də, müdrikliyi də, hətta torpağa sevgisi də artıq birmənalı şəkildə qəbul olunur. Heç kim, hətta gözü, könlü dumanlı, qaranlıq olanlar belə bu kamilliyin, bu müdrikliyin yanından ötüb keçə bilmir. Hətta onun işığına bürünməyə məcbur qalır. Bax elə mənim yazmaq istədiyim məntiq də bu işığa söykənir. Elə bir işığa ki, onu görməmək mümkünsüzdü…

Hələ orta məktəb illərində bir kənd uşağı olaraq beş addımlığımızda yerləşən şəhərə həmişə qeyri-adi sevgi hiss etmişdim özümdə. Və bu qeyri-adi sevgini formalaşdıran da o şəhərin, o şəhərə daxil olan çevrənin ziyalı potensialı idi. İstər qələm, söz adamı olsun, istər musiqi, mədəniyyət xadimi. Fərq etmirdi. Eşidib biləndə ki, Füzulidə doğulub, Füzuliyə aiddi, onda içimdən bir qürur hiss gəlib keçirdi. İnanın ki, həmin o tanımadığım adamlar mənə qan qohumu qədər, öz qapı qonşum qədər yaxın və doğma olurdu. Özümü onların bir hissəsi, bir nümayəndəsi kimi təsəvvürümdə canlandırırdım. Görünür, Haqqdan gələn təsir, maqnit dalğası mənim həyatda formalaşmağıma bir səbəb idi. Amma bu səbəbi mən sonralar, necə deyərlər, az-çox yaşayandan sonra anladım. Ona qədər isə Füzuli şəhəri mənim üçün dünyanın ən gözəl, ən səliqəli və işıq dolu ünvanı idi. O işıq da həmişə məni özünə çəkirdi…

Bəli, mən Füzuli şəhərini, Füzuli rayonunu bir ərazi kimi yox, bir canlı, düşünən, qurub-yaradan, görüb-götürən, ruh verən, həvəsləndirən canlı orqanizm kimi təsəvvür edirdim. Və bu təsəvvürüm də ayla, illə təsdiq edilirdi. Həmin təsəvvürün arxasında isə gerçəklik dayanırdı. Onda sovet dönəmi olsa da, bir kənd təsərrüfatı rayonu kimi Füzulinin uğurları təkcə Azərbaycanın yox, onun yaxın-uzaq qonşularının da sərhədlərini ötüb keçmişdi. Çünki burada yaşayıb-yaradanlar, burada həyatın mənasını halallıqda, zəhmətdə görənlər özlərini birmənalı şəkildə təsdiq etmişdilər. Təkcə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın həyat yolu, rayonun və respublikanın gündəmində tutduğu mövqe hər kəs üçün yaxşı nümunə olmaqla yanaşı, həm də qürur yeri idi. Çünki adi bir kənd qızı, adi bir zəhmət adamı özünün əməyi ilə o vaxtkı İttifaqın sayılıb-seçilən əmək adamı olmaqla yanaşı, həm də nüfuz sahibi idi. O, alın təri ilə qazandığını heç vaxt öz həyatının, öz yaşamının bayrağına çevirmirdi. Əksinə, onun həyatının, yaşamının mənası elinə-obasına aid idi…

Bəli, o illəri düşünəndə gözümün önünə təkcə bol məhsulu ilə, üzümü, pambığı, xüsusilə taxılı ilə seçilən bir bölgə yox, həm də hər gün abadlaşan bir rayon gəlir. Təbii ki, rayonun və bütövlükdə həmin coğrafiyanın inkişafında o vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əlirza oğlu Əliyevin xidmətləri, diqqət və qayğısı birmənalı idi. Məhz onun ölkədə yaratdığı mühit Füzuliyə rəhbərlik edənlərə, Füzulinin inkişafını, tərəqqisini istəyənlərə bir növü yaşıl işıq yandırmışdı. Həmin işıq da Füzulinin işığına qarışıb onun inkişafını daha uğurlu və daha rəngarəng etmişdi. Bax, 80-ci illərin həmin o inkişaf tempində xidməti olanların cərgəsinə yeni nəslin nümayəndələri də qoşulurdu. Mən bu sırada bu gün Füzuli rayonuna rəhbərlik edən bir çox insanları da görürəm və xatırlayıram. Elə həmin o xatirələr də məni Bakıdan üzü Horadizə çəkib aparır…

Bir vaxtlar Horadiz qəsəbəsi Füzuli rayonunda daha çox stansiya kimi diqqəti çəkirdi. Və bura ölkənin mühüm bazalarının yerləşdiyi yer kimi gündəmdə qalırdı. Çünki Horadizdən keçən həm magistral, həm dəmiryolu buranı bölgənin digər rayonları üçün bir təminat bazasına çevirmişdi. Daha çox tikinti materialları, müxtəlif çeşidli yüklər, bir sözlə, bölgəyə gərək olan nə varsa qatarlarla buraya daşınır və eləcə də tədarük olunan hər nə varsa, yəni bostan, tərəvəz məhsullarından tutmuş üzüm, pambıq, taxıl, heyvandarlıq məhsulları buradan da üzü böyük şəhərlərə yola salınırdı. Ona görə də bu qəsəbədə il boyu adamlar daha çox dəmiryolu ilə, yükdaşımalarla bağlı çalışırdılar. Doğrudur, qəsəbənin yaxınlığındakı kəndlərdə, təsərrüfatlarda regionun ən önəmli məhsulları olan taxıl, üzüm, pambıq becərilirdi. Bu isə adamların torpağa bağlılığına stimul verir və onların böyük şəhərlərə axınına bir növü yaxşı mənada mane olurdu. Çünki qurulmuş iş üsulu, yaradılmış işgüzar şərait hər kəsə öz istəyinə uyğun işlə məşğul olmaq imkanı verirdi. Lakin bir qəsəbə olaraq Horadizin özü Füzuli şəhərinin kölgəsində qalırdı. Görünür, deyilmiş bir fikrin, yəni acının içərisində şirinin olması düşüncəsinin də əsası var. Bax, bu mənada bu gün Horadizi gəzib dolaşanda, Horadizə üz tutanda adam gözlərinə inana bilmir. Çünki sözün həqiqi mənasında artıq şəhər statusu almış Horadiz bu gün yaşamalı, işləməli, görüb gəzməli cənnət guşəsidi. Buranı cənnət edənlər isə məhz füzulilərdi, onların əməyidi, onların daxilindəki işıqdı, torpağa, doğulduqları yurda sevgidi!..

Mən yazımın bir məqamında 80-ci illərdən Füzulinin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu xatırlatdım və vurğuladım ki, bu işdə rəhbərlik meydanına yeni atılanların da izləri, sözləri var idi. Bax elə bu gün də həmin o insanların Füzulidə gördükləri işlər bünövrənin möhkəm olduğunu, ideyaların kökdən, nəsildən gəldiyini, istəyin davamlı olduğunu büruzə verir, xatırladır. Yəni sovet dönəmində rəhbər işdə çalışan, bu gün isə Füzuli rayon icra hakimiyyətinə rəhbərlik edən Alı Alıyev və onun komandası məhz həmin o kökdən, o tarixdən qidalanan, bəhrələnən insanlardı. Sadəcə bu gün onlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri rayonun öz coğrafiyasına uyğun bir şəkildə, həm də məsuliyyətlə, vətəndaş sevgisi ilə gerçəkləşdirdiklərindən nəticə də ürəkaçan olur. Görülən iş insanın üzünə gülür, onun əhvalını xoş edir.

Bir anlıq özünüzü Horadiz şəhərində, işğaldan azad olunmuş ərazilərdə təsəvvür edin. Onda görəcəksiniz ki, bir vaxtlar erməni işğalçılarının talan etdikləri, yandırıb-yaxıb yağmaladıqları qəsəbədə və kəndlərimizdə indi bərpa, eləcə də yenidənqurma işləri hansı sürətlə, hansı keyfiyyətlə aparılır. İnsanlar öz doğma yurd-yuvalarına necə böyük həvəslə dönürlər. Bu ərazilərdə salınan yeni qəsəbələrdə həyat necə qaynayır, infrastruktur necə ürək açır, adamlar hansı ümidlərlə, arzularla yaşayırlar!.. Məncə bütün bunları görən və gördüyünə də daxili bir sevgi ilə yanaşan hər kəs ancaq qürur hissi keçirə bilər. Şəxsən mən bu gün özünün tərəqqisi və həm də obrazlı desəm, öz çəpərləri arasında yaratdığı işgüzar, anlayışlı mühitə görə Füzuli rayonunun həm rəhbərliyinə, həm də hər bir sakininə daxilən minnətdarlığımı ifadə etməkdən məmnunluq hissi keçirirəm.

… Bəli, cəbhənin divar qonşusu kimi müharibənin barıt qoxusunu hər gün duyan, Arazın pıçıltısını hər gün dinləyən Horadiz şəhərində yaşadığım xoş anların başdan-başa işığa bürünməsinin bir inancı da var. O da tezliklə bu şəhərin gözəlliyindən işğaldan azad olunacaq Füzuliyə düşəcək paydır. Mən birmənalı şəkildə inanıram ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bu gün Füzulinin işğaldan azad edilmiş ərazilərində cənnət yaradanlar, xüsusilə rayon rəhbərliyi və onun komandası bu uğurlu işi Füzuli şəhərində, onun digər ərazilərində də coşqu və sevgi ilə davam etdirəcəklər. Çünki onların həm buna böyük vətəndaş potensialı, rəhbər təcrübəsi, həm torpaq sevgisi, həm də ölkə prezidentinə sədaqət nümunəsi var. Bütün bunlar isə ən böyük çətinlikləri dəf etməyə qadirdir. Deməli, həsrətini yaşadığımız Füzulidə də cənnət qurmaq arzumuz mütləq çin olacaq!

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK