hacklink Adalet.az | HƏSƏNOĞLUNUN DİLİ-3 Adalet.az | HƏSƏNOĞLUNUN DİLİ-3 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏSƏNOĞLUNUN DİLİ-3

22509    |   2012-10-06 00:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Bununla üçüncü yazıdır ki, İzzəddin Həsənoğlunun tapılan yeni əsəri üstündə dayanıram.
   
   Xaricdə yaşayan azərbaycanlılardan bir çox şəxs mənə mail yollayıb Həsənoğlu ilə əlaqəli yazıları maraqla izlədiklərini bildiriblər. O şəxslərə səmimi qəlbdən təşəkkür edirəm.
   
   Həsənoğlunun yeni tapılan əsəri məsələsi mənə görə həddən artıq maraqlıdır. Əvvəlcə, Türkiyədə bir vaxtlar mətbuatda maraqla təqib edilən bir əhvalatı çatdırmaq istəyirəm. İllərlə əvvəl, Turqut Özal dövründə Londonda bir hərrac təşkil olunacaq və orda qədim əsərlər satılacaqdı. Həmin hərracda on beşinci əsrə məxsus bir əlyazma Qurani-Kərim də satışa təqdim olunacaqdı. O Qurani-Kərimi yazan xəttat Şeyx Həmdullah idi ki, onun ləqəbi Qiblətül Xəttatin idi, yəni xəttatların qibləsi. Mərhum Turqut Özal, Kitabxanalar Gənəl Müdiri Həsən Duman ilə tarixçi-professor alim Kazım Yaşar Kopramanı o hərraca yolladı və onlar da gedib həmin Qurani-Kərimi 500 000 sterlinqə satın alıb gətirdilər, əlyazmalar fonduna təhvil verdilər. Həmin əlyazma Quran-Kərim bəlkə də illər əvvəl çox cüzi bir pula satın alınmışdı, ancaq ingilis hökuməti o əsəri əldə edib və vaxtı gəldikdə bəlkə də satın alınan qiymətindən milyon qat artığına Türkiyəyə satmışdı. İngilis hökuməti maddi cəhətdən böyük pul qazanmışdı. Türkiyə də o addımı ilə bütün dünyaya bu mesajı yaymışdı; o vaxt bizə məxsus olan qədim əlyazmanı gəlib bizdən alıb aparmısınız, ancaq biz bu gün hər yöndən güclənib-qüdrətlənmişik və milli irsimizə məxsus olan əsəri milyon qat artığına olsa da satın ala biləcək gücdəyik və alıb qurtardıq, vəssalam.
   
   Dostum mənə Həsənoğlunun "Sirətin Nəbi" adlı əsərini göstərdiyi vaxt mərhum Turqut Özalın o vaxtkı addımı və sadaladığım əhvalat gəlib gözümün qabağında dayandı. Öz-özümə dedim ki, Azərbaycana yolum düşən kimi Həsənoğlunun yeni tapılan əsəri məsələsini əlyazmalar Fondunun rəhbərinə çatdıracağam. Gün çatdı və fürsət yarandı. Hörmətli və əziz dostlarım İctimai Tv-Radio Şirkətinin direktoru İsmayıl Ömərov və Radioda məsul müavin Elman Qədirli bəylərin diqqəti və milli həssasiyyəti sayəsində İctimai Radio ilə TRT Türkiyənin Səsi Radiosu Azərbaycan Türkcəsi Verilişləri Redaksiyası olaraq ortaq həyata keçirdiyimiz "Qorqud Ata" verilişləri üçün Bakıya getmişdim. Efirdə ortaq canlı verilişimizi qurtardıqdan sonra dostum Əli Şamilə həmin məsələni açdım. O da dur gedək Əlyazmalar İnstitutunun rəhbəri Məmməd Adilovun yanına. Durduq getdik və mərhum Məmməd Adilov müəllimlə görüşdük, məsələni açdım. Məmməd Bəy, "bunu neçiyə satırlar" deyə sual verdi. Mən də, "Məmməd bəy, öncə siz bir-iki mütəxəssisinizi Ankaraya yollayın kitabı əldə edən şəxs əsəri gətirsin və mütəxəssislərinizlə birlikdə Azərbaycan səfirliyində görüş keçirsinlər, sizinkilər əsəri yoxlasınlar. Bəlkə dostum düz demir, əsər İzzəddin Həsənoğlunun deyil, bəlkə əlyazma qədim deyil, əvvəlcə bu təyin edilsin. Pul məsələsi sonrakı işdir. Əsərin yiyəsi sizə onun qiymətini milyondan da artıq deyə bilər, bəlkə siz doğrudan da əsəri almaq istəsəniz o şəxsin də qardaşlıq hissiyyatı çəkidə ağır gələcək və lap cüzi bir qiymətə satın alacaqsınız, fondunuz o əsərlə zənginləşəcək, ədəbi-elmi-ictimai mühitdə maraqlı bir ab-hava yaranacaqdı. Məncə siz bu addımı atın!" ..
   
   Mən öz öhdəmə düşəni həyata keçirdim və məsələni əlaqəli yerə çatdırdım. Alıb-almamaq məsələsi Azərbaycan tərəfinindir. Məni maraqlandıran tərəf əsərin araşdırmaçıların ixtiyarına verilməsi məsələsidir. İndi o girvənkə qıfılla bağlanan bir sandıqda işıq üzü görəcəyi günü gözləyir, bu da bir araşdırmaçı kimi məni hədsiz narahat edir. Mən, qısa bir zaman ərzində o cür qədim bir əsəri əlimdə tutmağımdan, az da olsa əsərlə bağlı məlumat yiyəsi olduğumdan qeyri-adi duyğulara qərq oldum. Əsərdə təqribən otuz iki hissə vardır və mənzum şəkildə yazılmışdır. İslam dininin ilk cənglərini mövzu götürməsi və o vaxtın Türkcəsi ilə yazılması, "Kitabı-Dədə Qorqud" sayağı bir üsluba malik olması insanı heyrətə gətirir. Məsələn 50 a/11-12 beytlərində deyilir:
   
   
   
   Didi sana söylərəm ey can yigit
   
   Canum olsun yoluna qurban yigit.
   
   
   
   Aşkun odı canımı yakmışdürür
   
   Gözlərimdən qanlı yaş akmışdürür.
   
   
   
   50 b/11-12 nömrəli beytlərdə deyilir;
   
   
   
   Hər nə kim mal dilər isə verəyüm
   
   Dahı nə xərcin var isə görəyüm.
   
   
   
   Malı-mülküm qul-qaravaşum sana
   
   Bəxşiş olsun sən yetərsün pəs bana.
   
   
   
   Diqqət edilərsə bu ifadələrlə Dədə Qorquddakılar arasında böyük yaxınlığın olduğu aydın görünür. Burada işlədilən dil maraqlı olduğu qədər, orda öz əksini tapan mifoloji xarakterli ifadələr də heyrətamizdir. Buyurun oxuyun;
   
   İşbu aləm tanrının bir qövlüdir
   
   Qulluğunda bəndəsi yoxsulıdır.
   
   
   
   Gögi-yiri adəmdən bi-güman
   
   Gögli göksüz kim gətürmişdir ayan.
   
   
   
   Ayrı bir yerdə deyilir;
   
   
   
   Çün ki, qüdrət yüzini gördü Adəm
   
   Zəhrəsi çaq olubən dürdi Adəm.
   
   
   
   Bəs Adəm boynına saldı ol kəmənd
   
   Bir qul oldı bir qaravaş itdi bənd.
   
   
   
   Gög kodı qulun adını ol zaman
   
   Həm qaravaş adı yir oldı həman
   
   
   
   Bəs qulına anda buyurdı rüku
   
   Dahı ayruq turmadı qıldı rüku
   
   
   
   Həm buyurdı bu qaravaş səcdəyə
   
   Düşübən Allaha təsbeh eyləyə
   
   
   
   Ol rüku eylədi dahı turmadı
   
   Səcdədən bu başını qaldırmadı
   
   
   
   Bəs qaravaşını virdi quluna
   
   Kim bulardan qul-qaravaş bulına
   
   
   
   Ol ikidən doğmuşuq biz çün həman
   
   Qul-qaravaş oğlı oldıq bi güman
   
   
   
   Gög atamuz yir anamuzdur yəqin
   
   Ol ikinün oğlıyuz biz uş həmin
   
   gggggggggggg
   
   Bu ata ana ki yerdür gög adı
   
   Bunları haqq əmri diri eylədi
   
   
   
   Bəli, əsər bu cür bir dillə başlanıb və onunla da qurtarıb. Yazılan beytlərdə bizim qədim anlayışımız və qədim yanaşmalarımız öz əksini tapıbdır. Gələn yazımda bu ifadələrin bizim milli irsimiz və dövlət gələnəyimiz ilə olan əlaqələrinin üstündə dayanacağam.
   
   
   
   (ardı var)


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK