ANA SƏHİFƏ / YAZARLAR

ƏZİZİM BALABANI…

«Şuşada balam qaldı» poemasının müəllifi ustad Zəlimxana oxucu məktubu

43909    |   2015-08-05 13:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Salam ustad! Xoş gördük, xalqımın böyük şairi! Yayın bu qora bişirənində sizə məktub yazmaq qərarına gəldim. Özü də təkcə hal-xoş etmək üçün yox. Həm də xeyli vaxtdı ürəyimi didib-parçalayan, necə deyərlər, məni məndən alıb məni təkrar yaman  günə qoyan bir dərdin dərmanı kimi oxuduğum poemanıza münasibətimi bildirmək istəyirəm. Bu istək mənə rahatlıq vermir. Öncə telefon açıb fikirlərimi söyləmək istədim. Amma gördüm ki, telefonda deyə bilməyəcəm. Həm kövrələcəm, həm də nə dediyimi digər oxucular bilməyəcək. Ona görə də fikrimi qələmlə, sözlə deməyə üstünlük verdim…

Hörmətli Zəlimxan müəllim! Siz xalqın sevilən bir şairi kimi sevincli, qəmli, ağrılı-acılı, toylu-düyünlü, çal-çağırlı günlərində də onun yanında olmusunuz. Səsiniz, sözünüz, ruhunuz, sazınız, avazınız, qələminiz, kağızınız bu xalqdan yazıb, bu xalq üçün yazıb. Və siz yaza-yaza həm yaşamısınız, həm də yaşatmısınız… həm sevmisiniz, həm də sevdirmisiniz… həm ağlamısınız, həm də ağlatmısınız… həm döyüşmüsünüz, həm də döyüşə səsləmisiniz. Çünki siz Zəlimxansınız! Ona görə də sözünüz təkcə qulaqlara yox, həm də ürəklərə gedib çatır.

Bax, bütün bu dediklərim, iç dünyamdan ələyib üzə çıxardıqlarım mənim inamım, inancım olmaqla yanaşı, həm də sizin sözə, sizin şəxsiyyətə böyük sevginin bəhrəsidi. Mən odundan qor aldığım, süfrəsindən çörək kəsib nemət daddığım bir ustadın xeyir-duasını həmişə hiss etmişəm və kürəyimdə olan əlinin istisini də canımda-qanımda yaşatmışam və yaşatmaqda da davam edirəm. O əlin istisi məni bu yazıya tərəf bir az da yaxınlaşdırır. Çünki bu yazı həm də mənim içimin yazısıdı, içimin ağrısıdı, içimin səsidi. Bilənlər bilir, bilməyənlər də eşitsinlər: Zəlimxan Yaqub bu xalqın övladı, şairi kimi, ziyalısı kimi, aydını kimi həmişə dərdə işıq salmağa, dərddən çıxış yolu tapmağa, dərdi qulaqlara, ürəklərə çatdırmağa çalışıb. Onun hər misrasında paralanmış vətənin harayını, faciəsini, həsrətini, talanını o qədər yanğı ilə, o qədər təşnəli bir şəkildə ortaya qoyur ki, ona baş əyməmək, o dərdi köynək kimi əyinə geyinməmək mümkün deyil. Üstəlik də o dərd sənin içindədisə, deməli, geyindiyin köynək sənin çölünü də yandırır, içinin yanğısı çölünün yanğısına qarışır. Mən bunu təqribən ay yarım  öncə, yəni iyul ayının 4-də «Ədəbiyyat» qəzetində ustadın «Şuşada balam qaldı» poemasını oxuyandan sonra bir daha dərk etdim, bir daha anladım…

Bəli, bu poemanı birnəfəsə oxudum və oxuya-oxuya da mən Şuşaya getdim… Qarabağı gəzib dolaşdım… Cıdır düzündən üzü aşağı dərə uzunu boylandım… Hər tərəfdə qan gördüm… Xarı bülbül də qan içindəydi, İsa bulağı da… Vaqifin abidəsi də… Xan qızı Natəvanın ocağı da… Bülbülün ruhu  da…Müqəddəs məscidlərimiz də… Demək olar ki, hər daş qan içindəydi, hər kol qandan qurumuşdu. Elə bil daşın  da, kolun da, ağacın da qanı vurub üzünə çıxmışdı. Bunu mən ustadın poemasını oxuya-oxuya gördüm. Çünki Şuşada hər şey qalmışdı və qalan hər şeyi, bütün canlı və cansız nə varsa hamısını o torpaq qarışıq ustadım «balam!» deyə təqdim etmişdi.

Mən  poemanın oxucuya təqdimatı üçün ustadın yazdığı beş-on cümləlik «Əziz oxucu» müraciətindən sonra poemanın nədən qaynaqlandığını, nədən yazıldığını çox gözəl başa düşdüm, gözəl anladım. Amma tam səmimiyyətimlə, içimdən gələn bir ərklə deyirəm ki, Zəlimxan Yaqub bu poemanı təkcə ona edilən müraciət əsasında yazmayıb. Bu poemanı o həm də balası saydığı Şuşa üçün yazıb. Çünki onun Şuşa adlı  balası qalıb əsirlikdə, işğal altında. Elə hamımızın Şuşa adlı atamız, anamız, övladımız qalıbdı girovluqda. Ona görə də ustad adamın içini göynədən nalə ilə, bir fəryadla deyir:

 

Ay ellər, ay obalar,

Mənə bir məktub gəlib.

Ayrılığın, həsrətin

Yolunu tutub, gəlib.

Şuşadan Bakıyacan

Nə qədər dərdimiz var,

Hamısın udub gəlib.

Bu məktub – hıçqırıqla,

Dərd ilə dolub gəlib.

 

Hə, oxuyuram bu məktubu.  Hər söz, hər işarə açılan güllədi, ürəyə işləyən oxdu, iynədi, nizədi, daha nə bilim ağrı verən, ağrı yaşadan hər şeydi. Oğul istəyirəm, daha doğrusu, ürək istəyirəm ki, bu ağrıya dözsün. Elə burdaca onu əlavə edim ki, Zəlimxan Yaqub ona görə ağrıyır ki, ona görə müalicəsi tam şəkildə yekunlaşmır ki, o, Şuşada balam qaldı – deyir. O, bu cür ağrını ürəyində sözə çevirir. Vallah, o ürək çox dözümlüdü. Ustadın ürəyini deyirəm. Başqa ürək bu poemanın yaşatdığı, göstərdiyi, misraladığı dərdi çəkə bilməz, ona dözə bilməz. Var olsun ürəyin, ustad!

Oxuyuram poemanı:

 

Mənə bir məktub gəlib

Ay obalar, ay ellər.

Yazısı kömürdəndi,

Qapısı dəmirdəndi.

Açmaq da xatalıdı,

Bağlamaq da xatalı.

Əllərim əsir mənim

O məktubu götürüb

Əllərimdə tutalı.

Oğlu ölmüş analar,

Əri ölmüş sonalar

Bu məktubun mənası ,

Nə kitaba sığandı,

Nə dəftərə, varağa.

 

Gördünüzmü, fikir verdinizmi, ustad özü də etiraf etdi o dərdin ağırlığını, ölçüsüzlüyünü… O dərdin yerin-göyün cəm halında tutumundan dəfələrlə böyük olduğunu. Mən poemanı oxuduqca yenidən qayıdıram Qarabağa – kəndimə gedirəm. Şəhidlərimizi, qan qohumlarımı, doğmalarımı yenidən göz yaşları içində torpağa tapşırıram… Yenidən torpağa tapşırdığım əzizlərim üçün saçını yolan, üzünü dırnaqlarında didik-didik edən, fəryadı ilə hər kəsi havalandıran anaların, bacıların, qızların səsini eşidirəm. Və mənə elə gəlir ki, lap bu dəqiqə, bu an bilgisayarda bu yazını, bu diqtəni yazıya çevirən Gülər xanım da o səsləri eşidir, o fəryadları duyur. Çünki bu poemanı oxuyub o nalələri duymamaq, o nalələrin içində əriyib yox olmamaq mümkün deyil. Var ol, ustad! Qələminin, sözünün qüdrətini Allah qorusun! Sizin misralar məni Qarabağda gəzdirir. Hər tinini, hər kolunu, daşını, çeşməsini, ağacını, yarpağını, tanıdığım yerləri dolaşıram. Qarşıma ruhlardan başqa kimsə çıxmır. Və onların hamısı da mənə incik, küskün və bir az da qəzəbli baxırlar. Mən onları başa düşürəm. Daha doğrusu, onları başa düşməkdə mənə sizin misralar kömək edir:

Kövrək duyğularım mənə deyir ki,

Şuşanın, Şuşanın dərdindən danış.

Ölən qəhrəmanın, ölən igidin,

Qanlı tamaşanın dərdindən danış.

 

Yayın istisində sazağa düşən,

Yaxın ola-ola uzağa düşən.

Kölgəsi bizə yox, qırağa düşən,

Qırılan meşənin dərdindən danış.

 

Hə, mən çox gördüm doğranan ağacları… Mən çox gördüm yandırılan evləri… Mən çox gördüm partladılan yolları, körpüləri.. Mən çox gördüm bığ yeri tərləməmiş, nişan üzüyü taxmamış oğulların, qızların şəhidliyini… Mən çox gördüm bir anda evin-eşiyin yağmalanmağını, kəndin-kəsəyin viran qalmağını və bir də mən çox gördüm torpağa güllə altında, mərmi altında tapşırılanları. Ona görə də Zəlimxan müəllim, sizin poemanı oxuduqca mən həmin o gördüklərimi bir də təzədən görürəm. Onda yaşadıqlarımı bir də indi yaşayıram. Allah sizə insaf versin!!!

 

Yuxuda gördüm ki, ağlayır balam,

Bizdən ayrı düşən bir qız ağlayır.

Atasız, anasız, qardaş-bacısız,

Yanında  kimi yox, kimsənəsi yox,

Ağlayır, özü də yalqız ağlayır.

 

Yuxuda gördüm ki, ağlayır balam,

Göz yaşı iz salır yanaqlarından.

Qaynar baxışından axan çeşmələr,

Bənzəyir Şuşanın bulaqlarına.

 

Yuxuda gördüm ki, ağlayır balam,

Gah ana, gah bacı, gah qardaş deyir.

Bəlkə də min ilin demədiyini,

Gözündən tökülən qanlı yaş deyir.

 

Mən bu poemanı söz-söz, misra-misra sizlərin düşüncənizə, duyğularınıza təqdim etmək fikrində deyiləm. Ola bilsin ki, mənim təqdimatım sizin umduğunuz, sizin görmək istədiyiniz nəticəni vermədi. Axı hər kəsin öz qavraması, öz dərk etməsi var və ora təsir, təzyiq etmək günahdı. Amma inanın ki, bu poema Zəlimxan Yaqubun bizim Şuşa dərdimizə, bizim hamımızın Şuşa ağrımıza ağlayan bir abidədi. Misralardan, sözlərdən, durğu işarələrindən qəzəb dolu göz yaşı tökülür. Mənə elə gəlir ki, bu poema yazıldığı gündən oxunduğu günə qədər hər kəs üçün ağlayan, hər kəsi ağladan və ən əsası hər kəsi Şuşa deməyə səsləyən, vadar edən, məcbur edən, coşduran bir ədəbiyyat nümunəsidi. Özü də əvvəldə dediyim kimi, yəni mənim üçün qəbul olunan, ağlayan abidədi!

Poemanın bütün məziyyətlərini, bütün ədəbi, elmi cizgilərini, onun yükünü, onun bir sənət nümunəsi kimi yerini yəqin ki, ədəbi tənqid, yəni sözlə məşğul olanlar deyəcəklər. Amma mən bir oxucu kimi necə deyərlər, içimdən birbaşa bilgisayara tərəf qaçan fikirlərimi deməyə bilməzdim. Onun necə alındığının heç haqqında da düşünmək istəmirəm. Çünki o da mənim ürəyimin səsidi. O səsi məhz «Şuşada balam   qaldı» poeması oyatdı. O səsi həmin poema ayağa qaldırdı,  eşidilməyə tələsdirdi.

 

Məkkədən qayıdan nurlu hacılar,

Ciyəri dağlanmış qardaş, bacılar.

Eşəndə ürəyi ağrı, acılar,

Ziyarət paltarı geyinin, gedin,

Körpə məzarını ziyarət edin.

 

… Nə olsun uşağın silahı yoxdu,

Uşaq öldürənin Allahı yoxdu.

Məzarda yatanın günahı yoxdu,

Körpə məzarını ziyarət edin.

 

Və nəhayət, mən ustadın qarşısında baş əyib onun və hamımızın arzusu olan və ifadəsini də bu misralarda tapan istəyi dilə gətirirəm:

 

Nə yuxudan doymuşam,

Nə gördüyüm həyatdan.

Kim doyub, mən də doyam,

Aydan, gündən, saatdan.

Gəlmişəm getməliyəm,

Yeri, yurdu, səmanı,

Bir gün tərk etməliyəm.

Min dəfə istəmirəm,

Bircə dəfə üzünü

Görə biləydim, Şuşam!

Əlvan çiçəklərindən

Dərə biləydim Şuşam!

Qızılı güllərini

O qızın başdaşına

Hörə biləydim, Şuşam!

 

Hə, ustad! Allah bizi bu arzumuza qovuşdursun! Allah bizi o günə kimi qorusun və biz Şuşada qalanların qarşısında günahlarımızı yuya bilək!..

 



İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK