ANA SƏHİFƏ / YAZARLAR

TƏNDİR ÇÖRƏYİ...

34435    |   2012-06-23 08:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Ətrafdan xoş bir ətir gəlirdi. Biz həmin yerə yaxınlaşdıqca bu ətir bir az da çoxalırdı. O qədər çoxalırdı ki, adamın içinə, qəlbinə və ürəyinə bir rahatlıq gətirirdi. Uşaq vaxtı olanda və anam təndirdə çörək bişirəndə bu ətri hiss eləyirdik. Hiss eləyərdik ki, bu ətir qeyri-adi bir şeydi. Təndirdə bişirilən ilk çörəyi anamız bizə verməzdi. Deyərdi ki, təndirdən çıxan ilk çörəyi yeyən adamın arvadı ölər. Amma bunu biz heç cürə başa düşməzdik və anamızın dediyinə əhəmiyyət verməzdik. Təndirdən çıxarılan çörəyi kənara qoyan kimi, o dəqiqə onu götürüb, 3-4 yerə bölərdik. Çörəyi yeyə-yeyə soğan ləkinə yaxınlaşar, dizimizi qoyub orda əyləşər, sonra da o ki, var soğanla bal kimi çörək yeyərdik...
   
   Sanki, həmin çörək çörək deyildi, balıydı. Təkcə mən yox böyük qardaşım, əmim uşaqları da təndirin ətrafından əl çəkməz, bişirilən çörəkləri gözləyirdilər. Gözləyirdilər ki, indicə təndirdən çıxacaq çörəyi anam onlara verəcək. Bəzən də o qədər dəcəllik eləyirdik ki, anamız ona dözmürdü. Deyirdi ki, bir səbrinizi basın, qoyun təndirdəki çörəklər bişsin, sonra ürəyiniz nə qədər istəyir isti çörək verərəm. Amma nə mən, nə qardaşım, nə də əmim uşaqları anamın sözünə qulaq asmaz, təndirdən çıxarılan çörəyi isti-isti, buğlana-buğlana əlimizə götürüb, bir neçə yerə bölərdik.
   
   ... Hər dəfə belə olardı: anam təndirdə çörək bişirərdi, biz də o çörəyin bişməsini səbirsizliklə gözləyərdik. Təndirdə çörək bişirmək hər qadının işi deyil. Bu o qədər çətin bir şeydir ki, onu hər adam bacarmaz. Bir tərəfdən bayırdakı istilik, digər tərəfdən də təndirdən qalxan isti, çörək bişirən qadının sifətini qarsır. Adətən çörək bişirən qadınların sifəti, çöhrəsi qızarmış halda olur. O qədər qızarırı ki, sanki qırmızı bir almaya bənzəyir. Düzdür, bu bəzən qadına bir gözəllik də gətirir. Ancaq bu gözəlliyi təndirdə çörək bişirən qadınlar heç kimə arzulamazlar. Kənd yerinin əksər işləri çox çətin olur: əkin-biçin, mal-qara, toyuq-cücə və eləcə də barama qurdu saxlamaq çox müşkül bir şeydir. Amma bunların hamısını kənddə yaşayan kişilər deyil, həm də qadınlar görürlər. Bu işləri görmək, bu işləri qaydaya salmaq insandan böyük zəhmətkeşlik, səbir və ən nəhayət mübarizlik tələb eləyir.
   
   ... Təndir çörəyinin ətri bir az da bizi bihuş edir. Maşınımız Füzulı rayonunun Bala Bəhmənli kəndinə - "dördyola" yaxınlaşanda, qardaşım deyir ki, bu çörəyin ətri anamın bişirdiyi çörəyin ətrinə oxşayır. Yolun solunda və sağında təndirlər düzəldilib. Həmin təndirlərdə isə çörək bişirilir. Maşını bir anlıq saxlayırıq və təndir çörəyi bişirən qadınlara yaxınlaşırıq. Çörəyin ətri bir az da bizə ləzzət verir. Təndirdən isə iki qadın isti çörəyi çıxarıb səliqə ilə kənara qoyurlar. Qadınlar görür ki, biz təndir çörəyinə çox böyük maraqla baxırıq. Daha doğrusu, bu təndir çörəyi qardaşımla məni analı dünyamıza, uşaqlıq illərinə aparır. O illərdə anamın təndirdə alov sifətini qarsa-qarsa necə çörək bişirməyi yadıma düşür. Elə bu qadınlara da anamız kimi baxırıq. Hərçənd ki, onlar cavan qadınlardır. Təndirdə çörək bişirmək bayaq dediyimiz kimi, hər insanın gücü deyil.
   
   Təndirdən isti çörəyi çıxaran qadının sifətində təbii bir təbəssüm yaranır:
   
   - Qardaş, Bakıdan gələn adamlar bizim təndir çörəyinin dadından doymurlar. Ən azı çörək alanda 3-4-nü alırlar.
   
   Qardaşım:
   
   - Biz Bakıda yaşasaq da, qonşu kənddənik - Bəhmənlidən.
   
   Qadın:
   
   - Bıy, Allah köməyiniz olsun. Tay deyin, bizim kənddənsiniz dana. Sizə elə çörək verəcəm ki, nənənizin təndirdə bişirdiyi çörək kimi olsun...
   
   Sonra qadın təndirdən çıxardığı 2 isti çörəyi təmiz kağıza bükərək bizə tərəf uzadır.:
   
   - Yeyin, görün həmin çörəyin ətrini verir, ya vermir? - deyir. - Baxın, görün nə qədər qəşəng bişib. Deyəsən, sizin bəxtinizdən təndirdən çıxardığım bu çörəklər lap yaxşı bişib.
   
   ... Təndirdən çıxarılan çörəkləri maşına qoyuruq. Sonra da qadın əlavə edir ki, çörəyin dadına baxandan sonra məcbur olub qayıdanda da təndir çörəyi istəyəcəksiniz...
   
   O çörəkdən bir tikə kəsib ağzıma qoyuram. Bal kimi şirindir. Eynən anamın bişirdiyi çörəyə oxşayır. Hiss olunur ki, çörək bişirən qadınlar bu işi yaxşı bilirlər. Yəni təndirdə çörəyin bir saniyə atrıq qalması onun yanmasına gətirib çıxarır. Yanan çörək də acıya çalır və onu yemək olmur. Maşınımızda pendir olduğu üçün isti çörəyin arasına qardaşımın həyat yoldaşı pendir qoyur. Daha doğrusu, qarabağlılar buna isti çörəkdən hazırlanmış "dürmək" deyirlər. "Dürmək"dən hazırlanmış yeməyin dadından doymaq olmur. Heç adam quzu kababını, balıq kababını, bozartmanı belə ləzzətlə yemir. Təndir çörəyinin pendirdən düzəldilmiş "dürməy"i o qədər ləzəttli olur ki, onun dadı uzun müddət adamın damağından getmir...
   
   Çörək bişirən qadınlar yenidən təndirə yaxınlaşırlar. Onlar əlləri ilə təndirə kündə yapırlar. Sanki bu əllər odun içinə girir və ordan təzədən geri qayıdır. Havanın isti olmasına baxmayaraq, hər iki qadın təndirə kündə yapırlar. Sonra da əllərindəki alətlə közü ətrafa yığır və yenidən təndirdə olan çörəklərin bişməsinə diqqət yetirirlər. Təndirdən qalxan isti onların sifətlərini qarssa da, çöhrələrini tər bassa da, hər iki qadın çox ustalıqla bişmiş çörəkləri təndirdən çıxarır və səliqəli halda bir yerə yığırlar.
   
   Söhbətimiz təndirdə çörək bişirən qadınlarla alınır. Elmira adlı qadın deyir:
   
   - Siz elə bilirsiniz, hər adamın təndir çörəyindən xoşu gəlir? Adam var ki, artıq sexlərdə və zavodlarda bişirilən çörəklərə alışıblar. Ancaq təndir çörəyini kənd adamları daha çox arzulayırlar. Heç vaxt zavodlarda və sexlərdə bişirilən çörək təndir çörəyinin yerini, ətrini və keyfiyyətini verə bilməz.
   
   Çörək bişirən Laləzar adlı qadınsa gülərək bildirir:
   
   - Vallah, bilmirəm, bizim bişirdiyimiz çörəyin ətri niyə çoxlarına daha xoş gəlir. Bizim yanımızda 3-4 təndir var. Orda da qadınlar çox dadlı çörək bişirirlər, amma nədənsə bizdən bir dəfə çörək alan adamlar həmişə çörək alırlar. Deyirlər ki, sizin bişirdiyiniz çörək çox dadlıdır. Deyirəm, bəlkə camaat bizimlə zarafat eləyir. Siz Allah, deyin, çörəkdən də yediniz, dadı xoşunuza gəldimi?
   
   Qardaşım:
   
   - Çox dadlı çörəkdir. Xoşumuza gəlməsə 2 dənə çörək götürməzdik ki?! O çörəkdən 3-nü də ver, aparaq kəndə. Onsuz da kəndimizdə təndir çörəyi bişirən az adam var...
   
   Laləzar:
   
   - Qardaş, bir onu bilirəm ki, bu dünyada çörək bişirməkdən gözəl şey yoxdur. Çünki biz heç vaxt kiminsə minnətini götürməmişik. Qışın soyuğunda, yayın istisində isti sifətimizi qarssa da, təndirdən uzaq olmamışıq. Çünki biz də balalarımızı bu cür halal yolla dolandırırıq. Heç kim deyə bilməz ki, biz övladlarımıza haram tikə yedizdirmişik...
   
   Digər çörəkçi Elmira isə təndirdən növbəti bişən isti çörəyi çıxarıb kənara qoyur. Üzündəki, çöhrəsindəki təri dəsmalla silir. Daha doğrusu, bu səhnəni bizdən gizlətməyə çalışır. İstəmir ki, isti günlərdə sifətinin tərlədiyini biz də görək. Amma bundan halal və bundan gözəl iş ola bilməz. Alın təri ilə, halal yolla çörək qazanmaq, ən böyük xoşbəxtlikdir. Təndirdə çörək bişirən bu qadınların hər ikisi əsl namuslu, qeyrətli Azərbaycan qadınının nümunəsi sayıla bilər. Bəzi kişilər günün istisində kölgədə yeyib dincəldiyi halda, bu iki qadın günün altında, təndirdən qalxan istinin alov sifətlərini qarsa-qarsa çörək bişirirlər və heç kimdən də minnət götürmürlər. Amma bəzi kişilər əziyyət çəkmək, ailəsini dolandırmaq əvəzinə bütün günü çayxanalarda nisiyə çay içməklə yanaşı, damino, nərdtaxta oynamaqla vaxt "öldürürlər". Sanki kişinin oğlanları çox böyük bir iş görürlər. Axırda da yeməkxanaya girib, nisyə araq alıb içir, evə gəlir və dava salırlar...
   
   Laləzar təndirdən çıxartdığı sonuncu çörəyi kənara qoyur. Çöhrəsində bir təbəssüm yaranır:
   
   - Deyir ki, qardaş, bu dünyada haqq-ədalət yoxdur. Görürəm siz oxumuş adama oxşayırsınız, amma barmağınızı qatlayın görüm, hansı zəhmətkeş adama qiymət veriblər. Əksinə imkanlı adamlar onlara çox vaxt yuxarıdan aşağı baxıblar.
   
   Qardaşımsa deyir ki, dünyanın ən təmiz, ən halal adamı sizin kimi zəhmətkeş insalardı. Ola bilər hansısa insan, vəzifəli şəxs sizə yuxarıdan aşağı baxsın. Amma Allah sizin kimi halal və zəhmətkeş insanları daha çox istəyir. Çünki siz yayın istisində alın təri tökərək təndirdə çörək bişirirsiniz. Sizin ürəyiniz çoxlarından böyükdü və həmişə də halal bir yol tutmusunuz.
   
   ... Kənddən şəhərə qayıdanda qardaşım yenidən maşını təndir çörəyinin bişirildiyi yerdə saxladı. Çörək bişirən Elmira da, Laləzar də bizi tanıdılar. Laləzar gülə-gülə dedi ki, yəqin bişirdiyimiz çörəyin dadı damağınızdan getməyib. Qardaşım da dedi ki, elədir. Ona görə də zəhmət olmasa təndir çörəyinizdən 5-ni bizə verərsiniz. Elmira təndirdən çıxartdığı çörəkləri Laləzərə tərəf uzatdı. Laləzər də həmin çörəkləri təmiz kağıza büküb bizə verdi.
   
   Çörəyin ətri maşının içərisini bürümüşdü. Biz ordan aralananda arxada bir maşın dayandı. Təbii ki, onlar da təndir çörəyi almağa görə maşını saxlamışdılar. Bu təndir çörəyinin ətri düz Bakıya qədər bizim qəlbimizə, ruhumuza və içimizə bir rahatlıq gətirdi və çörəyin birini "dürmək" düzəldib yedik və Bakıya çatanda elə bildik ki, sanki bir quzu yemişik. Təndir çörəyinin ətri bir müddət evimizdən əksik olmadı. Bir təndir çörəyi bir evə və bəzən bir elə doyumluq gətirir...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK