ANA SƏHİFƏ / YAZARLAR

Günahın böyüyü, kiçiyi olmur

Xortdanın cəhənnəmdən köhnəlməyən məktubları, kalmık rejissorun uğuru

41151    |   2015-06-13 01:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Cəhənnəmi başqa cür təsəvvür edirdim. Elə bilirdim cəhənnəm dəryanın kənarındadır, burada yaşayanlar hər dəfə səhər durub günahlarını yumaq üçün dəryada çimməyə gedirlər. Amma hər gün də yeni-yeni günahlar edirlər. Günahın isə böyüyü, kiçiyi olmur..."
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti dəfə Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığına müraciət edib. Teatrın kollektivi milli ədəbiyyatımızın bu görkəmli nümayəndəsinin "Xortdanın cəhənnəm məktubları" əsəri əsasında bir hissəli ibrətamiz rəvayət hazırlayıb.

Köhnə tanışlar, cəhənnəmə xoş gəldiniz

Dövlət Gənc Tamaşaçılar Teatrının 87-ci teatr mövsümü üçün planlaşdırdığı son premyeraya dəvətlilər, xoş gəldiniz. Əbdürrəhim bəy Haqverdiyevin qələmindən çıxan "Xortdanın cəhənnəm məktubları" zamanında da, elə indi də aktual olduğu üçün maraqla oxunur. Siz tamaşaçıların isə bu ölməz əsərdə təsvir edilən hadisələri, obrazları səhnədə görmək şansınız var. Tamaşa zalında üçüncü zəng vurulandan sonra görəcəksiniz ki...
Dostuna verdiyi sözü tutmayan, varlı adamlarla qohum olmaq üçün hər şeyini, hətta doğma qızını belə qurban verməyə hazır olan tacir Hacı Kamyab, onun var-dövləti, şöhrəti övladından üstün tutan arvadı səhnədədir. Guya bir günahsız qarışqanın da ölümünə razı olmayan, özünü pak bir din xadimi göstərən, əslində isə əlindən hər cür vicdansızlıq gələn Hacı Mirzə Əhməd ağanın gözlərinin içinə baxa biləcəksiniz. Uşaqlara bilik verməyə borclu olduğu halda yalnız öz yemək-içməyindən danışan Müəllim, xəstəni yox, onun pulunu düşünən Mirzə Mehdi cəhənnəmə təsadüfən düşmədiklərini sübut edəcəklər. Hələ İblisi demirik. Qiyafəsini dəyişsə də, İblis hər zaman, hər yerdə elə İblisdir... Səhnədə baş verən epizodlara, bu hadisələri törədən obrazlara baxdıqca həyatda nə vaxtsa rastlaşdığınız bəzi insanları xatırlayın.

Fasilə əvəzi
və ya belə qonağın
gözümüz üstə yeri var

Xatırlatdığımız kimi, tamaşa bir hissəlidir, yəni fasilə olmayacaq. Səhnədə gördüklərimiz və sizin də görəcəyiniz hadisələr barədə yazıya bir balaca fasilə verib xatırladaq ki...
Son illər Dövlət Gənc Tamaşaçılar Teatrı xarici ölkələrdə keçirilən festival və tədbirlərdə Azərbaycanı uğurla təmsil edir. Kollektivin B. Basaqanov adına Kalmık Milli Dram Teatrı ilə qurduğu qarşılıqlı yaradıcılıq əlaqələrindən bu günə kimi çox deyilib və çox yazılıb. "Xortdanın cəhənnəm məktubları"ndan sonra hələ o qədər yazılacaq ki... Çünki bu uğurlu tamaşa iki teatrın yaradıcılıq ünsiyyəti ilə ərsəyə gələn müştərək layihədir.
Klassik yazıçımız Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları"nı səhnələşdirən və ona Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verən Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi, Azərbaycanın Fəxri mədəniyyət işçisi Boris Manciyevdir.
Kalmık rejissor nə klassik Azərbaycan yazıçının ruhunu tutmaqda, nə də dəvət olunduğu teatrının potensialından istifadə edəndə səhvə yol verib. Və sübut edib ki, istedadlı rejissora meydan vermək kifayətdir. Öz aramızdır, deyəsən kalmık qonaq Dövlət Gənc Tamaşaçılar Teatrını beş barmağı kimi tanıyır.
Boris Manciyevə bu işdə tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rejissor assistenti Sona Mustafayeva kömək ediblər. Tamaşada səslənən mahnıların mətnini Nuranə Nur yazıb, Vüsal Mehrəliyev isə aktyorların plastikası ilə məşğul olub.
Növbəti teatr mövsümündə "Xortdanın cəhənnəm məktubları"nın Rusiyanın müxtəlif şəhərlərində oynanılması nəzərdə tutulub.

Sevgi və nifrətə rəğmən... Alqış və gül dəstəsi

Tamaşaçılar da qəribə insanlardı. Üzr istəyirəm, xətrinizə dəydisə, başqa cür yaza bilərəm. Aktyor sənəti nə qərbədir. Səhnədə tamaşaçı sevgisi qazanırsan və ya zalda oturanlar sənə nifrət edir, amma sonda hamı səni alqışlayır, gül dəstəsi verir. Düzdü, buna qədər sən tamaşaçıları inandırmalısan.
İstedadlı rejissor Boris Manciyevin quruluşunda tamaşaya qoyulan "Xortdanın cəhənnəm məktubları"nda rol alan aktyor və aktrisalar premyeranın sonda tamaşaçı alqışı, gül dəstələri qazandılar. Çünki Əməkdar artistlər Şövqü Hüseynov (Hacı Kamyab), Qurban İsmayılov (Dərviş), Leyli Vəliyeva (Fərmanın anası), truppanın istedadlı üzvləri Elşən Çarhanlı (Hacı Mirzə Əhməd ağa), Zemfira Əbdülsəmədova (Hacı Kamyabın arvadı), Manaf Dadaşov (Xortdan), Vüsal Mehrəliev (İblis), Ədalət Əbdülsəmədov (Xudayar xan), Elşən Hacıbabayev (Müəllim), Rəşad Səfərov (Mirzə Mehdi) öz ifaları ilə tamaşaçıları inandıra bildilər.
Kalmık rejissordan etimad, tamaşaçılardan alqış və gül dəstəsi qazanan Bəhram Həsənovla (Fərman) Səbinə Məmmədova öz təbii oyunları ilə teatr ictimaiyyətinə önəmli mesaj göndərdilər. Yəni biz sizi hələ çox təəccübləndirəcəyik.
Bizim rejissorlardan görən bu iki gənc istedadın mesajını duyan olacaqmı?

Lap sonda

Zalı alqış səsləri bürüməzdən və yaradıcı heyət gül yağışına düşməzdən əvvəl məlum oldu ki, "Xortdanın cəhənnəm məktubları" tamaşa içində bir tamaşadır. 1 sat 30 dəqiqə səhnədə gördüyümüz aktyor və aktrisalar bayaqdan tamaşa üzərində çalışırlar. Final isə hələ tapılmayıb. Görəsən tamaşanın finalını necə bitirmək olar?





YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK