hacklink Adalet.az | LÜKSEMBURQDAN Adalet.az | LÜKSEMBURQDAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

LÜKSEMBURQDAN

17986    |   2015-06-06 01:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Nisan ayının 21-indən bəri həyat yoldaşım Fatma xanımla Avropadaydıq. Bacım qızının oğlunun toyuna gətdik.
Toy elə bil Biələfəld şəhərində yox öz kəndimiz Dizədəydi. Doğma kəndimizdəki adət-ənənələrimiz, rəqslərimiz, yallılarımız toyda eynilə nümayiş etdirildi. Bunu da deyim ki, həmin şəhərdə kəndimizdən 180 ev yaşayır. Qonşu kəndlər və İgdirdən gədənlərlə birlikdə orda min evdən artıq dost-tanış var.
Bu ailələrin yiyələri 1960-cı illərdən başlayaraq Avropaya, xüsusilə də Almaniyaya işləyib pul qazanmaq üçün üz tutdular. Nəcip Fazil Qısakürək "Meydan" şeirində onları nəzərdə tutub, "iş arayan bir millət diyar diyar göçəbə" deyərək Türkiyənin o vaxtkı acınacaqlı vəziyyətini və insanlarımızın çarəsizliyini büruzə verirdi. O vaxtdan Avropaya gədənlərimizi hər dəfə oralara getdikdə müşahidə etdim və həmişə bunun şahidi oldum: Onlar Türkiyədə yaşayan millətçilərdən azı ikiqat daha artıq millətçidi, daha vətənsevərdi. Səbəbi də Avropanın məlum şovinist siyasətinin nəticəsidi. (İŞİD-in səflərində döyüşən Avropa ölkələrində yaşayan müsəlman ailələrin uşaqlarının olması da həmin qərəzli siyasətin nəticəsi deyil?) Orda özünü unudub assimilyasiya olanlarımız yoxdurmu, əlbəttə var, ancaq indilik barmaqla sayılacaq qədər azdılar onlar. Sonrası isə Türkiyənin tutacağı yoldan asılıdı.
Yel belə əsirsə...g
O vaxtlar Avropalı dövlətlər Türkiyəyə gəlib fəhlə kimi işlədəcəkləri vətəndaşlarımızın dişinə və əzələsinə baxır, bədən rentgenini çəkdirib sağlam olanları seçib aparırdı ki, zavodlarında onlardan istifadə edib özlərinə yaxşıca var-dövlət yığsınlar. Bir də, ölkələrinə qəbul etdikləri əksəriyyəti savadsız və ya ibtidai təhsili olan bu vətəndaşlarımızı, xüsusilə də onların balalarını tezliklə assimilyasiya edəcəklərini zənn edib, bununla da müəyyən qədər genlərini təzələyib yeni və güclü Alman nəslinin törəyəcəyini ümid edirdilər.
"Onlar tələ qurdular, Allah da tələ qurdu və Allah tələ quranların tələsini pozanların ən ulusudu" (Ali-İmran surəsi 54-cü ayət).
Belə də oldu və avropalıların qərəzli niyyəti və bu niyyətdən qidalanan tələsi indilik pozulubdu, dəməli, Tanrı bizimlədi. Ancaq Tanrı deyir, sizdən hərəkət, məndən bərəkət... Onların zavodlarında fəhlə işləyən vətəndaşlarımızın uşaqlarının əksəriyyəti ali təhsillidi, hər biri azı iki dil bilir, onların partiyalarında bacarıqlı siyasətçi oğullarımız, qızlarımız, öz iş sahesini qurmuş minlərlə sahibkarımız var. Və bu yeni nəsildən bəziləri artıq elmi axtarışlara da yönəlməyə başlayıb. Bunlardan bir neçəsiylə danışdım və etdiyimiz söhbəttə fikirlərini öyrənmək məqsədiylə bəzi qıcıqlandırıcı suallar verdim. Gördüm çox ayıqdılar və öyrəndikləri hər nə var isə Türkiyəyə və ya hər hansı bir Türk dövlətinə köçürmək fikrindədilər, təbii ki, bu dövlətlərin ürəyi istəyərsə. Onlardan biri də bacım qızının kiçik oğludu. Köln universitetində fizik bölməsində oxudu, daha sonra bilgisayar şöbəsinə daxil olaraq oranı bitirdi. Alman milləti deyəndə hirsindən az qalır ki, neynəsin. Çünki etdiyimiz hər söhbətdə, məktəbdə oxuyarkən Türk olduğuna görə Alman uşaqlarının onu daimi olaraq təhqir etdiyini, öz aralarına qoymadıqlarını, başına min cür oyun gətirdiklərini söylədi və özünə edilən nalayiq hərəkətləri heç cür unuda bilmədiyindən danışdı. Hətta bəzi müəllimlər də həmin yolu izləyirmiş.
Səlib yürüşlərini yaradanların xisləti və xəyalı itib-batmayıb, davam edir və edəcək.
Avropada təqribən qırx gün qaldıq. Almaniya, Belçika, Lüksemburqu gəzdik. Belçikanı daha əvvəlcə də gəzib-görmüşdüm, ancaq Lüksemburqda ilk dəfə oldum. Yoldaşım Fatmanın bacısı oğlu Camal orda yaşayır və bələdiyyə avtobusunda sürücüsü işləyir. İllər uzunu Berlində işləmişdi, həddən artıq ləyaqətli və ağıllı bir oğlandı. Allah saxlasın iki oğlu, mehriban bir həyat yoldaşı var. Orda qaldığımız müddəttə ölkənin hər yanını dolandırdı, hər bir küncünü bizə tanış etdi. Bunu da deyim ki, ölkənin bir başından digərinə olan uzaqlıq 80 kilometrdi. əhali sayı yarım milyon olan balaca bir ölkədi Lüksemburq. Hər yan məşəlik və otlaqlardan ibarətdi. Hər fəsil daimi yağarlıq olduğuna görə ölkə başdan-başa yaşıllıqdı, meşəlikdi.
Lüksemburq, cırtdan bir ölkə olmasına baxmayaraq Avropa Birliyi, NATO, OECD, BMT, Beneluks Ölkələri Birliyi və Qərbi Avropa Birliyinin yaradıcı ölkələrindən biridi. Yərli xalq Keltlərdən ibarət olsa da Almanlar və Fransızlar da yaşayır. Ölkənin Lüksemburq, Fransız və Alman dilləri kimi üç rəsmi dili var. Bu cırtdan ölkə ABŞ-dan sonra dünyanın ən böyük ikinci sərmayə fondu mərkəzinə çevrilib. Avropanın ən qabaqcıl sığorta şirkətlərinin və bankçılığın mərkəzidi. Artıq dünyanın ən varlı-karlı şəxsləri pullarını İsveçrə əvəzinə Lüksemburqdakı banklarda saxlayır. Son vaxtlarda Skypə, Ebay və Jayah kimi internet şirkətləri də mərkəzlərini bu ölkəyə köçürüb. Şəxs başına düşən milli gəliratta dünyanın ən qabaqcıl ölkəsidi. Buna görə öz kişi həmcinsiylə ailə quran başnazirlərinin hərdən Türkiyəyə barmaq silkələməsi adicə bir yekələnməkdən ibarət deyil...g
Ölkəni bir başdan bir başa gəzərkən kəndlərindəki küçələrin belə paytaxt Ankaranın küçələrindən daha səliqəli və təmiz olduğunun şahidi oldum. Qayda-qanunu sürücülər də, piyadalar da poza bilməz, pozanların isə dədəsini yandırırlar. Küçələrdə və xiyabanlarda dərman üçün axtarsanız bir dənə siqaret kötüyünə və ya hər hansı tullantıya rast gələ bilməzsiniz. Bəs bizim ölkələrimizdəəəə Di gəl alovlanıb yanma!..
Qoyunların və mal-qaranın sahibsiz-yiyəsiz ətrafı məftillə hasarlanan otlaqlarda otladığını gördüm. Camala, bunları otaran yoxdurmu deyə sorduqda güldü və "onlar gecəli-gündüzlü çöldə yeyib yatır, yiyələri sağım vaxtı gəlib aparır, hətta bəzən özləri sağım yerinə gedirlər" dedi. Bəs yan-yörə meşəlikdir ağzıqara bunlara dəyib-toxunmurmu dedikdə, "bu ölkənin məşəliklərində nə qurd yaşayır, nə də çaqqal hamısını qırıb axırına çıxıblar, onlara ziyan vuracaq bir dənə də vəhşi heyvan qoymayıblar, sadəcə olaraq tülkülər var vəssalam" deyə sualımı cavablandırdı.
Hə əzizlərim, Avropalı budu da. Özünə ziyan vuracaq ağzıqaraları, çaqqalları qırıb nəslini yer üzündən kəsir, ancaq evində it-pişik saxlayır və heyvanlara xüsusi məhəbbət bəslədiklərini, insansevər olduqlarını axşam-səhər təbliğ edirlər.
Məncə də Allahın ən hüsntəvəccöh sahibi, ən tolerant, ən mərhəmətli insanları avropalılardı vəssalam???
Hə, on ikinci əsrə kimi bir dənə universiteti də olmayan, universiteti İslam dünyasından götürən Avropa hardadır, müsəlman ölkələrin rəhbər dövlətlərindən biri olan Türkiyə harda? Hər şeyi ilə özünün olan bir maşın motoru yarada bilmiyən Türkiyənin, müəllim, alim sifətlərini daşıyan baş naziri seçki məydanlarında yüksək kürsülərə çıxıb üzünün rəngini dəyişdirmədən xalqa deyir ki; "yaxın bir vaxtta öz milli təyyarəmizi, milli tankımızı buraxacayıq". (Böyüklərin dilindən düşmüyən bir ifadə var, "yalançı Allahın düşmənidi") Meydanlarda ona qulaq asanlar da "hurra" deyib əlinin dərisi qızarıb partlayana kimi alqış çalır. Daha fikirləşmir ki, hardadır, hansı şəhərdədir Türkiyənin təyyarə zavodu, motor zavodu?.. Çatdığımız səviyyə budur lələ...g
Ulu Sabirimiz söylədiklərinə qulaq verin, görün bizlər hardayıq:

"Vəkil
Həqsizə həqli deyib, bir çox günaha batmışam
Həkim
Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam.
Tacir
Mən həlal ilə həramı bir-birinə qatmışam.
Rövzəxan
Ümmətin pulun alıb, mən gözlərin islatmışam.
Dərviş
Nerdə bulsam sövq açıb, min-min yalan söz satmışam
Sofi
Ruzü şəb həq-həq deyib, mən hərkəsi oynatmışam.
Molla
Gündə bir fitva verib, məxluqu çox aldatmışam.
Elm
Qət:::i-ümmid etmişəm, yeksər bu qövmi atmışam.
Cəhl
Ortada keyf eyləyib, mən həm məramə çatmışam".


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK