hacklink Adalet.az | ƏRƏBİSTAN VƏ TÜRKLƏR Adalet.az | ƏRƏBİSTAN VƏ TÜRKLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏRƏBİSTAN VƏ TÜRKLƏR

22845    |   2011-08-20 01:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Canım qurban olsun
   
   sənin yoluna
   
   Adı gözəl, özü gözəl
   
   Məhəmməd
   
   Şəfaət eyləsin
   
   kəmtər quluna
   
   Adı gözəl, özü gözəl
   
   Məhəmməd.
   
   
   
   Yunis İmrə
   
   
   
   Ərəbistan, Yavuz Sultan Səlimin 16-cı əsrdəki səfəriylə Osmanlı Dövlətinin tərkibinə daxil oldu.
   
   Türklər, çinlilərlə ərəblər arasında miladi 751-ci ildə yaranan Talas döyüşündə ərəbləri dəstəklədi və Orta Asiyanın çinlilərin əlinə keçməsinə mane oldular. Bununla da Türk-ərəb əlaqələri daha sıx və möhkəm şəkildə tarixi səfərinə başladı. Türklər İslam dinini, Uyğur dövlətinin tənəzzülündən sonra Karluk, Yağma və Çigil Türkləri tərəfindən Şərqi və Qərbi Türküstanda 840-cı ildə yaranan Qaraxanlı dövləti zamanında könüllü olaraq qəbul etdilər. İslam dini, Qaraxanlı dövləti hökmdarı Satuq Buğra Xanın təsirilə Türk tayfaları arasında sürətlə yayıldı.
   
   Türklərin, Satuq Buğra xan zamanında kütləvi şəklidə və heçbir cəbir işlədilmədən İslam dinini mənimsəmələrinin yeganə səbəbi, onların qədim vaxtlardan bəri pərəstiş etdikləri Tanrıçılıq inamı ilə İslam dininin üst-üstə düşməsinə görə idi. Yəni türklər, mifoloji çağlardan bəri səmavi xarakterli Tanrıçılıq dininə pərəstiş edir və hələ İslam dini gəlməzdən minlərlə il əvvəl İslam dininin əsaslarını həyat tərzi kimi mənimsəyərək həyata keçirirdi. İslam dinini qəbul etdikdən sonra da bu dinin peyğəmbəri, ərənləri və onun uğrunda mübarizə yeridənləri daim baş tacı edir, qoruyur, gözünün giləsi kimi üstündə əsim-əsim əsirdi. İslam bayrağını əlinə alaraq onu üç qitəyə hökmran qılır, ölkələri, xalqları öz bayrağı altına alır və heç bir vaxt düzlükdən, ədalətdən, mərhəmətdən ayrılmırdı. "Yaradılanı sevərik, Yaradandan ötürü" anlayışı, Türk dövlət gələnəyinin özül daşına çevrilirdi.
   
   Ərəbistan yarımadası Türklər üçün Peyğəmbər yurdu idi və onlar, "bura hər nə olarsa-olsun islama düşmən olanların əlinə keçməməlidir" fikrini həm dövlətlərinin həm də şəxslərinin ən böyük amalı halına gətirmişdi.
   
   Ulu Peyğəmbərimiz Hz. Məhəmməd, "Kostantiniyyə (İstanbul) əlbət bir gün fəth olunacaqdır, onu fəth eləyən komandan nə gözəl komandan, əsgəri nə gözəl əsgərdir" demiş, oranı tutacaq komandanı da, əsgərlərini də öymüşdü.
   
   İstanbulu tutan Fatih Sultan Məmmədin atası II Murad ölüm döşəyindədir və taqətsiz bir şəkildə əzrayılın gəlib canını almasını gözləyir. Hamının gözü bir işarətinə və qulaqları da dodaqlarından çıxacaq bir himə bənddir. Dövlətin ən yüksək şəxsiyyətləri, ailə üzvləriylə birlikdə onun yanındadır. II Murad, yatağında bir balaca dikəlir və vəziri İshaq Paşaya, "Oxu İshaq, vəsiyyətimi oxu" deyə əmr edir. İshaq Paşa da "baş üstünə" deyib yüksək səslə ordakıların hüzurunda bu böyük sultanın yazdığı vəsiyyəti oxumağa başlayır.
   
   "Bismillahir-rəhmanir-rəhim, Allaha həmd olsun. Salat və salam, əfəndimiz Hz. Məhəmməd Mustafaya olsun. Təvəkkülüm xaliqimədir. Hər nəfs ölümü dadacaqdır. Sizləri dünyanın gedişatı məğrur etməsin, qürurlanmayın.
   
   Saruxan vilayətindəki malımın üçdə bir hissəsini, yəni 3500 qızılı Məkkədəki kasıblara, 3500 qızılı Mədinədəki yoxsullara paylayın. 500 qızıl, Məkkə əhalisindən Kəbə və xətm arasında yığışaraq 70 min dəfə "La ilahə illallah"ı zikr edərək "Quran" oxuyub savabını vəsiyyət sahibinə əda edənlər üçün xərclənsin. 2500 qızıl, Məscidi əqsada, Sədrə qübbəsində 70 min dəfə "La ilahə illallah" deyərək zikr edənlərə və dəfələrlə Quran oxuyanlara xərclənsin..."
   
   Sultan II Murad ölüm halında ikən, yəni 3 fevral 1451-ci il tarixində nə Məkkə, nə Mədinə, nə də Qüds əlimizdədir, buralar düz altmış altı il sonra, yəni Yavuz Sultan Səlim zamanında Osmanlı torpaqlarına daxil ediləcəkdir.
   
   Üç qitəyə hakim olan, yüzlərlə xalqı haqq və ədalətlə idarə edən, öz yurduna laqeyd yanaşarcasına müqəddəs torpaqları abad edən, buralardakı xalqı rifaha qovuşduran Osmanlı İmperiyasının bir xaqanı, necə deyərlər dişiylə-dırnağıyla qazandığı şəxsi qazancının üçdə bir hissəsini, öz vətəndaşları arasındakı yoxsullara yox, müqəddəs torpaqların kasıb xalqına paylanması üçün vəsiyyət edir. Vicdanı olan hər şəxs üçün bu hərəkətin nə cür bir məna kəsb etdiyi təbii ki, aydındır. Anadolu Türklüyü yönündən, Ərəbistan torpaqlarına və burada yaşayan müsəlmanlara duyulan hissləri II Murad ölüm döşəyində əbədi bir sənəd və ibrətamiz bir dəlil kimi tarixə əmanət edərək bu dünya ilə bir dəfəlik vidalaşıb. Türklər, sadəcə olaraq Yavuz Sultan Səlim zamanında o torpaqlara rəğbət bəsləməmişdi, daha əvvəlcə Böyük Səlcuqlu və Anadolu Səlcuqlu dövlətləri və digər Türk dövlətləri zamanında da buralar gözdən yayındırılmamışdı. Osmanlı dövründə hər il həcc fəsli gəlməzdən əvvəl Kəbə və Mədinə üçün xüsusi diqqətlə hazırlanmış hədiyyələr, Kəbənin yuyulmasında istifadə olunacaq gülab, hər il təzələnən örtüyü, Kəbə yolu üstündəki fəqir-füqəraya paylanmaq üzrə, "Surrə Alayı" adıyla təntənəli mərasimlərlə yola salınır və müqəddəs yerlərə lazımi ehtiram və həssasiyyət göstərilirdi.
   
   Bir nümunə kimi III Muradın həyat yoldaşı Səfiyə Sultan, Misirdəki daşınmaz əmlakını Məkkə, Mədinə və Qüdsdə Quran oxuyacaq 120 hafizə, Məkkədəki çeşmələrə, məscidlərə və quyulara baxanlara bağışlamışdır.
   
   Türklərin Ərəbistana etdiyi yardımların nələr olduğunu ən gözəl şəkildə sübut edən digər bir tarixi sənəd, Yəmən vilayətinin axırıncı valisi olan Mahmud Nədim Bəyin "Ərəbistanda Bir Ömür" adlı xatirələridir. Mahmud Nədim Bəy, türklərin Ərəbistanla bağlı hisslərini və fikirlərini Yəmən nümunəsində bu cür dilə gətirir;
   
   "Yəməndə elə qanunlarımız vardı ki, Konya, Sivas, Ədirnə vilayətlərimizin eynisi idi. Ruməli və Anadolu vilayətlərimizə bənzəyən Yəməndə vergi alınmaq məsələsinə gəldikdə işin rəngi dəyişirdi. Biz Yəməndən almır, Yəmənə verirdik. Sonra Yəməndən əsgər də almırdıq, bunun əvəzində digər vilayətlərdən yığdığımız əsgərləri Yəməndə çürdür, həlak edirdik".
   
   Bu vəziyyət, Məkkə, Mədinə, Misir, Hicaz, Suriya, İraq və digər yerlər üçün də eyni idi. Anadolu qazanır, Ərəbistan isə əvəzində vergi vermədən, əsgərliyə getmədən alır; ancaq xərcləyirdi. Bunun səbəbi də Peyğəmbərə və müqəddəs yerlərə duyulan məhəbbət idi.
   
   Osmanlı məktəblərində yetişən, ərköyün böyüdülən, yedizdirilib içirdilən ərəblərin əksəriyyəti isə fürsətini tapan kimi, İngilisdən, İtalyandan, Fransızdan qızıl alaraq bizi kürəyimizin orta yerindən xəncərləyirdi.
   
   İstiqlal şairimiz Məmməd Akif ərsoy bu vəziyyəti ikicə misra ilə nə gözəl dilə gətirib:
   
   "Cəmaatsız imamlar, çirkli üzlər, səcdəsiz başlar
   
   "Qəza" namiylə dindaş öldürən biçarə dindaşlar".
   
   Yenə tarixi sənədlər, Ərəbistana bizim hansı gözlə, ingilisin hansı gözlə baxdığını çox gözəl dilə gətirir. Mahmud Nədim Bəy xatirələrində yazır; "Mənimlə görüş keçirən İngiltərənin tanınmış dövlət xadimi Lord Kitchener dedi ki; Yəməndə görəcəyiniz işlər üçün qarşınızda nümunələr var. Bəhriəhmərdə Fransa, İtaliya və İngiltərənin müstəmləkələri vardır. Daha uzağa getməyib bu müstəmləkələri tədqiq edin, oralarda hansı işlər görülüb, nələr həyata keçirilib və nələr keçirilir görün və o vaxt görəcəyiniz işlərin həddən artıq asanlaşdığını görəcəksiniz..."
   
   Bəli, Ərəbistan bizlər üçün müqəddəs torpaqlardı, buralara islama düşmən olanların qanlı və murdar çəkmələri dəyməməliydi. Burada yaşayan insanların arasından, iki cahanın sərvəri Hz. Məhəmməd Peyğəmbər, onun əhlibeyti çıxmışdı, bu səbəblə də nəyə başa gələrsə-gəlsin qorunmalıydı. Bizlər belə fikirləşirdik. Yaxşı, bəs ingilislər nə cür fikirləşirdi?
   
   Ərəbləri üsyana təşviq edərək Ərəbistana yiyələnən İngiltərənin ora yolladığı məşhur casus Lawrens "Alimliyin Yeddi Sütunu" adlı xatirələrinin ikinci cildində yazır: "Həyat və şəxsiyyət, biri digəri üçün satıla bilmiyəcək qədər fərqli iki ayrı kateqoriya idi. Şəxsiyyətə gəldikdə, bir il qabaq İngiltərənin verdiyi sözlərə əməl edəcəyi barədə ərəbləri qane etdiyim vaxt onu itirməmişdim?.."
   
   Türkiyə Cümhuriyyəti yaranıb, Azadlıq Hərbi uğurla nəticələnib, Anadoluya işğalçı kimi gələn imperialistlər Atatürk və silahdaşlarının rəhbərliyində silkinib ayağa duran yoxsul, ac, ayağına geydiyi şalvarı, əynindəki köynəyi yetmiş yerdən yamaqlı məmmədçiklər, əllərindəki çaxar-alışmaz silahlarla əsrin ən ölümcül silahlarına malik işğalçıları kürüyüb eşiyə tullayıb. Türkiyəni işğala gələn yunanlar dənizə tökülsə də onlarla imzalayacağımız sazişdə qarşımıza ingilislər, yunanlıların əvəzində onlar bizimlə cəbəlləşmişdi. Bu vəziyyət də, yunanlıları Anadolunu işğala kimin vadar etdiyini ifşa edirdi. İsveçrənin Losanna şəhərində sülh görüşləri gedir və mövzu gəlib Milli And ilə qəbul edilmiş sərhədlər daxilində qalan Mosul vilayəti üstündə dayanıb. İngiltərənin nümayəndəsi Lord Curzon, İsmət Paşaya müzakirələr əsnasında yazdığı bir vərəqi yollayır. O yazıb;
   
   "Kedleston Markizi, Markiz Curzondan İsmət Paşaya:
   
   Hörmətli İsmət Paşa. Mosul mövzusu ilə bağlı etdiyiniz müxtəlif çıxışlarınızda hökümətinizin Mosul vilayətini geriyə qaytarmaq üçün önə sürdüyü irqi, siyasi, strateji və tarixi həqiqətlərdən söhbət açdınız. Onların birini də təsdiqləmədiyimi sizə söyləmişdim.
   
   Bu məktubumun əlavəsində bu barədə niyə sizinlə eyni fikirdə deyiləm, onu bildirən bir arayışı yollayıram. O arayışda da şahid olacaqsınız ki, Böyük Britaniya, Cəmiyyəti Əqvamın qərarları istiqamətində, müstəmləkəsi olan bir ölkəni geri qaytarmaz və beləliklə, hökümətimin Mosul vilayətini geri qaytarmaq kimi bir fikri olmayacağı həqiqətdir. İmza. Curzon of Kedleston".
   
   Lord Curzon, o vaxt "Mosul mənim müstəmləkəmdir", Cəmiyyəti Əqvam da mənə işləyir deyir. Curzonun davamçıları 1991-ci ildə, Cəmiyyəti Əqvamın yerində yaradılan BMT-nin qərarları istiqamətində İraqa təcavüz etdilər və 2003-cü ildə ABŞ ilə birlikdə ölkəni işğal etdilər. İndi İngiltərə, ABŞ və İsrail əl-ələ verib o vaxtkı Mosul vilayətində, yəni Kərkük, Süleymaniyə, Ərbil kimi yüzillər boyu hakimiyyətimizdə qalan yerlərdə Yəhudiliyi mənimsəmiş Bərzani tayfasına bir kürd dövlətini qurdurmaq istəyir.
   
   Bununla da Türkiyənin və İranın, bir az uzaqda da rusların önünə daha bir əngəl çıxarmağı hədəfləyib.
   
   Bəs bizi ingilisin qızılını alaraq arxadan güllələyən o vaxtkı ərəblərin nəvə-nəticələri, yəni işğala məruz qalaraq insanlıq ləyaqətləri ayaqlar altında çığnanan ərəblər indi nə fikirləşir görəsən?
   
   Bu tarixi həqiqət bəzilərinə dərs olmalıdır. Allahın ədaləti uğrunda döyüşən millətə edilən xəyanəti o millət unutsa da Tanrı satqınları bağışlamaz.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK