Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | AĞ DÜNYA... Adalet.az | AĞ DÜNYA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AĞ DÜNYA...

19834    |   2011-07-23 01:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir də görürsən ki, hər hansı orta səviyyəli bir şairin, yazıçının, müğənninin, xanəndənin sağlığında tez-tez yaradıcılıq gecələri keçirilir və onların barəsində o qədər tərif söyləyirlər ki, adam bu tərifə məəttəl qalır. Ona görə məəttəl qalır ki, həmin təriflədikləri adamın elə də böyük yaradıcılığı, istedadı və sənət aləmində izi olmayıb. Amma nə olsun?! İmkanları, vəzifədə olan qohum-əqrəbaları pul töküb, xərc çəkərək o qədər də sənətdə izi olmayan adamları tez-tez təbliğ və reklam eləyirlər. Ən pis sənətçi haqqında da xoş söz deyiləndə, tez-tez televiziya kanallarında süjetlər göstəriləndə və eləcə də layiq olmadığı tərifi onun ünvanına yağdıranda elə bunun özü də hardasa həmin adamların müəyyən müddətdə gündəmdə qalmasına böyük təkan verir...g
   
   Ancaq elə ki, orta səviyyəli yaradıcı adamların sponsorları müflisləşir, onların pulu-pənəsi tükənir və bir müddətdən sonra yavaş-yavaş bu adamlar yaddan çıxmağa başlayır. Xüsusən də dünyasını dəyişəndən sonra belə adamların qoyduğu iz hiss olunmur. Daha doğrusu, yaratdıqları sənət əsəri olmadığına görə, elə özlərindən əvvəl həmin "əsərlər" ölür. Deməli, kimisə gündəmə gətirmək, bəh-bəhlə tərifləmək heç də o demək deyil ki, həmin adamdan böyük sənətkar, istedadlı adam yoxdur. Sadəcə olaraq, müəyyən zaman kəsiyində bayaq dediyimiz kimi, onlar at oynadır, sözləri qılınc kimi hər şeyi kəsir və bir müddətdən sonra arxada qüvvə olmadığına görə, hər şey unudularaq yaddan çıxır...
   
   Elə sənətkarlar var ki, onları təbliğ eləsən də, eləməsən də və barələrində təriflər söyləməsən də gün işığı kimi müəyyən müddətdən sonra yenə parlamağa, ətrafı işıqlandırmağa və insanların ürəyinə işıq salmağa qadir olur. Bu cür insanlar sənət aləmində o qədər də çox deyillər. Amma bəzən görürsən ki, belə adamları nə sağlığında, nə də dünyasını dəyişəndən sonra yada salmırlar. Çünki onların yüksək vəzifədə əyləşən qohum-əqrəbası, dost-tanışı və bir sözlə, imkanlı adamları yoxdu...
   
   Mən bu yazını heç də təsadüfən qələmə almadım. Çünki bu yaxınlarda çox istedadlı, ziyalı dostum olan Elmin İdrisli ilə çay süfrəsi arxasında söhbət eləyəndə yadımıza böyük sənətkar İslam Rzayev düşdü. Təbii ki, mən balaca bir yazaram və musiqişünas da deyiləm. Amma sadəcə olaraq, İslam Rzayev kimi, azman və böyük sənətkar haqqında istənilən adam ürək sözlərini deyə bilər. Vaxtı ilə günlərin birində rəhmətlik İslam Rzayev sağ olanda ondan bir müsahibə almışdım və həmin müsahibə böyük əks-sədaya səbəb olmuşdu. Ona görə ki, İslam Rzayev həmin müsahibədə heç kimə demədiyi fikirləri, sözləri, sirləri mənə danışmışdı. Təbii ki, mən də onun fikirlərini oxuculara çatdırmışdım. Müsahibə qəzetdə çap olunandan sonra böyük sənətkar mənə telefon açdı və dedi ki, heç gözləməzdim ki, belə gözəl yazı hazırlayasınız. Verdiyim müsahibə və sizin suallarınız mənə ləzzət elədi. Ona görə ləzzət elədi ki, hər şeyi öz rəngində, öz çalarında və olduğu kimi təqdim eləmisiniz. Hətta müsahibəyə görə, böyük sənətkar o vaxtı Aqil Abbasa da təşəkkür eləmişdi. Bir sözlə, İslam Rzayev sənətdə və musiqidə öz sözünü və möhürünü vuran sənətkarlardan olub.
   
   Elə Elmin İdrisli ilə söhbətimiz o çalarda davam elədi ki, bəs, bu gün niyə İslam Rzayev unudulub və yaddan çıxıb?! Düzdür, bəziləri deyə bilər ki, müəyyən televiziya kanallarında onun lent yazılarını nümayiş etdirirlər. Amma bu o demək deyil ki, İslam Rzayev kimi bir sənətkar haqqında hər şey bununla bitməlidir. İslam Rzayev musiqi aləmində ağ səsə malik olan nadir sənətkarlardandır. Təsəvvür edin, Azərbaycan musiqi tarixində heç kəs İslam Rzayev qədər bütün bəstəkar, xalq mahnılarını, muğamları oxumayıb. İslam Rzayev Cahangir Cahangirovun, Səid Rüstəmovun ən çətin mahnılarını belə orijinallıqla və özünəməxsus bir formada səsləndirib. O yeganə sənərkarlardandır ki, həm tar-kamanla, həm orkestrlə, həm də ansamblla müğamları, təsnifləri, mahnıları və bir sözlə, milli musiqimizi özünəməxsus tərzdə oxuyub.
   
   İslam Rzayevin musiqi aləmində qoyduğu iz, yaratdığı yeniliklər və vurduğu möhür onu deməyə əsas verir ki, belə sənətkarlar musiqi tariximizdə çox azdır. Amma gəlin görək, çox az olan bu sənətkarlara biz necə dəyər veririk. Nə yaxşı onun ölümünə yaxın İctimai Televiziyada canlı olaraq gözəl bir veriliş hazırladılar. Elə həmin verilişdə də bir daha böyük sənətkar öz ürəyini boşaltdı və onu yada salan insanlara, musiqiçilərə və ən nəhayət tamaşaçılara dərin təşəkkür elədi. Həmin verilişdə bir neçə sənətkar oxudu və İslam Rzayev də kövrəldi. Öz ifaları ilə həmişə başqalarını kövrəldən İslam Rzayev bu dəfə özü kövrəlmişdi. Bunu hiss edən sənət yoldaşları onun nazı ilə oynayır və çalışırdılar ki, elə söz və elə ifadə işlətsinlər ki, bu sənətkarın ürəyincə olsun...
   
   Sənət dostları ona "Ağa" deyirdilər. Bəli, bu adı qazanmaq və bu adı yaşatmaq heç də asan deyil. Böyük sənətkar bu adı ağayanalığı, istedadı, mərdliyi və ən nəhayət musiqi aləmində vurduğu möhürlə qazanmışdı. Rəhmətlik İslam Rzayev bizimlə söhbətdə deyərdi ki, mən cavan xanəndələrə, müğənnilərə tövsiyə eləyirəm ki, bəstəkarların, xüsusən də Cahangir Cahangirovun çox gözəl mahnılarını oxusunlar. Onların bəzisi oxuyur, bəzisi isə oxuya bilmirdi. Oxuya bilməyənlər deyirdilər ki, bu mahnıları oxumaq çox çətindir. Çünki onun çox enişli-yoxuşlu yolları var.
   
   Son nəfəsinə qədər o xalq musiqisinə, muğama və böyük sənətə sədaqətli olub. Mən inanmıram ki, İslam Rzayev nə vaxtsa sənətə xəyanat etsin. Sadəcə olaraq, onun həyat amalı və fəaliyyəti milli müsiqi üstündə köklənib. Bəs indi gəlin görək Azərbaycan mədəniyyətinə və musiqisinə əvəzsiz xidmətlər göstərmiş İslam Rzayev bu gün necə yad edilir? Heç olmasa sənət adamları, qocaman xanəndələr, bəstəkarların yadına tez-tez düşürmü? Təbii ki, sənət adamları onu heç vaxt unutmurlar. Ən azından ona görə ki, uzun müddət onunla dostluq eləyən, çörək kəsən və qastrol səfərlərində bir yerdə olan müğənnilər olub. Onlar böyük sənətkarı tez-tez yada salırlar.
   
   Amma bu gün böyük mənada İslam Rzayev nədənsə yaddan çıxıb. Düzdür, efirdə, radio dalğalarında onun tez-tez mahnıları, ifaları səslənir. Bütün bunlar musiqisevərlərə ləzzət eləyir və onlara zövq verir. Ancaq böyük sənətkar rəhmətə gedəndən sonra yüksək səviyyədə onu yada salmayıblar. Heç olmasa ad günlərində, rəhmətə gedən gündə İslam Rzayevin yaradıcılıq gecəsini keçirmək bizcə bir o qədər də çətin deyil. Sağlığında çoxları onu tərifləyirdi və deyirdilər ki, bu sənətkar böyük, ustad insandır. Bu sözlərin hamısı İslam Rzayevə layiqdir. Amma məsələ ondadır ki, bu böyük sənətkara niyə bir dəfə yaradıcılıq gecəsi keçirilməyib?
   
   Füzulidə Muğam Mərkəzi tikilib. Çox gözəl də inşa edilib. Adam o, Muğam Mərkəzinə baxanda qürur hissi keçirir. Ona görə qürur hissi keçirir ki, musiqinin beşiyi olan Qarabağda belə bir Muğam Mərkəzi var. Artıq orda bir neçə tədbirlər də keçirilib. Hətta Respublika Muğam Müsabiqəsinin iştirakçıları da həmin Muğam Mərkəzində iki gün konsert verdilər. Bütün bunları ona görə deyirik ki, bu Muğam Mərkəzi mədəniyyət beşiyi kimi tarixi əhəmiyyət kəsb edir və həmin Muğam Mərkəzinə İslam Rzayev kimi böyük sənətkarın adı verilsə bu muğamsevərlərin ürəyincə olar.
   
   Əlbəttə, musiqi aləmində qeyri-adi ifaları ilə tamaşaçıların yaddaşında əbədi iz qoyan bir sənətkarı heç vaxt unutmaq olmaz. İndi İslam Rzayevi vəzifədə qohum-əqrəbası yoxdur deyin, kimsə onu yada salmamalıdır? Axı bu böyük sənətkar ürəyini, həyatını və ən nəhayət ömrünü milli musiqimizin yolunda şam kimi əridib. Hər sənətkarın oxuya bilmədiyi mahnını, muğamı və təsnifi o qədər gözəlliklə ifa edən sənətkarı yaddan çıxarmaqmı olar?!
   
   Rəhmətlik İslam Rzayev mənimlə olan söhbətində, müsahibəsində çox maraqlı bir detala toxunmuşdu. O deyirdi ki, Yaponiyada konsert verəndə bir şirkətin rəhbəri mənə yaxınlaşıb dedi ki, sabah bizə də konsertiniz olacaq. Orda da belə oxusan və səsin bizə ləzzət eləsə sənə qiymətli bir hədiyyə bağışlayacam. Həmin şirkətdə də konsert verdik. Təbii ki, mən muğam oxuyurdum. Muğam oxuduqca yerdən alqışlar və səslər gəlirdi. Təəccübümü gizlədə bilmədim, yanımdakı adamlardan soruşdum ki, bunlar Azərbaycan dilini bilmirlər, muğamın sözlərini necə başa düşürlər?! Yanımdakı tərcüməçi isə dedi ki, siz oxuduqca sinxron tərcümə olunur. Elə ona görə də yaponlar muğamın qəzəllərinin də mənasını başa düşürlər. Konsert qurtardı, şirkətin rəhbəri məni yanına çağırdı. Dedi pasportunu mənə ver, bir fincan kofe iç görəcəksən nə hədiyyə eləyirəm. 10 dəqiqədən sonra pasportumu özümə qaytardılar və dedilər ki, şirkətin prezidenti qeyri-adi ifana görə sənə pulsuz "Toyota" markalı maşın bağışlayıb.
   
   Bu sözləri Rəhmətlik İslam Rzayev 15 il bundan qabaq mənə danışıb. Demişdi ki, Yaponiyada konsert verəndə o biri musiqiçilərə də maşın verdilər. Ancaq onlar pulunu ödədilər, sonra maşını aldılar. İndi siz təsəvvür edin, görün Azərbaycan musiqisini və Azərbaycan sənətkarını yaponlar necə qiymətləndirib. Əgər yapon bizim musiqimizə, böyük sənətkar İslam Rzayevin təkrarsız ifasına bu qədər dəyər verirsə, bəs onda biz niyə bu gün İslam Rzayevi yada salmaqda tənbəllik eləyirik?! Daha doğrusu, tənbəllik eləmirik, canımız çıxır ki, bir yaradıcılıq gecəsi keçirək və orda da onun möhtəşəm ifalarını səsləndirək, haqqında xoş söz deyək və ruhunu şad eləyək...
   
   Mən bu yazıya görə ziyalı dostum Elmin İdrisliyə minnətdarlıq eləyirəm. Çünki mövzunu mənə o verdi və o da İslam Rzayev barəsində eşitmədiyim bəzi fikirləri söylədi. Amma ən başlıca fikir bu idi ki, heç kimin haqqı yoxdur ki, İslam Rzayev kimi, böyük sənətkarı yaddan çıxarsın və onun heç olmasa ildə bir dəfə yaradıcılıq gecəsini keçirməsin. Əgər Azərbaycan musiqisində barmaqla sayılası ağ səslər varsa və bu ağ səslər yada düşmürsə, onda bizim ağ günlərimiz haqqında danışmağa haqqımız yoxdur. Ağ səslər ağ dünya deməkdir. Ağ dünya isə bizi üzü işığa, üzü göyə və ən nəhayət üzü Ulu Yaradana doğru aparır......


YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK