warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | İLLƏR "UNUDA BİLMİRƏM"İ YAZANI UNUTDURA BİLMƏZ Adalet.az | İLLƏR "UNUDA BİLMİRƏM"İ YAZANI UNUTDURA BİLMƏZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İLLƏR "UNUDA BİLMİRƏM"İ YAZANI UNUTDURA BİLMƏZ

Biz onu yaşadırıq

7916    |   2015-05-26 01:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən fikirləşirəm ki, qələm adamları, xüsusilə BÖYÜK SÖZÜN BÖYÜK CƏFAKEŞLƏRİ xalqına, elə sözün özünə xidmət etmək yükünü çiyinlərinə götürməsəydilər həyatımız necə də bomboz, mənasız olardı. Axı insan həyatını mənalandıran təkcə ətraf mühit, təbii mənzərə və yaxud tikilən binalar, çəkilən yollar, salınan körpülər və digərləri deyil. Mənim düşüncəmə görə, insan ömrünün ən mənalı məqamı sözlə baş-başa qalması, sözdən qidalanması, sözdən yararlanması hallarıdı. Yəni elm, ədəbiyyat, incəsənət özünü ifadə etdiyi sözdə, fikirdə insan ömrünü şərəfləndirir, hətta qidalandırır da.
Bax, bu mənada düşünən insanın həyatının bir parçasına çevrilən böyük söz istənilən yerdə, istənilən məqamda köməkçiyə də, məsləhətçiyə də, hətta ümidə də çevrilə bilir. İnsanın formalaşıb yolunu, məramını müəyyənləşdirməsində köməkçi olur, onun ideyalarını cilalayır, yoluna işıq salır.
Mən həyatda böyük söz yaradan insanların bir neçəsi ilə yaxından, uzaqdan təmas qura bilmişəm. Onların arasında xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Süleyman Rüstəm, Xəlil Rza, Qabil, xalq yazıçısı Bayram Bayramov, İlyas Əfəndiyev və eləcə də bu gün əsərlərini maraqla oxuduğum bir çox qələm adamları ilə olan şəxsi tanışlığım həyatımın ən önəmli anları, ayları, illəridi. Çox qəribədi ki, şəxsən tanıdığım bu söz adamları içərisində xalq yazıçısı İlyas Əfəndiyevlə Akademik Milli Dram Teatrında qarşılaşmışam. Və ilk dəfə onu lap yaxından, üzbəüz "Unuda bilmirəm" tamaşasının premyerası zamanı əyləşdiyi lojanın arxasından görmüşəm. Beləcə, ilk dəfə yaxından gördüyüm İlyas Əfəndiyevi isə lap çox-çox əvvəl, hələ Tuğ kənd orta məktəbində oxuduğum illərdə mütaliə edib, sevib, yaradıcılığından zövq almışam.
İndi xatirələrə üz tutanda orta məktəb illərində xüsusi çəkisi olan məktəb və kənd kitabxanasının dəyərini heç nə ilə dəyərləndirə bilmirəm. Çünki bu kitabxanaların zəngin və rəngarəng müəllif mühiti məni hər gün özünə çəkirdi və az qala hər gün yeni bir kitabı oxuyub başa vurmağa çalışırdım. Özü də təkcə özüm oxumurdum, həm də bu kitablar mənim sinif yoldaşlarımla olan bir səmimi yarışmamızın obyektinə çevrilmişdi. Hamımız daha çox oxumaq və oxuduqlarımızı da müzakirə etmək üçün yazılmamış bir yarışın iştirakçısına çevrilmişdik. Oxuduğumuz əsərlərin qəhrəmanları dilimizin əzbəri, müəllifləri isə bizim sevimli məsləhətçilərimiz, həyatımıza işıq salan insanlar idi. Bu sırada İlyas Əfəndiyev və onun əsərləri birinci yerlərin şəriksiz sahibi idi. Çünki həyatımızın kəndlə bağlı ən gözəl çağlarını özündə əks etdirən "Kənddən məktublar" və "Aydınlıq gecələr" kitabları bizə kəndi yenidən sevdirir, yenidən tanıdırdı. Burada oxuduğum "Apardı sellər Saranı" hekayəsi mənə yaşlıların dilindən eşitdiyim qədim bir rəvayətin çox orijinal, şirin və yaddaqalan, həm də inandırıcı bir təqdimatı idi. Mən bu əsəri oxuyarkən yaşımın az olmasına baxmayaraq, həmin o əfsanə ilə, müəllifi çox böyük yazıçımız olan İlyas Əfəndyevin "Apardı sellər Saranı" əsərini müqayisə etməyə, hətta sərbəst inşa yazısında onun müəyyən detallarından istifadə etməyə çalışmışdım.
Orta məktəbin yuxarı siniflərində ən çox oxuduğumuz və böyük həvəslə müzakirə etdiyimiz ədəbiyyat müəllimimizin təşəbbüsü ilə məktəbdə yaradıcılıq gecəsini keçirdiyimiz İlyas Əfəndiyevin "Körpüsalanlar" və "Söyüdlü arx" romanları sözün bütün mənalarında bizi öz aurasına alan bir gerçək mühit idi. Elə bir mühit ki, biz ondan qidalanırdıq, ondan öyrənirdik. Hətta bəzilərimiz bu əsərlərin qəhrəmanlarını özümüzə ideal da seçmişdik. Oxuyub hafizəmizə köçürdüyümüz, yaddaşımızda yaşatdığımız "Dağlar arxasında üç dost" romanı da məhz bizim gənclik illərimizin sevilən əsərlərindən idi.
Həyatımın kitabla, bədii ədəbiyatla bağlı dönəminin ikinci mərhələsində İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan", "Xan çinar" romanları xüsusi yer tutur. Birmənalı deyə bilərəm ki, "Geriyə baxma, qoca", "Üçatılan" romanları təkcə mənim deyil, hətta evdə kitaba marağı olan yaşlı atamın və digər ağsaqqalların da diqqətini çəkmişdi. Çünki onlar bu əsərlərdə adları keçən bir çox insanların həyatda mövcud olduğunu söyləməklə müəyyən faktların da həqiqətə söykəndiyini, yəni əsərin başdan-başa bədii təxəyyülün məhsulu olmadığını, əksinə, xalq yazıçısı İlyas Əfəndiyevin həyat gerçəkliyini, faktları öz ustad qələmi ilə böyük sözün zirvəsinə qaldıra bildiyini görməklə bununla fəxr edirdilər və bildirirdilər ki, bax, əsl yazıçı belə olar. Yəni həyatda gördüyünü həyatda yaşayanlara öz şirin və bədii təfəkkürünün dili ilə yenidən, özü də tamam fərqli bir formada çatdıra bilər.
Doğrudan da bədii söz ürəyə yol tapanda ömrü uzanır, illərə, qərinələrə calanır. Mən Azərbaycan dramaturgiyasında öz erası olan İlyas Əfəndiyevin təkcə əsərlərinin siyahısını gözdən keçirəndə istər-istəməz içimdəki bir inamı yenidən yaşayır və yenidən dilə gətirirəm. Mən inanıram ki, nə qədər Azərbaycan teatrı, Azərbaycan səhnəsi var, İlyas Əfəndiyevin əsərləri də olacaq, yaşayacaq, tamaşaçıları öz ətrafına yığacaq və beləcə İlyas Əfəndiyevi də yaşadacaqdı. Bir anlıq "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Büllur sarayda", "Hökmdar və qızı", "Sən həmişə mənimləsən", "Xurşid Banu Natəvan", "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı", "Atayevlər ailəsi" və digər əsərləri göz önünə gətirib o illərə, o əsərlərin səhnəyə qədəm qoyduğu zamana qayıdıram. Özümdən asılı olmayaraq, İlyas Əfəndiyevin əsərlərinə səhnə həyatı bəxş edən Azərbaycanın ünlü sənət adamlarını, aktyorları, rejissorları xatırlayıram. Həmin əsərlərdə səslənən musiqiləri sanki dinləyirəm. O əsərlərin təkcə tamaşaçısına yox, həm də iştirakçısına çevrilirəm. Bu isə böyük yazıçının öz qələminin gücü ilə oxucusunun yaşatmaq və yaşamaq inancını gücləndirməsi, qüvvətləndirməsi və bəzən də bu hissi ona çox rahat, könül xoşluğu ilə bağışlamasının nümunəsidi. Belə ki, İlyas Əfəndiyev hər bir əsərində hər bir qəhrəmanının timsalında oxucusunu görür, duyur, qiymətləndirir, yaşadır. Onun əsərləri təkcə kitab rəflərini bəzəmir, həm də ürəklərdə özü üçün ayrıca bir guşə yaradıb. Bu guşənin gülüstan olması artıq öz hökmünü tapıb, öz təsdiqini gerçəkləşdirib. Belə ki, Azərbaycan adlı məmləktin bütün coğrafiyasını, tarixini, əxlaqını, mənəviyyatını, adət-ənənəsini, bütövlükdə varlığını özündə əks etdirən bu əsərlər artıq bütün Azərbaycanın mülkiyyətinə, sərvətinə, varidatına çevrilib.
Deməli, bu milliləşmə, bu bəşəriləşmə və bütövlükdə əsərlərin sevilib ürəklərdə, könüllərdə özünü yaşatması Tanrının İlyas Əfəndiyevə böyük sevgisi ilə yanaşı, İlyas Əfəndiyevin də xalqına, xalqının da ona güvəncinin həyat gerçəkliyidi. Bu gerçəklik isə İlyas Əfəndiyevi dünən yaşatdığı kimi bu gün də yaşadır, sabah da yaşadacaq. Biz ondan yalnız cismən ayrılmışıq.



YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK