hacklink Adalet.az | ƏRƏB DÜNYASI NİYƏ BELƏDİ? Adalet.az | ƏRƏB DÜNYASI NİYƏ BELƏDİ? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏRƏB DÜNYASI NİYƏ BELƏDİ?

(üçüncü yazı)

22573    |   2011-07-08 23:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sevgi, Ulu Yaradanın canlı məxluqata bəxş etdiyi ülvi bir duyğudur. Sevgi, sevmək, aşiq olmaqla bağlı yüz illərdir söylənən və qurtarmaq bilməyən ifadələr mövcuddur. İnsanlıq yaşadığı müddətcə də bu barədəki sözlər daim yazılacaq, oxunacaq, pıçıldanacaq və dilə gətiriləcəkdir.
   
   
   
   "Sev səni sevəni
   
   xak ilə yeksan isə
   
   Sevmə səni sevməyəni,
   
   Misirdə sultan isə..!"
   
   
   
   Anadoluda yaşayan hər bir türkün müəyyən səbəblərə görə dilə gətirdiyi bu ifadə belə, Misirin dünya coğrafiyasında özünə məxsus bir çəkisinin olduğunu sübut edir. Misirin, dünyanın ən qədim məskunlaşmış yerlərindən biri olması da oranın malik olduğu bir digər önəmli yönüdür.
   
   Ötən yazımda Misir kralı Faruqdan söhbət açmış və onun İngilis imperializmi tərəfindən hansı oyunlarla kral elan edildiyini və vaxtı-saatı çatdıqda da ələ aldıqları təzə bir sima tərəfindən şəxsiyyəti təhqir edilərək taxtından nə cür salındığını vurğulamışdım.
   
   Kral Faruq, Osmanlı dövlətinin Misir valisi Kavalalı Məmməd əli Paşanın nəvəsidir. Məmməd əli Paşa da modern Misirin yaradıcısıdır. Yəni modern Misir türklərin əsəridir.
   
   Misir ordusu, İsrail ilə gedən 1948-ci ildəki döyüşdə ağır bir məğlubiyyəti daddı. Məhəmməd Nəcib, bu hərbdə özünü göstərdi və Camal əbdülnasirin rəhbərliyində yaradılan Azad Zabitlər Hərəkatının etimadını qazanaraq 1953-cü ildə dövlət rəhbərliyi stolunda əyləşdirildi. Nəcib, anayasaya söykənən bir hökümətin qurulması tərəfdarıydı və inqilab məhkəməsinin bir çox siyasətçi barədə kəsdiyi ağır işlərə reaksiya kimi vəzifəsindən istefa verdi; ancaq toplumun həm sivil, həm də hərbi cinahının təzyiqləri nəticəsində istefasını geri götürməli oldu. Camal Əbdülnasir bu əsnada böyük nüfuz qazanaraq baş nazirlik stolunu əlinə keçirdi və Nəcibin arzusuna uyaraq siyasi partiyaların yaranmasına, yəni pluralizmə icazə verdi. Camal Əbdülnasirə qarşı həyata keçirilən suiqəsd hadisəsinə adı qarışdıqda 1960-cı ilə qədər ev dustağı edildi və bundan sonra da Misirin siyasi həyatından tamamilə uzaqlaşdı.
   
   Osmanlı dövlətində İttihad və Tərəqqi dövrünün üçü önəmli paşasından biri olan Camal Paşanın adı verilən Camal Əbdülnasir, Misir tarixində özünə məxsus bir yerə malikdir. Atası, İsgəndəriyyədə poçt idarəsində işləyən bir məmurdu. Yoxsul bir məhəllədə dünyaya gəldi və orta məktəb təhsilini Qahirədə yaşayan əmisinin yanında qalaraq başa çatdırdı. Bu vaxtlarda İngilis imperializminin Misirdən kənarlaşdırılması yolunda həyata keçirilən fəaliyyətlərdə iştirak etdi. 1937-ci ildə Kraliyyət Hərbi Akademiyasına daxil oldu və buranı bitirdi, Sudanda yerləşən Misir ordu hissəsinə təyin olundu. Burada vəzifə yeridərkən Zəkəriyya Mohyəddin, Əbdülkərim Amir və Ənvər Sədat ilə birlikdə İngilis hegemonluğunu axıra çatdırmağı məqsəd götürən Azad Zabitlər Hərəkatını yaratdı. 1948-49-cu illərdə İsrail ilə gedən döyüşlərdə Fələstin cəbhəsində vuruşdu və hərbin axırında da yarbay (podpolkovnik) rütbəsinə yüksəldi. Orgenral Məhəmməd Nəcibin cümhurrəis olduğu dövrdə əslində dövlətin cilovu tamamilə Camal Əbdülnasirin əlində idi. 1952-ci ildə qansız bir çevrilişlə hakimiyyəti əlinə keçirdi və bir il sonra ingilislərlə Süveyş kanalı bölgəsinin boşaldılmasını nəzərdə tutan bir sazişin bağlanmasına nail oldu. Məhəmməd Nəcibin hakimiyyətdən kənarlaşdırılmasından sonra ipləri öz əlinə yığaraq qarşısında dayanan ən güclü müxalifət qrupu olan Müsəlman Qardaşlar təşkilatının qol-qanadını qırdı və yerini möhkəmləndirdi. İki il sonra da bir partiyalı siyasi sistemə söykənən yeni anayasanı qüvvəyə mindirdi və aparılan seçkidə yeganə namizəd kimi iştirak edərək cümhur başqanı seçildi. 1955-ci ildə Bandunq Konfransında iştirak edərək Tito, Jawaharlal Nehru ilə birlikdə Bloklara Qoşulmayan Ölkələr təşkilatının öncülləri arasında yer tutdu. Əvvəllər mülayim siyasət xətti izləyən Nasir, Süveyş Kanalını milliləşdirdi. İsrail ilə gedən döyüşdə Misir ordusunun böyük zərbə almasına baxmayaraq usta manvevrlərlə ölkəsinə yönəldilə biləcək xarici müdaxilə təhlükəsini sovuşdurdu. 1958-ci ilin əvvəllərində Suriyə ilə birlikdə, vahid ərəb birliyini nəzərdə tutan Birləşmiş Ərəb Cümhuriyyəti adlı bir qurum yaratsa da Suriyə üç il sonra bundan imtina edincə ərəb dünyasındakı sosialist hərəkatları dəstəkləməyə başladı, 1962-ci ildə də Ərəb Sosialistlər Birliyini yaratdı. Əslində Suriyanın bu addımında yenə xaricilərin barmağı vardı ki, Suriya ilə bağlı yazıda bunun üstündə dayanacağam. ABŞ-ın əvvəlcə dəstəklədiyi, daha sonra da dayaq vermədiyi Asvan dəryaçasının tikilməsi işini Sovetlər Birliyinin maddi və texniki dayağı ilə başa çatdırdı, sənayeləşmə işini sürətləndirdi, kəndlilərə torpaq payladı və əldə etdiyi bu cür böyük uğurlarla yanaşı xalqın da məhəbbətini qazandı. İsrailə qarşı radikal mövqedə dayanması, Misirin, Orta Şərq siyasətinə daha artıq barmaq uzatmasına və Orta Şərq ölkələrinin silahlanmalarına səbəb oldu. 1967-ci ilin may ayında Tiran boğazını və Akabe körfəzini İsrailin gəmilərinə bağladı, yaranan altı günlük hərbdə hava qüvvələri böyük zərbə aldı və hərbdən sonra yaranan Rogərs planını qəbul etdi, Sudan və Libya ilə əlaqələrini möhkəmləndirdi, ərəblər arasında yaranan bir çox böhranın böyüməsinə mane olaraq böyük bir siyasi ad qazandı. 1970-ci ilin sentyabr ayının 28-i günü infarkt keçirərək bu dünya ilə əbədilik vidalaşdı.
   
   Camal Əbdülnasirin ölümündən sonra yerinə Azad Zabitlər Hərəkatının bir digər yaradıcı üzvü Ənvər Sədat dövlət rəhbəri oldu.
   
   Ənvər Sədat, kəndli bir ailənin uşağı idi. İptidai və orta məktəb təhsilini başa vurub hərbi məktəbə daxil oldu, 1938-ci ildə də hərbi akademiyanı qurtardı. Misirdəki ingilis hegemonluğuna nəhayət vermək məqsədiylə almanlar tərəfindən dəstəklənən müxtəlif hadisələrdə iştirak etdi. İngilislər onu tutsalar da qısa bir müddət sonra həbsdən qaçdı. Camal Əbdülnasir tərəfindən yaradılan Azad Zabitlər təşkilatına üzv oldu və təşkilatın 1952-ci ildə hakimiyyət cilovunu əlinə almasıyla birgə yeni idarənin sözçülüyünü öhdədar oldu. Dörd il sonra dövlət naziri, bundan bir il sonra da Ərəb Sosialist Birliyi təşkilatının baş katibi oldu. Məclisdə sədr vəkilliyi, sədrlik, dövlət rəhbəri müavini kimi vəzifələri ifa etdi, Nasirin dünyasını dəyişməsiylə də dövlət rəhbəri oldu.
   
   Ənvər Sədat, Misirin siyasi qurğusunu liberallaşdırma, iqtisadiyyatı inkişaf etdirmə və mərkəziyyətçi nəzarəti mülayimləşdirmə siyasətini izlədi. Sovetlər Birliyi ilə əlaqələrin pozulmasından asılı sovetlərin texniki işçilərini Misirdən çıxardı. 1973-cü ildə Suriya ilə birləşib İsrailə hərb elan etdi və hərbdən nüfuzunu artırmış bir rəhbər kimi çıxdı. Ərəb-İsrail döyüşündən sonra Sovetlər Birliyi ilə əlaqələri dayandırdı və super imperialist ABŞ-ın istiqamətləndirməsi ilə İsrailə yaxınlaşdı. 1977-ci ildə İsrailə etdiyi səfər ərəb dünyasında kəskin reaksiya ilə qarşılandı. Daha Ənvər Sədat ABŞ-na sarı sürətlə yaxınlaşırdı və bunun bir nişanəsi kimi 1979-cu ildə Washington sazişini imzaladı. İsrailə etdiyi səfər reaksiya ilə qarşılansa da Menahem Begin ilə birlikdə Nobel Sülh Mükafatına layiq görüldü. 1981-ci ildə ərəb-İsrail döyüşlərinin illiyi münasibətilə təşkil olunan mərasimdə suiqəsdə məruz qaldı və həlak edildi.
   
   Ənvər Sədatın öldürülməsindən sonra Hüsnü Mübarək, yəni ABŞ-nın hazırladığı özgə bir şəxs hakimiyyət stolunda əyləşdirildi. Misir Hərbi Akademiya məzunu olan Mübarək Sovetlər Birliyində xüsusi hərbi pilot təlimi gördü və 1966-69-cu illər arasında Hava Akademiyası komandirliyinə təyin olundu, daha sonra da hava qüvvələri komandiri oldu. 73-cü ildə İsrail ilə ərəblər arasında yaranan Yom Kippur döyüşünün ilk günlərində Misir hava qüvvələrinin əldə etdiyi nailiyyətdə önəmli rol oynadı və döngəsi il marşal oldu. Bir müddət sonra da dövlət rəhbərinin müavinliyinə təyin olundu, daha sonra da Ənvər Sədatın yerinə dövlət başqanı oldu.
   
   Bəli, ötən həftəkiylə birlikdə bu məqaləmdə Osmanlı Dövlətinin Orta Şərqdən ayağının üzülməsiylə birlikdə Misirdə cilovun kimlərin caynağına keçdiyini aydın şəkildə görürük. Əvvəlcə ingilislər buranı işğal edərək Orta Şərq və Afrikanı iliyinə kimi sümürmək məqsədilə Misir coğrafiyasını fəaliyyətlərinin mərkəzi halına gətirdilər. Ənvər Sədatdan başlamış Amerikanın ön plana çıxdığının və ingilislərin dala çəkildiyinin şahidi oluruq. Sovetlər Birliyi, xüsusilə Camal Əbdülnasir zamanında buraya soxulmaq istəsə də ABŞ qarşısında məğlub olaraq əli boş şəkildə addım-addım geri çəkilmək məcburiyyətində qaldı. Almanlar isə xüsusilə ingilis hegemonluğunu sındırıb çullarını bura sərməyi sınasalar da uğurlu ola bilmədilər. Ənvər Sədatla başlayan ABŞ nüfuzu Hüsnü Mübarəklə zirvəyə qalxdı. Ağdənizi (Aralıq dənizi), Qırmızı dənizə bağlayan Süveyş kanalı, neft və təbii qaz yolunun qovşağıdır. Bu boyda strateji önəmə malik bir yerin ABŞ-nın nəzarətində olması; ancaq ABŞ tərəfdarı birinin hakimiyyət cilovunu əlində tutması ilə təmin oluna bilərdi. Amerikan məxfi təşkilatı tərəfindən yetişdirilən Hüsnü Mübarək kimi biri Misirin dövlət rəhbərliyi postunda oturdulmalıydı və bu iş müəyyən bir plan daxilində həyata keçirilməliydi. Plan, saat dəqiqliyində işlədildi və hər şey ABŞ-ın ürəyincə oldu.
   
   Dadaloğlu demişkən; "Ölən ölər, qalan sağlar bizimdir".
   
   Otuz il qədər Misirin cilovunu əlində saxlayan Hüsnü Mübarəkin siması daha köhnəlmişdi, yəni siyasətən ömrünü başa vurmuşdu, uluslar arası hegemonlar da, onlar tərəfindən hazırlanıb yetirilən Misir toplumu da daha dövlət rəhbərliyi postunda yeni bir simanın əyləşməsini arzulayırdı. ABŞ, nə cür Rza Şahı, Səddamı, Bin Ladeni, Qəddafini hakimiyyətə gətirmiş və özünün görəcəyi işləri onlara gördürmüş, vaxtı, saatı çatınca da boynunun kökünə möhkəm bir şillə çəkib hamısını bir-bir taxdından salmışdısa (Qəddafi hələ də müqavimət edir), Mübarəkə də o divanı tutdu, özgə bir adamları Mübarəkin yerində əyləşdirdi.
   
   Demokratiya, insan hüquqları, haqq, ədalət, insanlıq kimi ünsürlər ABŞ-ın, İngilisin, Rusun, Almanın, Fransızın, Çinlinin karına gəlirsə hər kəlmə başında onları dilə gətirirlər və uca pərdədən hayqırırlar. Ancaq bu onların çörəyinə yağ sürtmürsə, həyata keçirdiyiniz demokratiyanın ən yüksək zirvəsi olsa da onlar üçün diktatorluqdur. Sizin haqq, hüquq və ədalət yolunu izləməniz isə onlara görə ədalətsizlikdir, insan hüquqlarını tapdalamaqdır. Bin Laden kimi bir şəxsi dünyanın ən dəhşətli terrorçusu kimi yetişdirən, ondan istifadə edən, Sovetlər Birliyinə qarşı dəstəkləyən ABŞ başda olmaqla qərb idi. Onlar Bin Ladenə İslam döyüşçüsü, müsəlman partizanı deyib adını dünya mətbuatında illər uzunu müsbət mənada hallandırmadı? Onunla işi qurtaran kimi terrorist möhürünü basıb məhkəməsiz-nəsiz qətlə yetirib meyidini də öz dediklərinə görə okeana tullamadı? Başda ABŞ getmək şərtilə qərbin və şərqin imperialistləri ASALA, PKK kimi insanlığın düşməni olan terror təşkilatlarına illər uzunu partizan demədilər, demirlər? İraqda işğalçı olduqları halda özlərinə demokratiya daşıyıcısı dedilər, Azərbaycan torpaqlarını işğal etdirdikləri ermənilərə isə üzündə heç nə deməyib, gizlində onların kürəyinə əl çəkmədilər, çəkmirlər?
   
   Bəli, özünü qoruyacaq və idarə edəcək gücü olmayanları, güclülər idarə edər.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK