ANA SƏHİFƏ / YAZARLAR

DEYİN, HARDADI...

12554    |   2015-05-16 01:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzən həyatda elə ədalətsizliklər olur ki, baxıb için-için yanmaqdan, təəssüf hissi keçirməkdən başqa əlindən bir şey gəlmir. Bir də görürsən haqqı olmayanlar elə bir mənsəb sahibi olur və bütün həyatı boyu da o imkandan sui-istifadə edərək başqalarına ancaq zərər, rahatsızlıq, bədbəxtlik "paylayır".
Uşaqlıq illərimin ən gözəl xatirələrindən biri, yay tətillərimizi rayonumuzun səfalı dağ kəndlərindən olan Yuxarı Rəfədinli kəndində keçirməyim idi. Bu xatirələrin içində dağlar, meşələr, bənövşələr, dadlı meşə meyvələri, buz kimi bulağın dişgöynədən suyu, romantik axşamları, doymadığımız oyunlarımız və sairlə bərabər bir nisgil də yaşayır. Bu kəndin qonşuluğundakı Aşağı Rəfədinlidə bir istedad itib-batırdıg
Uşaq olsam da onun yaradıcılığını izləyərək çox təəssüf hissi keçirirdim. Valideynlərim onun bəstələdiyi mahnıları, tarda, gitaradakı ifalarını dinləyərək sevdirmişdilər mənə. Onun haqqında təəssüflə danışmaları mənim uşaq dünyamda bir sıxıntı yaradırdı - haqqının, səndən izin almadan başqalarına verilməsi çox ağırdı, dözülməzdig
Bəhram Nəsibov 1942-ci il iyunun 22-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı "Qarabağ" indi də dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarını yazıb. Ümumilikdə 300-ə yaxın mahnısı var. Uzun illər bu mahnılar xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilib. Çox sonradan mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müəllifin adına qeydiyyatdan keçib. Əksər mahnıların sözlərini də özü yazıb. B.Nəsibov həm də tarda və gitarada gözəl ifa edirdi. Bundan əlavə Bəhram Nəsibov çoxlu sayda şeirlər, bəhri-təvillər, uşaq mahnılarının da müəllifidir.
1993-cü ildə Füzuli rayonunun işğalından bir necə gün sonra beyninə qan sızıb. Beş il xəstə yatan şair, bəstəkar Bəhram Nəsibov 1998-ci ildə vəfat edib.
Bu, onun haqqında qısa arayışdı. Əslində isə bu insanın bütün həyatı mənəvi əzabla, haqsızlığa uğramaqla, hüququ tapdanmaqla keçib. Uzun illər əvvəl onun radioda bir müsahibəsini ürək ağrısı ilə dinləmişdim. Deyirdi ki, başqaları mahnıları ifa olunanda sevinir, qonorar alır, məşhurlaşırdı. Mənsə hər mahnımın təqdimatından sonra ürək ağrısıyla xəstəxanaya düşürdüm. Bəzən kiçik bir əməyin bəhrəsini almaq üçün vuruşan, məhkəmələrdə sürünən, bununla da haqqını bərpa edərək rahatlayanlar olur. Amma ifası bir yana, qəlbə izinsiz süzülüb axan, ürəkləri riqqətə gətirən, insanın ruhunu dincəldən musiqi bəstələyəsən və o musiqi o qədər xalqın duyğularının tərənnümçüsü olaraq içinə hopmuş ola ki, çoxları onu xalq mahnısı hesab edə, bütün muğam ustadları ürəyəyatımlı, axıcı olan bu musiqilərdən təkrar-təkrar istifadə edə... ancaq müəllifi "bəstəkar diplomu yoxdur" kimi, sərsəm bir bəhanə ilə müəllif hüququndan məhrum edələr - bu çəkilə bilən dərddimi? Bəhram Nəsibovun adının çəkilməsinə ali musiqi təhsili olmadığına görə sovet qanunları icazə vermirdi. (Halbuki o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsini bitirmişdi). O ustadlar da, o musiqini dinləyib valeh olan səlahiyyətlilər də bu haqsızlığa göz yumurdular. Sən demə diplom təkcə bizim zəmanədə yox, həmişə "savad" etalonuymuş. Yəni, hansı yolla olursa, olsun aldığın diplomun varsa, savadlısan deməkdi. Çox mənasız, saçma bir məntiqdi! Və qiymətli sənətkarın əsəbləri, mənəvi varlığı bu sərsəmliyin qurbanı oldu.
Hələ bu qədər haqsızlıq azmış kimi, ölümündən sonra "Gecələr" mahnısına Niyaməddin Musayev və Zabit Soltanov iddiaçı olurlar. "Deyin hardadı" mahnısı isə Şahid Əbdülkərimovun adına çıxılır.
1998-ci ildə Bəhram Nəsibovun vəfatından sonra Niyaməddin Musayev açıq-aşkar bu mahnıların müəllifi olduğunu iddia etdi. Bəhram Nəsibova qarşı haqsızlıqlar bununla bitmir. Könül Xasıyeva "Gecələr" mahnısını oxuyur və bu mahnıya çəkdirdiyi klipdə mahnının musiqisinin Şahid Əbdülkərimova məxsus olduğunu qeyd edir. Mənbə olaraq Bəxtiyar Vahabzadənin şeirlər kitabında bu şeirin altında şeirə Şahid Əbdülkərimovun mahnı bəstələdiyinin yazılmasını göstərir. Akif İslamzadənin ifasında məşhurlaşan "Gəl, inad etmə" mahnısı da Bəhram Nəsibovun ölümündən sonra Akif İslamzadənin bəstəsi kimi təqdim olunub. Lakin sovet vaxtı bu mahnı televiziyada sadəcə "Şur təsnifi" kimi təqdim olunurdu.
Hətta Xumar Qədimova "Gəl, inad etmə" mahnısını oxuyur və bu mahnıya çəkdirdiyi klipdə mahnının sözlərinin müəllifi kimi Bəhram Nəsibovu, musiqisinin müəllifi kimi Akif İslamzadəni göstərir. "Sən güləndə" mahnısını da xalq mahnısı olaraq təqdim edirlər. Bu mahnı Tələt Qasımovun ifasında səslənib və xalq mahnısı olduğu yazılıb.
"Gecələr" mahnısının sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Bəhram Nəsibova aiddir. Bəhram Nəsibov "Gecələr" mahnısını 1974-cü ildə yazıb. Başqa mahnıları isə müxtəlif təsniflər adı altında təqdim olundu.
Birmənalı olaraq deməyə əsas var ki, Bəhram Nəsibov Azərbaycanın ən məşhur mahnılarının müəllifidir.
"Bəxtəvər gəlin", "Xatırla məni", "Bahar xoş gəlir", "Gecələr", "Neyçün bəs", "Sən güləndə", "Sevimli dilbərim", "Elə bəndəm", "Xatirəsən", "Naçar gedər", "Sən də həmdəm, mən də həmdəm", "Mənim anam", "Var gülüşündə", "Səni qəmli görəndə", "Ötən gənclik", "Qoca dağlar", "Saf eşqim", "Deyin hardadır", "Qal sənə qurban", "Sənsiz yaşaya bilmirəm", "Qadan mən alım", "Ay qız", "Nazlı nigarım", "Sənsiz", "Qarabağ"... üç yüzdən çox mahnının müəllifi. Bu gün də o mahnılar dəbdən düşmür, xalq mahnısı kimi tanınır, sevilir. Çünki o mahnılar xalqın sevgisindən, duyğusundan, ənənəsindən süzülüb gələn mahnılardı və onun sahibinin təmiz, saf qəlbinin həzin pıçıltılarıdı...
Tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan xalq musiqisinin inkişafında, yaşamasında elə bir sənətkar, bəstəkar, musiqiçi yoxdur ki, musiqi mədəniyyətimizin inkişafında Bəhram Nəsibov qədər haqqı olsun! Konservatoriyanı bitirmiş, ali musiqi təhsili olan bəstəkarların Bəhram Nəsibovun bəstələrinin yarısı qədər sevilən yaradıcılıq məhsulu olmayıb, ən azından mən görmürəm. Və haqsızlığın ən acısını da o yaşayıb.
O üzdən böyük sənətkar, bəstəkar, şair yalnız ulu Tanrıya üz tutur, ondan ədalət gözləyirdi:

Kərəm eylə, bahar ikən qış olmuşam,
Sevincliykən dərdə-qəmə tuş olmuşam,
Qatarından ayrı düşən quş olmuşam,
Uca tanrım, başım üstə sən var ikən
Kimə deyim dərdimi bəs,
kimdən çarə gözləyim mən?

Və yaxud, Şəhriyarın diliylə 1990-cı il 20 martda yazdığı "Bahar xatirələrim" şeirində deyir:

...Qoşa-qoşa müəllimlər yetişdi,
Müəllimlər, həm həkimlər yetişdi,
Müvəkküllər, kimlər, kimlər yetişdi...
Tək mən oldim aciz, tənbəl, gərəksiz
Günahımı əfv edəsiz gərək siz.

Bu qədər haqsızlığa dözdüyü üçün ən güclü, ən səbirli, ən çalışqan, ən zirək, ən gərəkli olduğu halda insana yaşadılan bu uğursuzluqlar, taledən incikliklər onu beləcə ruh düşkünlüyünə gətirib çıxarmışdı. Özü təbii ki, lokal çıxışlar, etirazlar edirdi. Amma çox vaxt da taleyi ilə barışırdı. Çünki rejim özü elə idi. Etirazla heç nəyə nail olmaq mümkün deyildi. Elə bu cür hallara görə 51 yaşında beyninə qan sızdı. Amma özü sağlığında mahnılarının bir qismini qeydiyyatdan keçirdi. Qalanlarını da qardaşı, Vasif Adigözəlovun və başqa bəstəkarların köməkliyi ilə qeydiyyata aldırdı.
Bəhram Nəsibov o qədər halal adam idi ki, heç kimin malında gözü olmayıb. Çünki özünün istedadı daha gözəlini yaratmağa çatırdı. Onun yaradıcılığına sahib çıxmaq istəyənlərsə əgər doğrudan o istedada malikdirlərsə bu gün də yaratsınlar, kim qarşılarını kəsib ki...
Azərbaycan xalqı, muğamlarımız, xalq mahnılarımız var olduqca Bəhram Nəsibov da könüllərin sarı simində yaşayacaq...



YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK