ANA SƏHİFƏ / YAZARLAR

OTLUQDAN BOYLANAN BƏNÖVŞƏ

18466    |   2012-11-24 12:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Dörd gün idi ki, ağzına çörək dəymirdi. Nə illah, eləyirdilər, ona bir tikə çörək yedizdirə bilmirdilər. Elə iki ayağını bir başmağa dirəyib deyirdi ki, qoyun, rahat ölüm! Amma Nəbi kişi ölənə də oxşamırdı. Düzdür, gözlərinin işığı zəifləmiş, rəngi də ağarmışdı. Ancaq həkimlər deyirdi ki, onun bədəni çox möhkəmdir, tezliklə çətin vəziyyətdən çıxacaq. Bir balaca tərslik eləyir, o da oğlunun dərdi ilə bağlıdır...

Ayağa qalxıb yerində oturdu. Və ayağa qalxanda böyük qızı Səkinə məəttəl qaldı. Bir aydan çox idi ki, ataları yataqdan qalxmırdı. Elə onları da qorxudan atalarının yataqdan qalxmaması idi. Birdən-birə Nəbi kişinin ayağa qalxması ən çox həkim qızı Səkinəni təəccübləndirdi. Çünki Nəbi kişini müayinə və müalicə eləyən həkim demişdi ki, bu xəstəlik tezliklə sağalan deyil. Nə qədər dəva-dərman eləsək də xeyri yoxdu. Ancaq onun özü və iradəsi xəstəliyə üstün gələ bilər.

Deyəsən, Nəbi kişinin iradəsi xəstəliyinə üstün gəlmişdi. Ayağa qalxandan sonra bir-iki addım yeridi. Ona təəccüblə baxan qızına dedi:

- Nə gözünüzü bərələdib baxırsınız. Elə bilirdiniz, yataqdan qalxa bilməyəcəm. Axşam bir yuxu gördüm və o yuxuda da bir kişi mənə dedi ki, səhər durub yeriyəcəksən və sonra da kənddəki bulaq başına gedib əl-üzünü möhkəm-möhkəm yuyarsan. İndi ayaqqablarımı hazırlayın kənddəki bulağa getmək istəyirəm.

Qızı özünü saxlaya bilməyib, dilləndi:

- Ay ata, bayırda qar yağıb, havada çox soyuqdur. Gedərsən, ayağın sürüşər, yıxılıb eləyərsən, qolun-qılçın sınar!

Nəbi kişi:

- Mən belə çox soyuq günlər görmüşım və heç birindən də qorxmamışam. Ayağımı yerə möhkəm basa bilirəm. Ayağımı möhkəm basa bilirimsə, o bulağa gedib çıxacam.

Tibb bacısı olan qızı Səkinə xanım Nəbi kişini müalicə edən həkimlə mobil telefonla əlaqə yaratdı. Həkimə dedi ki, dədəm ayağa durub, həyətə düşmək, ordansa bulaq başına getmək istəyir. Nə məsləhət bilirsiniz?

Kəndin həkimi Əhməd kişi bunu eşidəndə çox sevindi. Sonra da Nəbi kişinin telefonda danışan qızına dedi ki, axı, mən sizə demişdim, o kişi ayağa qalxacaq. Qoyun, hara istəyir getsin, ancaq bir az ehtiyyatlı olun! Ayağı sürüşər, yıxılar.

Qızı Nəbi kişi dediyi kimi elədi. Ayaqqabılarını cütləyib bayıra qoydu. Sonra da köhnə gödəkcəsini şkafdan çıxardı. Kişi imkan vermədi ki, kimsə onun ayaqqabısını geyindirsin. Özü səliqə ilə ayaqqabı geyindirəni götürdü və ayaqqabını ayağına geydi. Sonra da qızı gətirdiyi gödəkcəni çiyninə atdı.

... Bayıra çıxdı. Bayırda soyuq hava hiss elədi. Hiss elədi ki, bu havaynan evdəki havanın yerlə-göy qədər fərqi var. Evdəki havanı udanda ciyəri yanırdı, bayırdakı havanı udanda isə sanki daxilində bir rahatləq hiss edir və ona qeyri-adi bir güc gəlirdi. Bu güc elə-belə gəlmirdi. Ona güc verən axşam gördüyü yuxuydu. Yuxuda demişdilər ki, sənin heç nəyin yoxdur, buz bulağın suyunda yuyunsan, hər şey ötüb keçəcək.

... Yavaş-yavaş lopa-lopa qar yağırdı. Bu qar heç də əvvəllər yağan qara bənzəmirdi. Qarın üstündə ləpirlər vardı. Lopa-lopa yağan qar isə həmin ləpirləri doldurur, sanki hər tərəfi ağ örpəyə bürüyürdü. Nəbi kişi aşağı əyilib lopa-lopa yağan qardan bir ovuc götürdü. İstədi ki, üz-gözünü bu qarla yusun, amma bu fikrindən tez də əl çəkdi. Düşündü ki, bu lopa-lopa qar heç vaxt bizim bulağın yerini verə bilməz...

Böyük oğlu onun yanında gedirdi. Evləri ilə buz bulağın arası o qədər də uzaq deyildi. Cəmi-cümlətanı 300-400 metr olardı. Oğlu Bilal ona yalvardı ki, dədə, gəl maşınla gedək bulağın üstünə. Amma Nəbi kişi tərs adam idi. Heç vaxt hər sözlə razılaşmazdı. Oğlunun bu sözlərinə "yox" dedi və yenidən buz bulağa doğru addımlamağa başladı. O, buz bulağa doğru getdikcə ayağının altında qalan qar topaları xırıldayır və sanki Nəbi kişi bu səsdən bir ləzzət alırdı. Çünki cavan vaxtı o qədər qarlı-çovgunlu günlərdə kənddən əsas yola qədər piyada getmişdi ki. Bu yol da elə-belə yol deyildi, 5 kilometr olardı. O yolu hər adam payi-piyada gedə bilməzdi. Nəbi kişi cavan vaxtı da o yolu getmişdi, yaşının ahıl vaxtı da. Nəbi kişi yaxşı bilirdi ki, getdiyi bu yol asan deyil. Onun enişi, yoxuşu, qarı, buzu vardı. Amma bu dəfə getdiyi yol tamamilə başqa yoluydu.

Onun yanından keçən adamlar Nəbi kişiyə gözaydınlığı verir və "həmişə ayaq üstə" deyirdilər. On dəqiqədən sonra buz bulağın üstünə çatdılar. Bulağın gözündən su yayda olduğundan daha çox axırdı. Çünki yayda bu bulağın suyu azalar, qışda isə artardı. O, dizini yerə qoyub ovuclarını bulağa sarı tutdu. Bulağın suyu ovuclarına dolduqca ləzzət alırdı. Ovuclarını dəfələrlə doldurub üz-gözünü, boynunu möhkəm-möhkəm yudu. Oğlu fikirləşirdi ki, bir tərəfdə qışın qarı-şaxtası, digər tərəfdə isə buz bulağın soyuq suyu atasının bir təhər eləyəcək. Kişi yenidən yorğan-döşəyə düşəcək.

Oğlu Bilal:

- Ay dədə, day bəsdir, üz-gözünü yudun, boyun-boğazını təmizlədin, qayıdaq evə.

Nəbi kişi:

- Ay oğul, qoymazsan uşaqlıq dostumla bir az söhbətləşim. Axı bu bulaq düz 75 ildir ki, mənimlə dostluq eləyir. O,qədər bu bulağın tutulmuş gözlərini təmizləmişəm ki. Mən bulağın gözlərini təmizləyirdim, hansısa mərdimazar onun ağzına əlinə nə gəldi atırdı. Elə bil zalım uşağının bu bulaqla düşmənçiliyi vardı. İndi də bulaq məni qoruyacaq. Allaha and olsun, bu bulağın suyu ilə yuyuyandan sonra gözlərimə nur, ayaqlarıma taqət gəldi. Utanmasam, soyuq olmasına baxmayaraq, lap soyunub yuyunardım. Bu elə-belə bulaq deyil. İnsanlara şəfa və həyat verən bulaqdır...

Oğlu Bilal:

- Mən də bilirəm, sən bulağı niyə çox istəyirsən. Çünki bu bulaq çox şeylərin şahidi idi.

Nəbi kişi bir söz demək istədi, amma demədi. Daha doğrusu, oğlundan utandı. Nəbi kişi demək istəyirdi ki, elə sənin ananı da bu bulağın başında bəyənmişəm. Amma bunu Nəbi kişi oğluna demədi. Bu bulağın başında təkcə Nəbi kişi qız bəyənməmişdi, kəndin o qədər oğlanları bu bulağın başında qız seçmişdilər ki.

Bir anlıq olsa da xatirələr Nəbi kişini o gənclik illərinə çəkib apardı. Nəbi kişi kövrəldi, çünki yadına cavan oğlu düşdü. O cavan oğlu ki, Baykal gölündə batmışdı. Onda da Nəbi kişi demişdi ki, təki oğlumun meyiti qapıya gəlsin. Meyit qapıya gəlsə, qurban kəsərəm. Elə olmuşdu ki, Rusiyada yaşayan azərbaycanlıların qeyrəti hesabına onun cavan oğlunu göldən çıxara bilmişdilər və kəndə göndərmişdilər. Meyit də qapıya gətirələndə buna görə Allahına şükür eləmişdi və qızlarını da ağlamağa qoymamışdı. Demişdi ki, naşükür olmayın. Yerində iki oğlum, üç qızım var. hələ rəhmətə gedən oğlumun da 3 uşağı qalıb.

Bu dünyada Nəbi kişi çox şey görmüşdü. Var-dövlət görmüşdü, əzab-əziyyət görmüşdü və nəhayət böyük dərd görmüşdü. Atasını lap uşaq olarkən itirmişdi. Atası da iki həmşəhrini arvadına baxdığına görə başını kəsmişdi. Sonra da Nəbi kişi 3 yaşında yetim qalmışdı. Onu əmiləri böyütmüşdü. Əmisi uşaqlarından fərqli olaraq o daha fərasətli, zəhmətkeş və işgüzar idi. Əmisi də qardaşı oğluna baxıb sevinirdi. Deyirdi ki, şükür Allaha, qardaşım uşağı bivec çıxmayıb.

Maşın sürməyi, kombayn, traktor idarə etməyi öyrənmişdi. Kolxozun taxıl zəmilərini o biçirdi. Düzdür, başqa kombaynçılar da vardı. Ancaq onlar bir neçə dəfə o baş, bu başa gedəndən sonra ya yorular, ya da kombayn sıradan çıxardı. O isə yayın istisində, insanın kölgə axtardığı vaxta kombaynla taxıl biçərdi. Kombayn da xarab olanda, day başqaları kimi rayon mərkəzindən usta çağırmazdı. Çünki onun başı hər şeydən çıxırdı. Kombaynın bir tərəfi sıradan çıxan kimi cəld yerə düşər, texnikanın orasına-burasına əl gəzdirər və yenidən kombaynı işə salardı. Kənddə camaat ona "dəmir yeyən" Nəbi deyərdi. Çünki tək kombayn deyil, hər hansı texnika xarab olan kimi o, iki daşın arasında maşını düzəldib işə salardı. Buna görə də həm sürücülər, həm də kolxoz sədri həmişə ona təşəkkür eləyərdi. Nəbi kişi də heç vaxt təşəkkür gözləməzdi. Darda olan, çətinə düşən yoldaşlarına hamıdan qabaq əl atardı.

... Evinə heç vaxt haram çörək aparmazdı. Deyərdi ki, bizim ocağa heç vaxt haram tikə düşmür. Bir dəfə kimsə ona şər atıb ki, kolxozun taxılını kombayndan kiməsə satıb. İş gedib düşüb, milisə, prokurora. Ağsaqqalları Abdulməcid kişi deyib ki, ay əmioğlu, əgər bu işi eləmisənsə, boynuna al, hökumət səni bağışlayar. O da and-aman edib ki, əmioğlu, bu Qurana, bu çörəyə and olsun, mən heç kimə taxıl satmamışam. Məhkəmə başlayanda hər şey aydınlaşıb. Məhkəməyə gələn şahidlər və eləcə də taxıl alan kişinin həyat yoldaşı deyib ki, taxılı bizə bu kişi satmayıb. Hər şey aydınlaşandan sonra Nəbi kişi məhkəmədən çıxıb, rahat nəfəs alıb.

... Ehmalca ayağa qalxdı, sonra üzünü oğlu Bilala çevirib dedi:

- Məni həkimə-zada bundan sonra aparmazsınız. Zalım uşağı, o qədər dəva-dərman veriblər ki, indi heyim qalmayıb. Axı mən əvvəldən deyirdim ki, heç nəyim yoxdur. Elə məni yorğan-döşəyə salan da o dəva-dərmanlar oldu.

Oğlu Bilal:

- Dədə, gəl qayıdaq evimizə. Düz yarım saatdır bulağın başında durub ona tamaşa eləyirsən. Allah sənin köməyin olsun. Təzədən soyuqlayıb, yorğan-döşəyə düşərsən...

Nəbi kişi:

- Qorxma, ay oğul, mənim ölməyim getdi. O ki, gəldim bu bulağın başına, suyundan içdim, üz-gözümü yudum, hər şey qurtardı. Günü sabahdan da xeyir-şərə gedəcəm.

... Sürüşüb düşmək istəyən gödəkcəni yenidən oğlu Nəbi kişinin çiyninə atdı. Nəbi kişi hiss elədi ki, indi artıq quş kimidir. Bulağın başına gələndə bir yorğunluq və heysizlik hiss eləyirdisə, indi özünü daha yaxşı hiss eləyir.

Addımlarını yavaş-yavaş sürətləndirdi. O addımlarını sürətləndirdikcə oğlu bərk narahatlıq keçirirdi. Fikirləşirdi ki, kişinin ayağı sürüşər, yerə yıxılar. O yerə yıxılandan sonra isə evdə bacılarına və qardaşına nə cavab verər. Ona görə də Nəbi kişi addımlarını iriləşdirdikcə o da atasının yanı ilə gedirdi...

Qar yavaş-yavaş daha da bərk yağmağa başlayırdı. Bir az bundan əvvəl lopa-lopa yağan qar indi daha sürətlə yağırdı. Külək də qalxmışdı. Amma nə qalxan külək, nə də yağan möhkəm qar Nəbi kişini qətiyyən qorxutmurdu. Havanın şaxtalı olması da onu narahat eləmirdi.

Birdən-birə dönüb oğluna baxdı. Sonra da köksünü ötürüb, dilləndi:

- Sabahdan sən də Sumqayıta qayıdarsan. Evdəki qardaşın bütün işləri yoluna qoyacaq. Qoyun-quzuya, mal-qaraya özüm yem verəcəyəm.

O, danışdıqca, oğlu dərin düşüncəyə qərq olmuşdu. Fikirləşirdi ki, dədəmi qoyub gedərəm, birdən vəziyyəti dəyişər. Nəbi kişi gözlərini qıyıb, yenidən oğluna sarı baxdı və dedi:

- Baxma ki, qocalmışam. Hələ canımda taqət var. Axşam yola düşəndə nəvələrimə pay da hazırlamışam. Bir quzu kəsdirmişəm, bir az da şordan-pendirdən hazırlatdırmışam. Onları da apararsan uşaqlara.

Oğlu Bilal:

- Bizə sənin sağlığın lazımdır. Allah canını sağ eləsin. Onsuz da nəvələrinə hər həftə pay-pülüş göndərirsən.

... Üç-dörd gün keçdi Nəbi kişi özünü daha da yaxşı hiss elədi. Artıq oğlunu Sumqayıta yola salmışdı və ağrı-acısı da yox idi. Axşam naxır gələndə özü heyvanların qabağına çıxır və qapıya gətirirdi. Hətta tövləni təmizləyər və mal-heyvana ot da qoyardı.

Gödəkcəsini çiyninə atıb darvazanın qabağına çıxdı. Qonşusu Əliş kişini gördü. Əliş kişi də Nəbi kişi də xəstə olanda dəfələrlə ona baş çəkmişdi. Bu da elə-belə deyildi. Çünki onlar 60 ilin qonşuları idi və xeyir-şərləri həmişə bir yerdə olmuşdu.

Əliş kişi:

- Ay Nəbi, deyirəm vallah, bu Amerikada lap ağ eləyib . Ə, zalım uşağı, bu müsəlmanlardan nə istəyir. Bir gün İraqın, bir gün Əfqanıstanın, bir gün də başqa müsəlman ölkəsinin başına bomba yağdırır. Allah da baxıb görür ki, bu amerikalılar lap ağ eləyib, onların da başını tufanla, covğunla, fırtınayla qatır.

Nəbi kişi:

- Qonşu, başına dönüm, mən siyasət adamı deyiləm. Amma bir onu bilirəm ki, heç vaxtı məzlumun qanı yerdə qalmır və bir gün o zalımın başında çanaq çartlayır və cəzasın alır.

... Hər iki qonşu bir xeyli dərdləşdilər. Sonra da kəndin yuxarı hissəsinə doğru getdilər. Kəndin yuxarı hissəsində isə hamı Nəbi kişini birdən-birə ağır xəstəlikdən sağalıb qalxmasından danışırdı. Deyirdilər ki, ayə, vallah, bu həkim-zad boş şeydi. Nəbi kişiyə beş-altı ay dəva-dərman yedirtdilər, day da kişini yorğan-döşəyə saldılar. Amma bir dəfə Nəbi kişi buz bulağa gedib o sudan içməynən və üz-gözünü yumağnan dirildi. Vallah, biz şəfa verən yerlərimizin qədrini bilmirik. Elə başımız ağrıyan kimi həkimə qaçırıq, onlar da böyük bir resept yazırlar, biz də resepti aptekə aparıb o dərmanları alıb, yeyirik...

... Qış qutardı, yaz gəldi. Hər tərəf kənddə gül-çiçəyə bələndi. Nəbi kişi isə nəvələrini yanına alıb, düz onlar üçün ayrılmış torpaq sahəsinə doğru gedirdi. Özü də sevinirdi, nəvələri də. Yaz gəlmişdi, hər şey oyanmışdı. Nəbi kişinin də ağır xəstəliyi o qarlı qış günündə qalmışdı. Üfüqdən boylanan günəş torpaqda boy atan yaşıllıqlara can verirdi. Bir bənövşə isə otların arasından çıxaraq kiminsə yolunu gözləyirdi...

FAİQ QİSMƏTOĞLU [email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK