ANA SƏHİFƏ / YAZARLAR

BOŞALAN YERLƏRİ KƏDƏR DOLDURUR

Bunu anlamaq o qədər də asan deyil

43180    |   2015-05-08 16:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazını qələmə aldığım gün xalqın yaddaşında qanla, göz yaşıyla qalıb. Çünki biz 8 mayda Şuşasızlığın 23 illik ayrılıq yoluna çıxmışıq. Doğrudur, indi buna hərə bir prizmadan baxır - kimi deyir Şuşa xəyanətin qurbanı olub… kimi deyir Şuşanı satdılar… kimi deyir Şuşa siyasi oyunların güdazına getdi… kimi deyir Şuşanı qoyub qaçdılar…. Nə isə… Hər kəs öz deyimində, öz fikrində öz prizmasıyla haqlıdır. Amma mən Şuşanı sadəcə olaraq «niyə?» «nə üçün? işğal olunduğunu demək fikrində deyiləm. Ona görə ki, o, bu gün faktiki olaraq işğal altındadır. Oturub o işğalın səbəblərini çözməkdən, bir-birimizi günahkar çıxarmaqdansa, Şuşaya necə qayıdağacımızı, Şuşanı necə azad edəcəyimizi düşünüb onun yollarını çözməyə ağıl, güc sərf etmək daha doğru olmazmı? Nə isə…

Bəli, belə bir ağrılı gündə yazını yazmağa başlamamışdan öncə ağlıma qəribə bir fikir gəlmişdi. İnanın ki, bu fikirdən hələ dan üzünün görünmədiyi, sübh şəfəqlərinin boylanmadığı bir vaxt gəldi ağlıma. İnanın ki, özüm öz ağlıma heyran oldum. Çünki ağlıma gəldi və öz-özümə təkrar etdim ki:

- BOŞ QALAN YERLƏRİ DƏRD TUTUR HƏMİŞƏ!

Hə, yəqin düşünəcəksiniz ki, burda qeyri-adi nə var ki?! Boşalan yerləri kimlərsə tutmalıdı də. Amma tələsməyin, məni qınamağa hələ kifayət qədər vaxtınız var. Çünki söhbət boşalan vəzifələrdən getmir. Təbii ki, vəzifəni heç vaxt boş saxlamırlar. Ən azından kimsə əvəz edir, təyinat olana qədər. Amma…

Bəli, söhbət ürəkdən gedir, yəni boşalan ürəkdən… atılan, tək edilən ürəkdən!... O ürəkdən ki, səninlə nəfəs alır, səninlə yaşayır, səninlə sevinib, səninlə qəmlənir, həyata səninlə baxır, həyatını sənə bağışlayır!.. Bax, o ürək boş qalanda… İndi bildiniz də söhbət nədən gedir. Yəqin ki, ağlıma gələn fikri bu məqamda dəyərləndirərsiniz, ən azından o kəslər dəyərləndirər ki, onlar da mənim düşündüklərimi, mənim yaşadıqlarımı bu və ya digər formada düşünüb yaşayıblar. Elə indi də yaşayırlar. Məhz onlar boş qalan yerin dərdlə, qəmlə, ağrı-acıyla necə dolduğunu hər an, hər dəqiqə hiss edirlər. Mən də hiss edirəm, mən də bütün bu boşluğun içərisində qıvrılıram. Ona görə də bütün fikrim, zikrim, xəyalım özümdən kənarlarda rahatlıq axtarır, ordan mənim özümə tərəf əlini gözlərinə günlük edib baxır… Baxıb görür ki:

Ağlayanım olsa idi

Ölərdim onun xətrinə…

Bələnərdim kipriklərdən –

Ələnən yaşın ətrinə…

Çox çalışdım yuva quraq

Qoşa gəzək, qoşa duraq…

Alınmadı, yaxın burax –

Ruhumu ruhun çətrinə!..

Bir yarımçıq dua verin

Qulağına – məzar yerin!

Bir də ki, bitməmiş şeirin –

Adım olmayan sətrinə…

***

Həyatın bütün dolanbacları həm insan üçündü, həm də bu dolanbacları yaradan elə insanın özüdü. Çünki hansısa bir məqsədə, bir mərama çatmaq xətrinə bəzən min variant düşünülür, min xətt çəkilir, min fikir bölüşdürülür və sonda həmin o düşüncələr, çəkilən xətlər öz gerçəkliyini ortaya qoymaq naminə bir axtarışın ipucu olur. Dağdan, dərədən, çöldən, düzdən, daha nə bilim haralardan və hansı səbrlə, hansı təmkinlə, hansı istəklə, özü də gah sürünə-sürünə, gah yüyürə-yüyürə, daha neçə-neçə üslubda o yol başlanğıc alır… o yol səndən, məndən, ondan başlayır. Və beləcə şaxələnir yollar – gah qovuşur, gah paralelləşir, gah da bir-birindən küsmüş uşaqlar kimi hərəsi bir istiqamətə üz tutur. Biz də bu yolları qınayırıq. Onun döngəsini, dolanbacını, enişini-yoxuşunu günahkar sayırıq. Özümüz isə unuduluruq. Yəni gerçək günahkar biz ola-ola dilsiz-ağızsız yolları məşhər ayağına çəkirik. Lakin yadımızdan çıxır ki, bu yolun başlanğıcı olduğu kimi, sonu da bizimlə tamamlanır. Biz özümüzdən özümüzə qədər yol gedirik. Doğum günümüzdən bitəcək günümüzə qədər. Bir az da obrazlı desəm, olumdan ölümə kimi!!!

Bunu dərk edəndə, yəni hardan hara qədər olan yolumuzu azacıq da olsa anlayanda onda həyatımıza da, çevrəmizə də, yollarımıza da bir az fərqli baxırıq. Onlarda günah axtarmağa o qədər də çox vaxt sərf etmirik. Ümumiyyətlə, bizim ən çox günahkar saydığımız dünyadı, yollardı, taledi və bir də…

Hə, mən günahkar olan başqaları, kimləri, nələri, nəsnələri demirəm. Onları da hərəmiz öz yanaşmamızla tanıyırıq, bilirik, dəyərdəndiririk. Lakin mənim üçün bir günahkar da var. O da ağlı özünə tabe edən ürəkdi. Nə qədər ki, ağıl və ürək bir-biriylə dil tapmır, onda qiymətləndirmək, saf-çürük etmək, hansısa bir uğurlu qərar qəbul etmək nisbətən asan olur. Elə ki, ürək ağılı öz əhatə dairəsinə, öz aurasına daxil edir, onun yaxasını əlinə keçirir, bax onda ruh da, fikir də, qərar da, bütövlükdə mövcud olmaq da son dərəcə kövrək, həzin, istənilən anda qırılıb dağılmaq, parçalanmaq, məhv olmaq kimi bir duruma düşürük. Bir az da dərindən açılasan, bir az da məsələnin mahiyyətinə daha çox işıq salasan, onda məlum olar ki, ürəklə ağıl bir olanda insan özünü daha çox göylərdə sayır. Həyat onun üçün xəyallardan, yuxulardan, arzulardan və bir də sevgidən ibarət bir məkana çevrilir. Orda hər şey məhz kiminsə ilham pərisi dediyi, kiminsə xilaskar mələk hesab etdiyi, kiminsə həy atın mənası kimi dəyərləndirdiyi və kiminsə də özünün yarısı kimi gördüyü bir varlığın diqtəsiylə, istəyiylə «olmaq!», «qalmaq!» «sevmək!», «qovuşmaq!» kimi daxili bir tələbatın, istəyin işığına bürünmək, nuruna boyanmaq kimi sonsuzluq, genişlik mövcuddur. Deyəsən bu fikirlərim qarışıq, həm də bir az emosiyalarla yükləndi. Amma həqiqətən də ürəklə ağıl qovuşduğu yerdə sevgi hər şeyi üstələyir. Hər iş, hər yanaşma, hər istək məhz o sevginin ya ətrafında, ya kölgəsində, ya da onun tabeçiliyində olur. Necə deyərlər, burda könüllükdən daha çox tələbat, zərurət boy göstərir. Birmənalı şəkildə dərk edirsən ki, ağlın və ürəyin istəyi sənin özünün, ruhunun, cisminin, həyatının ən zəruri ehtiyacıdı. Yəni havasıdı, suyudu!..

İndinin özündə də mən düşüncələrə, xəyallara dalanda həmin o ürəklə ağıl qovuşan nöqtənin nə qədər həssas olduğunu bir daha anlayıram. Etiraf edim ki, o həssaslıq əsən mehdən də, bulud arxasında gizlənən günəşin gecikməsindən də incik düşə bilər. Ona görə də diqqətli olmaq, həm də diqqətli olduğun qədər də özündə yox, onun - sevginin içərisində olmağın lazımdır ki, yer boş qalmasın, yer boşalmasın…

Mən boşalan yerlərin dərdlə, kədərlə daha çox dolduğunu məhz burda bir daha diqqətə təqdim edirəm. Ona görə ki, həmin o dediyim birləşmə nöqtəsi insanın varlığıyla ruhunun bir-birini tərk edənə qədər sarsılmasa, büdrəməsə, onda həmin o cismani təbii qanunla tərk etmədən sonra da həmin o böyük və ilahi sevgi yaşayır. Təəssüf ki, biz bəzən bunun dərin qatlarına, alt laylarına ya enə bilmirik, ya da enməkdən qorxuruq. Hər halda, bunun hər ikisi dediyim kəsişmə nöqtəsinə zərbədi. Özü də elə bir zərbə ki, onu ancaq sazla, sözlə, özü də böyük insanların dilində ifadə etmək mümkündü. Mən isə:

Son söz tək son damla qopsun kiprikdən

Ovcunun içini gözünə çək, get

Qapını taybatay buraxıb sakit

Bütün fikirləri özünə çək, get…

Ölmüş bir ürəyi qaldırıb dirilt

Özünlə gəzdirib, özünlə yerit…

İçində ağrını uşaq tək kirit –

Yalançı sevinci üzünə çək, get…

Haqqının yarası sızlasa da hey

Yaranı yuxular duzlasa da hey

Əllərin qoynunda buzlasa da hey

Yolunu dəyişmə, düzünə çək, get…

Xatirə boğçanı dilə gətirmə

Soyumuş, sovulmuş külə gətirmə…

Ölən sevgilərə pinə gətirmə

Özün öz sevgini sözünə çək, get…

Unutma, Əbülfət olduğunu sən

Kədərlə yüklənib dolduğunu sən

Qürubdu – odur ki, solduğunu sən-

Nəsimi sözünün közünə çək, get!..

***

Hər bir yazıda təbii ki, bir məqsəd, məram ifadə olunur. Yəni heç nə elə-belə yaranmadığı kimi, heç bir yazı da (hətta ən mənasız yazı da – Ə.M) səbəbsiz qələmə alınmır. Mütləq yazılan yazının arxa qatı, pərdə arxası olur. Orada nəyin dayandığını, nəyin gizlədildiyini isə təbii ki, oxucu hiss edir, oxucu görür. Diqqətli oxucu sözdən söz çəkir və bir-birini çəkən sözlərdən istifadə edib bəzən o pərdənin arxasına keçməyi bacırır. Mənim düşüncəmə görə yazı sahibi o vaxt rahat və xoşbəxt olur ki, onun fikirləri məhz pərdə arxasında dayandığı yerə qədər duyulur, araşdırılır…

Təəssüf ki, bəzən belə olmur. Necə deyərlər, görünən, göz önündə olan qiymətləndirilir. Bu aldadıcı gözəllik çox vaxt fikri dolaşdırır. Bax, həmin o dolaşıq fikirlər də hərdən arzu olunmayan rəylərin səslənməsinə rəvac verir. Amma bütün bunlara baxmayaraq, yazmaq istəyən, yazmaq bacaran, yazmaqla yaşayan adamlar qələmlərini yerə qoymurlar… Mən də yazmaqla həm özüm yaşayıram, həm də iç dünyamın istəklərini ifadə etməyə çalışıram. Ona görə də mənim bu cür yaşamağımı bir kimsəyə zərəri olmadığını düşünürəm. Ən azından bu həyatda hər kəsin dayandığı bir nöqtə var və o nöqtəni də onun adına Tanrı yazıbdı. Bu yazını pozmaq da, o nöqtəni silmək də müəllifin - Yaradanın əlindədi…

Hə, mən kifayət qədər düşünüb-daşınandan sonra qələmə aldığım hər bir yazının pərdəarxasını da gizlətməməyə çalışıram. Ona görə ki, bütün gizlinlər də nə vaxtsa faş olur. Yəni zamana ehtiyacı olduğundan onun isti-isti görünməsi əngəllənir. Lakin həmin o ehtiyac duyulan zaman öz yerini tutanda onda ehtiyac sözü də yaddan çıxır və pərdəarxası görünür. Sanki tamaşa başlayır, pərdələr qaldırılır…

Hər halda, insan özü öz dünyasını, öz içini hamıdan yaxşı görür və mən də öz içimdə baş-başa qalmağı, öz içimi özümə həm göstərməyi, həm də sevdirməyi heç kimdən gizlətməmişəm. Burada məqsədim olduğum kimi görünmək arzusu, niyyəti olubdu. Bilmirəm, buna nə qədər nail olmuşam, bu istəyə nə qədər imza atmışam, hər halda bütün yazdıqlarımın heç birindən bu günə qədər imtina etməmişəm. Ən azından ona görə ki, şikəst doğulan övladın da valideyni mənəm. Deməli…

Hə, mən yazının əvvəlində 8 mayı xatırlatdım. İndi yazının sonuna gəlib çatmışam. Əgər fikir versəniz onda görərsiniz ki, bütün yazı boyu söhbət özəl duyğulardan, özəl düşüncələrdən, özəl yanaşmadan getdi. Yəni mən kiminsə haqqını tapdamadan özümün, öz dünyamın nəğməsini ifadə etməyə çalışmışam. Çünki o nəğmənin sifarişçisi də elə özüm olmuşam. Bir halda ki, sifarişçi də özüməm, onda həmin o nəğmənin bir ləçəyini də sizin qarşınızda sərgiləyirəm. Buyurun, rəngini, ətrini, dəyər qiymətini özünüz verin.

Döyülməyən qapını açdım,

Keçdi içəri…

Gördü məzar yeridi –

Gördü heçdi içəri!...

Susdu, nə söz, nə heyrət

Nə də göz yaşı oldu…

Gətirdiyi güllər də

Elə əlində soldu…

Alıb onu içərdən

Ayaqları apardı…

Onu mənə köçürdən

Məni ondan qopardı…

… Hə, bütün hallarda nəyəsə hazır olmaq lazımdı deyirlər. Amma mən sevgi barəsində belə düşünmürəm. Çünki sevgi özü gəlir və özü də gedir. Gələndə də qarşısını kəsmək mümkün deyil, gedəndə də saxlamaq. Amma bir şey var ki, boşalan yerləri daha çox kədər doldurur.

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK