hacklink Adalet.az | RUSUN NİYYƏTİ VƏ QİSMƏTİ Adalet.az | RUSUN NİYYƏTİ VƏ QİSMƏTİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

RUSUN NİYYƏTİ VƏ QİSMƏTİ

20390    |   2011-03-05 07:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkcə, dünyanın ən zəngin dillərindən biridir. Bunu sadəcə olaraq milli duyğularımın güclü olması münasibətilə demirəm. Bir dilin böyüklüyü və gücü, o dildə olan kök fellərin çoxluğundan asılıdır. Bir nümunə kimi, Alman dilində 900, Türkcədə isə 9000 (yalnızca Türkiyə Türkcəsi nəzərdə tutulur) kök fel vardır. Bundan hərəkət edərək öz dilimizin qüdrətinin fərqinə vara bilərik.
   
   Mərhum elm xadimimiz və sosioloqumuz Ziya Göyalpın diliylə desək "ağzımızda anamızın südü kimi ağ olan" dilimizdə, niyyətlə qismət, umulanla üzləşilən şeylər üçün bir yığın ifadə və tərkib vardır. Nəyi umdum, nəyi tapdım; nə ummuşdum nəylə üzləşdim; nəyə niyyət, nəyə qismət və s.
   
   Biz türklər tarix boyu bütün millətlərə tanrının bir əmanəti gözüylə baxmışıq və onların dilini, mədəniyyətini özgələşdirmək, asimilyasiyaya uğratmaq kimi fikirlərlə əsla ayağa durmamışıq. Məsələn, Moskva knyazlığını qurdurduğumuz vaxt da bu düşüncəni daşıyırdıq və Rus xalqının öz bəyinin hakimiyyəti altında ömür sürməsini, öz mədəniyyətini, dilini inkişaf etdirməsini, öz bayrağı altında azad və asudə yaşamasını istədik. Ruslara öz dövlət gələnəyimizdəki ordu, maliyyə və vergi sistemimizi öyrətdik. Tarixin və alın yazımızın qəribə cilvəsidir ki, bizim kölgəmiz altında böyüyüb dirçələn və pərvazlanan Ruslar, böyük tarixi şəxsiyyətimiz əmir Teymurun Qızıl Orda dövlətini aradan götürməsiylə birlikdə, Osmanlı dövlətinin də müəyyən tarixi səbəblərə görə fil qulağında yatmasıyla yanaşı fürsəti bada verməyib üstümüzə cumdular, torpaqlarımızı işğal etdilər, xalqlarımızı soyqırımla məhv etdilər. Vaxt gəlib çatdıqda bizim Dəli Petro, Rusların Böyük Piyotr dedikləri çarları Osmanlı Dövlətini aradan götürmək, İstanbulu işğal etmək üçün bütün gücüylə əlləşsə də əlləri quru yerə dəyib məyus oldu və hər dəfəsində türkün şilləsini yeyib arxası üstdə devrildi. Çar Piyotr öz məqsədinə vara bilməsə də gələcək nəsillərinə xüsusilə biz türklərin kökünü kəsmək, İstanbulu işğal etmək və isti dənizlərə çatmaq kimi ideyaları nəzərdə tutan vəsiyyətnaməsini qoyub getdi. Kommunizmi əllərində bayrağa çevirən bolşeviklər, hakimiyyətə gəldikdə axırıncı çar ailəsinin kökünü kəssələr də və bütün çarların heykəllərini, onlardan qalan nə varsa məhv etsələr də yalnızca Dəli Piyotrun heykəlinə toxunmadılar, hətta onu əzizlədilər. Bolşevik ruslar, Rus imperializmini və Dəli Piyotrun vəsiyyətini çarlıq əvəzinə kommunizm pərdəsini əllərində bayrağa çevirərək həyata keçirmək üçün nələr etmədilər, nə insanlıq cinayəti işləmədilər ki..! Qafqazları, Orta Asiyanı, Qıpçaq çöllərini, Sibirin ucsuz-bucaqsız torpaqlarını üstü açıq dustaqxanaya, qan gölünə döndərdilər və otuz milyona yaxın Türkü qırğınlarla və sürgünlərlə məhv etdilər. Dörd milyon yarım yəhudinin haqq-hesabını hər Allahın günü görən Qərb dünyası bu qədər türkün məhv olmasını bircə dəfə də olsun niyə dilinə gətirmir, başa düşmək çətindir! Əslində bu fakt da bizlərin oyanması və ulu babamız Bilgə Xaqan demişkən "silkinib özümüzə qayıtmağımız" üçün həddən artıq önəmli bir reallıqdır.
   
   Biz millət olaraq, rusların öz dövlətlərini qurmalarını və öz dillərini, mədəniyyətlərini inkişaf etdirib irəliyə aparmasını istəmişdik, niyyətimizin və himayəmizin əvəzini torpaqlarımızın işğalı, xalqlarımızın kütləvi sürgünü və kütləvi qırğınlarıyla aldıq.
   
   Ruslar, ingilislərin planı istiqamətində vətənsiz hayları kütləvi şəkildə zor işlədərək Osmanlı torpaqlarından köçürdüb qədim və müqəddəs vətənimiz olan Qərbi Azərbaycanda, yəni bu gün Ermənistan adlanan torpaqlarda məskunlaşdırdılar. Gün gəlib çatdı onlara öz dövlətlərini qurdurdular, hətta biz də onlara əl tutduq və gəlib qoltuğumuza girən yeni qonşumuz haylara İrəvan şəhərini də Qərbin və rusların təzyiqi ilə bağışladıq ki, özlərinə paytaxt eləsinlər. Ancaq onlar, rusların və Qərb dövlətlərinin himayəçiliyində Qərbi Azərbaycanda yaşayan Azərbaycan Türklərinin tamamını etnik təmizliklə zor gücünə çıxartdılar və neçə-neçə Xocalı kimi soyqırımlar törətdilər, axırda da mono-etnik bir Hayastanı qurmağa nail oldular.
   
   Tarixin heç bir dövründə müəyyən bir coğrafi sahədə hökmran olmamış və dövlətçiliyin dadı genlərinə bulaşmamış Hay irqi, özlərinə qurdurulan "Hayastani Hanrebedudyan" dedikləri dövlətin torpaqlarına belə can qızdıra bilmədilər, bilmirlər. Türk düşmənçiliyini özlərinə əqidə kimi götürən və necə deyərlər udduqları havaya, içdikləri suya çevirən Daşnaq əqidəli haylar, Hayastanı asta-asta tərk edib getdilər, gedirlər, daha düzü buradan qaçırlar, ayrı yolları da yoxdu.
   
   Xüsusilə də Rusiyaya üz tutan haylar, Rusiyanın müəyyən şəhərlərində basırıq yaşamağa və oralarda gettolaşmağa başladılar. Novorosisk və Stavropol şəhərləri də həmin şəhərlərdəndir. Son vaxtlarda haylar, Novorosisk şəhərinin adını "Novoarmyans" kimi dəyişdirmək üçün var qüvvələrilə işləyib dəridən-qabıqdan çıxırlar. Bundan asılı da rus qazaxları ilə aralarında konflikt yaranıb.
   
   Novorosiskdə olduğu kimi bir çox şəhərdə özlərindən savayı heç bir xalqın varlığına dözə bilməyən hayların provakasiyası nəticəsində də hadisələr yaranır, vuruşmalar, cinayətlər törədilir.
   
   Yaratdıqları mafia ilə bölgə sakinlərini narahat eliyən haylar hətta ruslara da xoruzlanır. Bu cür kəkələnmələr də irəliki vaxtlarda yaranacaq tufanın xəbərçisidir.
   
   İlahi ədalətin tərəzisi indiyə kimi əsla yanılmadı. Türkləri kütlələr halında sürdürən və Xocalı Soyqırımı kimi bir vəhşətin yaranmasında baş rolu oynayan ruslar tarixin təkərinin daim belə fırlanacağını zənn edirlərsə yanılırlar. Bütün xalqları öncə kommunizm yalanı ilə aldadıb qan və gözyaşı üstündə ucaltdıqları və dünyanın ikinci qüvvəsi halına gətirdikləri Sovet İmperiyasının ömrü ancaq yetmiş il çəkə bildi, federasiyaları da çox çəkəsi deyil. Çin qorxusu olmasaydı indiyə kimi çoxdan tarmar olub getmişdi. Gün gələcək və qoltuqlarının altında osmaxladıqları, başını tumarlayıb dinc xalqımızın canına daraşdırdıqları haylar, Xocalı Soyqırımından daha betərini rusların başına gətirəcəkdi. Haylar, maşa xarakterli bir xalqdır. Bu tiynətə sahib olan millətlər üçün maşanın sapından yapışan qolun kimiliyi o qədər də önəmli deyildir. Bu gün ruslar gülcüdür və onlara maşalıq edirlər, sabah birigün başqa bir millət çıxacaq və o millətin ruslardan güclü olduğunu görən kimi dönüb o millətə maşalıq edəcəklər.
   
   Haylar, çeçenlər kimi də sahibsiz-yiyəsiz deyildir ki, BMT tərəfindən yasaqlanmış silahlardan və bombalardan istifadə edərək onları da kütləvi şəkildə aradan götürsünlər. Hayların qərbdə böyük dayaqçıları vardır, həm də çox böyük himayəçiləri.
   
   Gün gələcəkdi, xırman olacaqdı.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK