Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | MOSKVA İLƏ TORPAQ MÜBAHİSƏSİ Adalet.az | MOSKVA İLƏ TORPAQ MÜBAHİSƏSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MOSKVA İLƏ TORPAQ MÜBAHİSƏSİ

El ağsaqqalı Həmid Məmmədovun xatirələrindən

27176    |   2011-02-16 07:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən əsrin altmışıncı illərində SSRİ hökuməti ilə İran arasında Araz çayından birgə istifadə barədə müqavilə imzalanmışdı. Bağlanmış müqaviləyə görə, Füzuli rayonunun Horadiz qəsəbəsi ilə İranın Aslandüz şəhəri arasındakı ərazidə Araz çayı üzərində su anbarı üçün platina tikilməli idi. Platinanın tikintisi başa çatdıqdan sonra çayın qarşısı kəsiləcək və anbara yığılan sudan hər iki ölkə çəkiləcək su kanalları vasitəsi ilə istifadə edəcəkdi.
   
   Çox böyük həcmli bu işin, təkcə Füzuli rayonunun deyil, eləcə də Jdanov (indiki Beyləqan), İmişli, Ağcabədi rayonlarının əkin suları ilə təminatında xüsusi payı olacaqdı. İki ölkə arasında imzalanmış sənədlərin həyata keçirilməsi üçün müəyyən işçi qurupları da yaradılmışdı. Yazın əvvəlləri idi. Moskvadan və Bakıdan gəlmiş mütəxəssislərlə Horadiz şəhərinə (onda, qəsəbə idi) yollandıq. Mütəxəssislər ərazi ilə tanış olub, müəyyən qeydlər edib, geriyə qayıtdılar. Aradan bir qədər vaxt keçdi. Həmid Məmmədov ispalkoma daxil olmuş məktublarla tanış olurdu. Bu vaxt ümumi şöbənin müdiri içəri daxil olub, xüsusi poçtla gəlmiş bir məktubu ona təqdim etdi:
   
   - Həmid müəllim, Moskvadan gəlib. Açmadan gətirdim ki, öncə özünüz tanış olasınız - deyib, getdi.
   
   O, məktubun məzmunu ilə tanış olanda Platina tikintisinin, eləcə də kanal çəkilişinin artıq ciddi xarakter aldığına əmin oldu, çünki məktubda yerli İcraiyyə Komitəsindən görüləcək iş üçün torpaq ayrılması xahiş olunurdu. Moskva və Bakı mütəxəssisləri ilə yanaşı torpaq layihəsini hazırlayacaq komissiyanın tərkibinə rayon torpaq, yəni yer quruluşçuları Məmməd Cabbarov və Zülfəli Hüseynovla yanaşı, Həmid Məmmədovu da daxil etmişdilər. Coğrafi əraziyə çox gözəl bələd olan ispalkom sədri komissiyanın rayona gəlişindən öncə yer quruluşçuları Məmməd və Zülfəlini götürüb tikinti aparılması nəzərdə tutulan əraziyə öncədən baxış keçirərək, özləri üçün müəyyən məsələləri araşdırdılar. Çünki bu böyük həcmli tikinti başlananda arazboyu kəndlərin xeyli ərazisi su altda qalacaqdı. Rayonun az həcmdə torpaq itkisi verməsi üçün daha münasib variant tapmaq lazım idi. Onlar da əraziyə əvvəlcədən məhz bu məqsəd üçün gəlmişdilər.
   
   Mərkəzdən gələn yüksək ixtisaslı mütəxəssislərdən ibarət komissiya yerli nümayəndələrin iştirakı ilə iki variantda tikinti layihəsi hazırladı. Həmin layihənin birində aparılacaq tikinti işlərinin istiqaməti belə müəyyənləşmişdi:
   
   - Hazırkı Horadiz - Bakı magistral yolunun üst tərəfi ilə, yəni bu gün mövcud olan istiqamət;
   
   - Molla Məhərrəmli, Arayatılı, Babı kəndlərinin Araz çayına yaxın torpaqlarından Mahmudlu, Bala Bəhmənli, Araz Dilağarda kolxozlarından keçməklə ikinci istiqamət.
   
   Moskvada aparılan böyük müzakirələrədən sonra layihənin ikinci istiqaməti qəbul edilir. Mütəxəssislərin son qərarından sonra Bakıya, yəni respublika kənd təsərrüfatı nazirinə və Füzuli RİK - ə rəsmi məktub ünvanlanaraq, onlardan tikinti üçün torpaq sahəsinin ayrılması tələb olunur. Elə RİK sədrinin Moskva ilə baş - başa gəlməsinə səbəb də məhz bu məktubdakı tələb oldu.
   
   
   
   XATIRLAMA
   
   
   
   - Məktubla tanış olduqdan sonra qanım qaraldı. Bərk dilxor oldum. Öz - özümə qərar verdim ki, bu razılıq, yəni torpaq sahəsinin ayrılması barədə qərar verməyəcəm. Ona görə də ciddi, əsaslı faktlarla etirazın səbəbini əsaslandırmalı idim.
   
   Tapşırıq verib komissiyanın yerli üzvlərini çağırtdırdım. Yer qurluşçuları ilə təkrar həmin əraziyə yollandım. Demək olar ki, ikinci istiqamətin layihədə göstərilən bütün nöqtələrini təkrar - təkrar gözdən keçirib, bu qərara gəldik ki, əgər bu istiqamətə razılıq versək, ən azı min hektar əkin sahəsi kanalın tikintisi altında qalacaq. Faktiki, bu ərazi dörd min hektarlıq əkin sahəsi idi və rayonun Arazboyu kolxozlarının istifadəsinə verilmişdi. Birdən-birə min hektar itirmək mümkün olan iş deyildi. Qəti qərara gəldim ki, məni hətta işdən və partiya sıralarından çıxarsalar belə həmin sahələr üçün razılıq qərarı verməyəcəm. Məktubun ardınca Bakıdan gələn nümayəndələri yedirdib - içirdib, amma əliboş yola saldım.
   
   Aradan xeyli vaxt keçdi. Nə Bakıdan, nə də Moskvadan heç bir səs - səmir gəlmədi. Fikirləşdim ki, ya bu tikintinin başlanması dayandırılıb, ya da birinci istiqamət ətrafında iş görülür. Amma sən demə, vəziyyət daha ciddi imişg mənim mövqeyimdən xəbərdar olan Moskva, Azərbaycan KP MK - nın kənd təsərrüfatına nəzarət edən katibi Qəmbər Xıdır oğlu Kazımovla ciddi söhbət edib, RİK sədrinin İttifaq əhəmiyyətli dövlətlərarası işi pozmaqda günahlandıraraq, onun cəzalandırılmasını və torpaq sahəsinin ayrılması barədə razılıq qərarını göndərməyi tələb edir. Kazımov da öz növbəsində Füzuli RPK-in birinci katibi İbrahim Səfərovla kəskin söhbət edərkən məsələ ilə bağlı özünün şəxsən rayona gələcəyini bildirir. Həmin telefon söhbətindən sonra İbrahim Səfərov məni otağına dəvət etdi və Moskva - Bakı danışıqlarını, ciddi narazılıqları mənə bildirdi. Və sonra da soruşdu:
   
   - Mamedov, niyə torpağın ayrılması barədə qərar vermirsən?
   
   Mən də məsələnin mahiyətini ona, ətraflı izah edib, hətta işdən çıxarsalar belə, ikinci istiqamət üçün qərar verməyəcəyimi söylədim. Bundan sonra İbrahim Səfərov bir az ehtiyatla dedi:
   
   - Özün bilərsən, amma sənəd - sübutlarını hazırla, sabah Kazımov mütəxəssislərlə gəlir.
   
   Səhər saat on birə qalmış qonaqların gəldiyini öyrəndim. Bir qədər sonra məni qonaq evinə dəvət etdilər. Getdim. Ədəb - ərkanla salam verib, - xoş gəlmisiniz - dedim. Ancaq KP MK - nın katibi başını silkələyib əsəbi şəkildə soruşdu:
   
   - Siz kimsiniz?
   
    Mən sualın hansı mənada verildiyini bilsəm də, çox sadəlövh şəkildə:
   
   - Füzuli Rayon İcraiyyə Komitəsinin sədri Həmid Oruc oğlu Məmmədov - deyə cavab verdim. Kazımov bir az da əsəbi şəkildə:
   
   - Sən hansı ixtiyarla, İttifaq əhəmiyyətli tikintinin aparılması üçün Dövlət Komissiyasının torpaq sahəsi ayrılması ilə bağlı qərarına mane olursan?
   
   Kazımov sualını başa çatdırdıqdan sonra çox sakit şəkildə dedim ki, yoldaş Kazımov, mənə on dəqiqə vaxt ayırın, məsələnin mahiyətini sizə izah edim. Sonra hansı qərarı istəsəniz, qəbul edin.
   
   Mən bütün gerçəkliyi ona izah edəndən sonra xahiş etdim ki, mümkünsə, əraziyə birlikdə baxış keçirək. Gətirdiyim dəlillər onun hirsini bir az soyutdu, əvvəlkindən fərqli tonla - yaxşı, gedib yerində baxarıq - dedi.
   
   KP MK-nın katibi Kazımovun rəhbərliyi ilə mütəxəssislər və mən kanalın çəkiləcəyi istiqaməti gəzib, təkrar - təkrar izahatlar verəndən sonra, dediklərimi Respublika Kənd Təsərrüfatı Nazirliyinin torpaq quruluşu bölməsinin rəhbəri Dadaşov soyadlı şəxs də təsdiq etdi. Və onu da dedi ki, kanal ikinci istiqamətdə çəkilsə, ümumi torpaq sahəsi səthindən xeyli aşağı düşəcək. Onda da su öz axarı ilə, təbii yolla axıb getməyəcək. Çoxlu su nasosları və digər qurğularla suyu sahələrə qaldırmaq laım gələcək. İspalkom sədrinin təklifi daha realdı.
   
   Rayona qayıdıb, burada da geniş müzakirələr aparandan sonra mənim təklif etdiyim birinci istiqamət üzrə kanalın çəkilməsi razılaşdırıldı. Nəticədə, min hektar torpaq sahəsinin kanal tikintisi altında qalmaq təhlükəsi sovuşdu.
   
   Kazımov müzakirələrə yekun vuranda, üzünü mənə tutub səmimi şəkildə dedi:
   
   - Məmmədov, mən yanılmışdım. Amma həqiqətən səndən ispalkom sədri olar!
   
    Bakı-Moskva razılaşmasından sonra Qarabağ kanalının tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına komanda verildi. Eyni zamanda rayon rəhbərliyi qarşısında yeni vəzifələr qoyuldu. Artıq ittifaq əhəmiyətli bir tikintinin sürətlə aparılması üçün lazım olan hər şey, hər bir məsələ ən yüksək səviyyədə, özü də qısa müddətə öz həllini tapırdıg
   
   Baş Mil kanalının tikintisində idarənin rəisi Mahmud İsaq oğlu Əliyevin və onun təşəbbüsü ilə yaradılmış üç növbəli iş üsulu ilə çalışan Saday Əsəd oğlu Quliyevin rəhbərlik etdiyi nəqliyyat dəstəsinin xüsusi xidmətləri olub. Bu cür bacarıqlı mütəxəssislərin əməyi nəticəsində Platinanın tikintisi, eləcə də kanalın istifadəyə verilməsi öz həllini tapdı. 1976 - cı ilin ikinci yarısında bu möhtəşəm obyektlər istismara verildi. Həmin tədbir hər iki dövlətin nümayəndə heyətlərinin iştirakı ilə rəsmiləşdi. Xüsusi Dövlət Komissiyaları Araz çayının yeni yatağının tən ortasında 18 metr dərinlikdə basdırılan dəmir-beton dirəyin üzərindəki lövhənin bir üzündə SSRİ, o biri üzərində isə İran yazıldı. Sovet nümayəndə heyətinin tərkibində Əli Əmirov, mən, SSRİ Energetika naziri və digər şəxslər var idi. İran tərəfdən isə bu ölkənin Energetika və Su Təsərrüfatı naziri Kazımi, general Cahanbani və digər rəsmi şəxslər iştirak edirdi.
   
   Baş Mil kanalının istifadəyə verilməsi ilə rayonumuzun Arazboyu kəndlərinin su problemi həllini tapdı. Həmçinin su mənbəyi olmadığı üçün istifadəsiz qalan min hektar torpaq sahəsi rayonun əkin dövriyəsinə daxil edildi. Bu gün də həmin kanalın suyundan işğaldan sonra salınmış şəhərciklərdə, qaçqın soydaşlarımızın əkin - biçinində geniş istifadə edilir. Həmçinin indi həmin kanalın üzərində Su Elektrik Stansiyası tikilir və əhalinin tələbatını ödəyəcəkdir.
   
   
   
   Qələmə aldı:


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
SON XƏBƏRLƏR
2019-10-17
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK