Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ÇUVAL Adalet.az | ÇUVAL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÇUVAL

196802    |   2010-08-05 00:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir çuval ki, köhnəldi - o tərəfdən, bu tərəfdən hey başlayacaq yırtılmağa və dəlinməyə.
   
   - Ədə, çuval dəlinib, çuvalduzu ver mənə, deşiyi tikim.
   
   Elə ki, bir tərəfdən yamayırsan, görürsən o biri tərəfdən yenə çuvalın içindən darı başlayır tökülməyə.
   
   - Ədə, çuvalduzu ver mənə.
   
   Bu dəliyi də tikirsən. Elə ki, çuvalı qaldırıb yükləyirsən eşşəyin üstünə, yenə darı başlayır su kimi axıb yerə tökülməyə.
   
   - Ədə, yavaş sür! Yavaş sür! Bu zəhrimar çuval yenə dəlinib.
   
   - Hoqquş, hoqquş... Qoyma, qoyma! Darı töküldü.
   
   ***
   
   Osmanlı hökumətinin darı çuvalı o qədər çürüyüb ki, hər gün çuvalın bir yeri dəlinir. İndii təzə deşikdən Samos cəzirəsi istəyir tökülsün yerə.
   
   - Ədə, o çuvalduzu ver, bu deşiyi tutum.
   
   Və lakin bu zəhmətlərin hamısı nəticəsiz görsənir; ondan ötrü ki, çuval çox köhnəlir; köhnə çuvalda darını saxlamaq çətindir. Samos cəzirəsinin əhalisi yunan tayfasındandır ki, rusca bunlara "qrek" deyirlər. Hərçənd bu millət "pak millətlərdən" deyil; amma bunlar qeyrətli və ziyalı bir tayfadır. Bunlar yunandırlar. Bunlar elə bir tayfadır ki, əgər bunları təzə və möhkəm çuvalın içərisinə doldursan, bəlkə orada qala bilər. Amma Türkiyənin indiki çuvalında bunlar qala bilməzlər; ondan ötrü ki, çuval çürükdür.
   
   Osmanlıda tək bircə türk tayfası dinməz-söyləməz qala bilər. Bunun səbəbi budur ki, cırıq torbaya nə qədər ot və qanqalaq bassan tökülməz. Amma darı və buğda tökülər.
   
   ***
   
   Xülaseyi-kəlam dünyada hər bir millət kimi, Sultan Əbdülhəmidin təkdi-təbəiyyətində yaşamağı özünə rəva görür, - bu millət qeyrətdən və insaniyyətdən bilmərrə gərək əl çəksin.
   
   Osmanı idarəsinə səbr edib, Osmanlı torpağında tək bircə türklər və bunlar kimi müsəlmanlar qala bilərlər; ondan ötrü ki, cırıq və dəlik çuvala nə qədər yovşan və küləş bassan tökülməz. Amma erməni, slavyan, yunan və bu qisim millətlər özlərini yox etməyə razı olarlar ki, Sultan Əbdülhəmid kimi padşaha tabe olmasınlar.
   
   Bunun da hikməti buradadı ki, cırıq və yırtıq torbaya əgər darını və buğdanı doldursan elə hey bir ucdan töküləcək. İstəsən də ki, dəliyi tikəsən, görəcəksən ki, bir özgə yerdən töküldü; çünki torba çürükdü.
   
   - Ədə, çuvalduzu ver, bu dəliyi tikim!
   
   Sonra baxıb görəcəksən ki, yenə bir ayrı yerdən tökülür; çünki çuval çürükdür.
   
   "Molla Nəsrəddin",
   
   26 may 1908 N-21
   
   Redaksiyadan: Üstündən 102 il keçməsinə baxmayaraq, heç nə dəyişməyib. Mirzə Cəlilin bu məqaləsində Osmanlı sözünün yerinə Türkiyə, sultan Əbdülhəmidin yerinə də başbakan yazarsanız fark etməz.


YAZARIN ARXİVİ

2010-08-05 : ÇUVAL
2010-03-12 : QOLOŞAPOVA
2010-02-19 : QARNIYOĞUNLAR
2010-01-06 : ZIRRAMA
SON XƏBƏRLƏR
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK