ANA SƏHİFƏ / YAZARLAR

Arzularımın borc dəftəri

Bu gün də Şuşaya günəş doğmayacaq

69805    |   2010-06-05 01:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"....Suşada havanın temperaturu gündüz saatlarında +12 dərəcə, gecə saatlarında +6 dərəcə olacaq.
   
   ....Agdamda axşam saatlarına yaxın hava bir qədər buludlu olsa da, gecəyə doğru sabitləşəcək. Temperatur + 20 dərəcə qeydə alınacaq. Fizulıdə temperatur gündüz +17, gecə +11 dərəcə olacaq. Ümumiyyətlə, qarşıdakı 5 gün ərzində Qarabağ və Qarabağ ətrafı rayonlarda havaların yağmursuz keçəcəyi proqnozlaşdırılsa da, bəzi saatlarda qatı duman olacağı istisna edilmir.
   
   Azərbaycan üçün bu gunə olan hava proqnozumuz basa catdı. Xatırladaq ki, hava haqqında məlumatı "Samsunq" kondisioner istehsalçısı olan "Samsunq" şirkətinin sponsorluğu ilə baxdınız. Sizə təmiz hava arzulayırıq".
   
   Kondisionerlə təmiz hava. Ala... Sənə lazımdı bu gün Suşada hava necə olacaq? Al kondisioneri quraşdır, evin olsun Şuşa. Tutaq kı bıldın, sınoptıklər xəbər verdı, bundan sənə nə, nəyınə gərəkdır Şuşanın, Ağdamın havası? Harana gərəkdir? O şəhərin, o rayonun havasının necə oldugunu bılmək, demək lazımdır kı, sənın vətəndaşlarından kımsə ya orada yasayır,ya da ora getmək ehtımalı var. Məsələn: Dubay, İstanbul, Moskva, Krım... Yoxsa kı, Şusa, Laçın, Agdam....nəyınə lazımdı axı, nəyımızə lazımdı bu rayonların havasının necəlıyı bır halda kı, o rayonların özu bızə lazım deyıl? Oralarda havanın necə olmasının sənə aidiyyatı yoxdu. Ora gedənın, orda yasayanın var?..
   
   Qarabag və ətraf rayonları dünyanın yeganə yerıdır kı, qapıları üzümüzə baglıdır, amma özumuz də, özgələr də deyır kı, oralar nə vaxtsa bızım olub...
   
   Yalan satırıq özumuzə. Nıyə özunə yalan deyırsən, ay xalq, özu də bu yalanı nısyə verırsən, yazırsan qara üzlüklü, 96 vərəqlı borc dəftərının növbətı ag səhıfəsınə: "23 May, 2010-cu ıl. Növbətı 28 May bayramını Şuşada keçırmək, Kəlbəcərın qızılını,Topxananın ağacını xarıcə özum satmaq arzusu ılə...(Topxana meşəsini ermənılər nə qədər qırsalar da, talaya çevirə bilmirlər. Yenə ağaclar böyüyür.Topxana Suşaya xəyanət eləmır, onu Topxanasız qoymur. Bir erməninin açıqlamasından oxumuşam bu faktı).
   
   Qara üzlüklü, 96 vərəqlı ağ səhifəsindən qırmızı hərflərdən boylanan borclarının arzu dəftəri həmişə üzünə açıqdı. Ömrünün sonuna qədər doldura bilirsən. Arzularından içinə gömə bilsən, vərəqlər balalarına da çatar. Ağ vərəqlər, yeni arzulara həsrət vərəqlər.
   
   Borca verilmiş arzuların dəftəri borca verilmiş ərzaq dəftərindən daha gec dolur. Məmləkətdə mədənın tələbı, urəyın tələbındən coxdur, çoxdur, lap coxdur. Burda arzular tez-tez ölmur, əsasən də itırılmış torpaqların qaytarılması arzusu şəklində olanlar. Hansısa rayonun ısgal tarixində, bayram günlərındə belə arzular yenidən baş qaldırır. Boynunu sağa-sola tərpədərək, "eheeeeey burdayam" deyir.
   
   Qara dəftər sənə ömurluk bəsdı. Bakkal Talıbın 96 vərəqlı, yaşıl üzlü dəftərı ısə çox tez dolur. "Kaş bu gün ət yeyəydım, "balıq istəyirəm", "görəsən meyvə istəsəm borca yazar"....tıplı arzular hər gün doğulur, ölür və yenidən doğulur. Doldurur yaşıl, qırmızı üzlü dəftərləri. Təkcə qara dəftər dolmur.
   
   ...Ürəyim sıxıldı. Oğlum, yandır kondisioneri, bu gün Şuşada həva sərin olacaq. Bu gün də Şuşaya günəş doğmayacaq.
   
   


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-03-27
2017-03-26


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK