ANA SƏHİFƏ / YAZARLAR

BÖHTAN

Kimsəni qırmayım deyirəm, bir də baxıram ki, özüm paramparçayam

8567    |   2015-02-21 01:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böhtan və ya iftira - olmayan bir şeyi olmuş kimi təqdim etməkdir. Böhtanın, qeybətin, yalanıng nə qədər böyük günah olduğu haqda çox deyilsə, yazılsa da belə vərdişlərindən əl çəkməyənlər var ki, hətta müqəddəs kitabımızda bu haqdakı xəbərdarlıqlara belə məhəl qoymadan cəhənnəm əzabının müştəriləri siyahısına yazıldıqlarını unudurlarg
Biri haqqında söylənən böhtanın o insanın həyatını qaralda biləcəyini, yaşamını alt-üst edəcəyini düşünmədən onu cəmiyyət arasında nüfuzdan, hörmətdən salmaq üçün, onun paxıllığını çəkdiyindən, ya kimlərəsə xoş gəlsin deyə, yaxud özünün haqlı olduğunu sübut etmək üçün içindəki aqressiyanı püskürərək deyilən bir kəlmə söz bəzən saf qəlbli, təmiz vicdanlı bir insanı intihara da sürükləyə bilirg
İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır". "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.
Hz. Əlidən nəql olunan hədisdə böhtan atma həyasızlıq və abırsızlıq kimi dəyərləndirilir: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur."
Əli ibn Hüseyndən nəql olunan hədisdən aydın olur ki, camaatın eyblərini açan, onların qeybətini edən şəxslər bu dünyada böhtana məruz qalarlar: "Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər."
Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər hədis nəql olunub. Məsələn İslam peyğəmbəri (s) buyurur: "Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar."
"Günahsız adama böhtan atmaq (günah baxımından) səmadan da böyükdür."
İmam Sadiq (ə) müdriklərin birindən nəql edərək buyurmuşdur":Günahsız adama böhtan atmağın günahl möhkəm dağlardan da ağırdır."
Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!
Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı (halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi). Nur 12-20;
Böhtan atan cənnətə girə bilməz. Hədisi Şərif.
İnsanlara ox atmaq, dil ilə danışmaqdan daha yüngüldür. Çünki dil ilə daşlaması hədəfdən yayınmaz. Süfyan Es-Sevri.
Qar kimi olsan, yenə də böhtandan xilas ola bilməzsən. Şekspir.
Böhtan pis it kimidir, qaçanın ardından hürər, pərvazsızlıqla üzünə baxdınmı səsini kəsər. G.Ceski.
İkiüzlülüyü, yaltaqlığı bacaran böhtan atmağı da bacarar. N.Bonopart.
Böhtan eşşək arısına bənzəyir, onu ilk vuruşda öldürə bilməyəcəksinizsə, heç toxunmamaq daha yaxşıdır. Bernarda Şou.
Böhtan qılıncdan daha zalım silahdır, çünki böhtanın açdığı yaralar heç vaxt bağlanmaz. H.Fildinq.
Bir böhtan başqa böhtan doğurar və yerləşdiyi yerdə əbədi olaraq qalar. Şekspir.
İnsan böhtanı ancaq əhəmiyyət verməməklə məğlub edə bilər. Böhtan atılanı deyil, atanı çirkləndirər. Odur ki, ürəyinizi Allahımızla düz tutaraq, böhtançılara, qeybətçilərə əhəmiyyət vermədən yaşayın. Onlara cəza verməyə, cavab verməyə çalışmayın. Çünki ən böyük cəzanı Yaradan özü verəcək - gec, ya tez.



YAZARIN ARXİVİ

2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK