hacklink Adalet.az | SÖZ VAXTI Adalet.az | SÖZ VAXTI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SÖZ VAXTI

21063    |   2009-04-11 00:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzən nə istədiyini özü də bilməyən şair tanışım (insafən, şeirləri pis deyil) o gün dedi: "Yazırsız dəg Qəzeti doldurmaqçın. Ancaq bu sizi qurudacaq..."
   
   Onu haqlı saymamaq mümkün deyil...
   
   Dediklərinin tamam doğruluğunu təsdiqləmək də həqiqətdən uzaq bir şeydi...
   
   Hər sözün, deyimin iki üzü var: Doğru və Yalan! Ömür boyu bu iki sözün arasındakı ortaq nöqtəni tapmaqdan ötrü vurnuxmuruqmu?! İnsan həm də Ağıl-Ürək çarpışmasının yorğunu deyilmi?Başqalarını uzaqdan seyr edib fikir demək asandı. Məsləhət vermək, yol göstərmək fikrinə düşmək də özünü hamıdan ağıllı, bacarıqlı saymağın bir atributudu...
   
   Nə etdiyini, etmək istədiyini hər kəs özü yaxşı bilir. Gecə-cündüz sinəndə gup-gupla döyünüb qəm daşıyan yumrüğun boyda "dünya"nın diqtəsiynən, istəyiynən yşamaq o qədər xoş, şirin bir şeydi ki... Yazının bu yerinə çatanda cavan iş yoldaşım növbətçi otağından çıxıb deyinə-deyinə içəri girir, gəlib-gedənlərdən şikayətlənir: "Səhər evdən yaxşı çıxmışdım, qanımı qaraltdılar. Hərə bir şey istəyir. Mənim əlimdən nə gəlir, axı..." Mən bilirəm, sən nə istəyirsən, deyirəm ona, istəyirsən ki, o uzuntuman, yaylıqlı, kart sisteminə keçiləndən odun, neft sobası yandırıb his iyi verən arvadların əvəzinə gözəl-göyçək, ətirli bir xanım gəlib otursun sənnən üz-üzə, gözün, könlün dincələ-dincələ söhbət edəsən, nahar saatının çatdığını belə duymayasan. Gülür. Dediklərim döşünə yatıb...
   
   Həmişə belə olmur, axı... Belə olsaydı, həyat darıxdırıcı olardı bəlkə də. Biz hələ başqalarının ehtiyacını öyrənmək, kömək etmək, onu sevindirib sinə dolusu nəfəs almaq zövqünə vərdiş eləməmişik...
   
   
   
   ***
   
   
   
   Amma mən yazıb-yazmamaqdan danışırdım. Qınamasaydılar, deyərdim ki, insan, ümumən, ya tənbəl məxluqdu, ya da həmişə ürəyi istəməyəni eləmək zorunda deyil. İlk sırada da qələm adamları. Sıranın qabağında da istedadlılar. Ayıltmasan, dürtmələməsən əlinə qələm almaz. Bəlkə hamı sözün vaxtını gözləyir?! Bəlkə tapşırıq, sifariş mütləq olmalıdı?! Axı, bu yolla şedevrlər az yaranmayıb...
   
   Əsası vərdişdi. Qələmə-kağıza öyrəşən əlin dinc dayana biləcəyinə şübhəm var. Bir də məsuliyyət hissi. Səndən nəsə gözləyirlərsə, heç kəsi pis vəziyyətdə qoymaq istəməzsən. Tez-tez işlədilən "çörəkpulu" məsələsini bu siyahıya salmaq istəməzdim, salsam da, lap axıra saxlardım. Sözlərimi qeyri-səmimi qəbul etməyə tələsməyin. Əvvəlcə öz ürəyinizi dinləyin, götür-qoü edin. Tutaq ki, sizə verilən qəpik-quruşu kəsdilər. Yazmayacaqsınız? İnanmıram! Yazacaqsınız! Özü də əvvəlkindən daha rahat bir ürəklə yazacaqsınız, daha sanballı, məzmunlu yazacaqsınız. "Bəlkə puldan ötrü yazıram bunları" fikri də daha üzməyəcək sizi. Mən belə düşünürəm. Mən beləyəm. Çünki niyə yazmaq istədiyini, niyə yazdığını hələ hes kəs nə özünə, nə də başqasına anlada bilməyib. Qonorar, mükafat bir yana, heç hədələr, təhlükələr, zindanlar, edamlar da qələm tutan əlləri saxlaya bilməyib. Nə yazmaq istəyiblərsə, nə yaza bilirblərsə, yazıblar. Ömrü boyu bir sözün, bir cümlənin ardıycan gedənlər olub, onu deyə biliblərsə, eşitmək istəyən qulaqlara çatdıra biliblərsə, özlərini xoşbəxt sayıblar, "daha bundan sonra rahat ölə bilərəm" deyiblər. Vaxtında, məqamında deyilmək, yazılmaq istəyən sözün yanğısı başqadı. Deyildimi, çox ocaqları, tonqalları tutuşdurub alovlandıracaq... (Bu sözlərdən sonra qonorarımı kəsməyəcəklər, görəsən?!)
   
   
   
   ***
   
   
   
   Söz saatı yetişdimi, yazmalısan. İçinin boşaldığı, zehninin dumanlandığı anlar olsa da, ötəridi. Boşalanın yeri dolacaq, mütləq! Yazacaqsan! Oxusalar da, oxumasalar da, bəyənsələr də, bəyənməsələr də. Yaxşı ki, səndən nəsə istəyənlər, gözləyənlər var...
   
   Hər şeyin ərəfəsi maraqlıdı. Gözləmək həmişə başqatandı. Amma mən nə bayramdan (Novruz) qabaq, nə də sonra bu barədə yazmaq istəmirdim. İstəsəm, nə yazacaqdım ki? Uzaqbaşı, uşaqlıq xatirələrimi, ailəmizin, qonşularımızın, bütün kəndimizin bu günü necə qeyd elədiyini qələmə ala bilərdim, vəssəlam. Bu varədə oxumaqdan da oxucuların gözləri döyənək olub. Elə bu il də o ki, var belə yazılar oxuduq. Bircə şeyi deməsəm, ürəiymdə qübar bağlar: folklorçularımız, etnoqraflarımız bu il Novruzu səxavətlə bütün dünyaya "payladılar". Sən demə, Yer üzündəki millətlərin elə əksəriyyəti bu bayramı qeyd edirmişlər. Sözümün canı budur ki, gələn il bütün dünyada "qanı şirin millət" olan qonşularımız da Novruzu "bizimdir" deyib bayram eləsələr, heç kəs təəccüblənməsin...
   
   Adamlar tanıyıram ki, bu bayramda elə qurşaqatdıya, qulaqasdıya getməknən öz bəxt çırağını tapıb ki, işığı bütün ömrünə çatar. Axıracan olsun! Novruzla bağlı heç bir xoş xatirəm olmasa da, bu adətlərdən özümçün bəzi şeylər kəşf eləmişəm. Görmüşəm ki, bizdən min-min il əvvəl yaşayan, yazıb-oxumağı bacarmayan, bəsit düşüncəli (hərdən buna şübhə edirəm) əcdadlarımız öz sifarişlərini sözlə göylərə çatdıra bilirmişlər. Dilək və ehtiyaclarını bunları təmin edə biləcək qüvvələrə ötürmək bacarıqları, vərdişləri varmış. Süfrə başında, tonqal qırağında, oddan atılanda,su üstünə gedəndə öz niyyətlərini güc və imkan sahiblərinin qulaqlarına ötürməkçin çoxlu söz bilirmişlər. Həmin sözlər dəyişə-dəyişə, artıb azala-azala günümüzəcən yetişib. O sözlərin hikməti, təsir gücü bəlkə də məna və məzmununda deyil, saatında, vədəsində deyilməsində, sifariş verilmsəindəymiş. O sözlərdə olduqca az, ancaq mühüm və vacib olanlar istənilirdi türkün Uca Tanrısından. Sağlıq, Ruzi-bərəkət, Əmin-amanlıq... Bəs deyilmi? Bəsdi! Özü də necə! Sağlığı yerində olmayanda insanın bütün kainatla bağlantısı kəsilir elə bil. Nə qədər ki, ayaq üstəsən, bədəninin təbiətlə necə xoş, incə bir harmoniyada olduğunu özün də duyursan...
   
   Evinin ruzi-bərəkəti olmasa, heç kəsə ürəklə qapı açıb evinə dəvət edə bilmirsən. Dilin topuq çalır, ürəyin Allaha yalvarır ki, təklifini qəbul eləməyədi, sözünü deyib qapıdan qayıdaydı...
   
   Əcdadlarımız qəzet oxuyub radio dinləməsələr də, əlləri süfrədə olanda gözləri televizorda qalmasa da, bilirdilər ki, yaşadıqları günün sakitliyi həmişəlik deyil, hardasa, insan oğlunun sözü bir-birinə batmır, əllər qılınca, topa-tüfəngə uzanır. Və bir gün həmin qarışıqlıq onun da yurdunu, evini çülğaya bilər. Bunları anlayırdı və Haqqın qapısı açıq olanda, göylərin saflaşıb havanın isindiyi, təbiətin üzə güldüyü vaxtlarda içindəkiləri öz Tanrısına eşitdirirdi...
   
   İnsan düşündüklərinin hamısını söz şəklinə sala bilsəydi.... Yəqin boşalmamış ürək qalmazdı...
   
   
   
   ***
   
   
   
   İyirmi ildən artıqdı ki, hər Novruz günü bu millətin ağzı söz tutanı - ağsaqqalı, ağbirçəyi, cavanı, uşağı göylərə bir niyyətlə əl açır, çəkdiyimiz ağrı-acıların səngiməsini, qaçqın və köçkünlərimizin əzəli və əbədi torpaqlarına qayıtmasını Uca Tanrıdan diləyir...
   
   Dualarımız müstəcəb olacaqmı bir gün? Yoxsa, onun da öz vaxtı, öz saatı var?!..
   
   P.S. Mənim bu yazdıqlarımın necə, vaxtıydımı, görəsən?!
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK