ANA SƏHİFƏ / YAZARLAR

DAVALI YORĞAN

Türkiyə müxalifətinin səhvləri

21181    |   2009-03-20 00:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyənin işi Allaha qalıb. Ölkədə yenə hamı ayaq üstədi. Hərə əlinə bir bayraq götürüb çıxıb meydana. Bilirsiz nəyə görə? Biz tərəfdən baxanda elə də böyük olay-filan olmayıb. Bəzən adamın gülməyi də gəlir. Türkiyə böyüklükdə məmləkəti başına götürən bu hay-küy vur-tut bələdiyyə seçkiləri üstündədi. Deyəsən, sizi də gülmək tutdu. Nə isə, bu xəmir martın 29-na kimi su aparacaq.
   
   Qardaş ölkənin telekanallarındakı xəbər proqramlarına baxmaq olmur. Ekrandan od-alov yağır. Partiya başqanları dincəlmək bilmirlər, məmləkətin bu başından vurub, o biri başından çıxırlar. Hər gün hansısa şəhərdə mitinq keçirilir. Bu başqan o biri sədrin bostanına daş atır, bu sədr o biri başqanı ittiham edir. Biri deyir ki, sən filanıncı ildə belə səhv eləmisən, o biri də cavab verir ki, sən filanıncı ildə belə bir sənədə niyə qol çəkmisən? Telekanallarda da az yoxdu. Bütün tərəflərə eyni cür yanaşmaqla savaşı bir qədər də qızışdırırlar. Amma öz aramızdı, baş nazirin mitinqlərini işıqlandırıb ekranı müxalifətçilərin üzünə bağlasaydılar daha baxımlı olardı. Mən daha maraqlı alınması üçün deyirəm...
   
   Köhnə tanışım var, şəhərin mərkəzində ayaqqabı təmiri butkası vardı. Bir neçə il əvvəl köhnə ayaqqabılarla dolu həmin butkanı söküb yerində böyük bina tikdilər. Tanışım da buna etiraz əlaməti olaraq, politoloq oldu. İndi bizim telekanalların bir neçəsində dünyada gedən və getməsi gözlənilən siyasi hadisələrə şərh verir. Müsəlmanın sözü olmasın, o gün köhnə tanışımı küçədə görərkən Türkiyədəki bu vur-çatlasın barədə soruşdum. Təzə rənglənmiş saçlarına sığal çəkib dedi ki, bütün bunlar yorğan davasıdı.
   
   Ölkənin politoloqları sadə dildə danışanda nə gözəl olurmuş. İndi başa düşdüm ki, Türkiyədəki olaylar nə üstündəymiş. Deməli oradakı partiyaların davası yorğan davasıymış. Baş nazir də daxil olmaqla iqtidarlı-müxalifətli bütün partiya başqanları düşüblər meydana ki, nədi-nədi kimsə neft buruqlarının içində, yüksək gərginlikli elektrik xətlərinin altında beş-altı sot torpaq satacaq...
   
   Gözəlim Azərbaycanda da bələdiyyə seçkiləri keçirilib. Özü də bir neçə dəfə. Guya biz seçki-zad görməmişik? Amma biz tərəflərdə belə səs-küy eşidlməyib. Gözəlim Azərbaycanda bələdiyyə seçkilərinin təbliğatı zamanı elə sakitlik olur ki, Qusarda uçan milçəyin səsi Astarda rahatca eşidilir. Türkiyədə elə səs-küy salıblar ki, elə bil dünyanın taleyi bələdiyyə seçkilərində həll olunur. Camaat nə hayda, onlar nə hayda. Bu dəqiqə camaatı şəkərburaya neçə qram qoz-fındıq qatmaq maraqlandırır.
   
   Türkiyə müxalifətini də heç başa düşmək olmur. Arkadaşlar, hakimiyyətə nə vermisiz, ala bilmirsiz? İqtidar deyir ki, qatıq heç də ağ deyil, qaraya çalır, siz də deyin qatıq tünd qaradı. Sonra da beş-altı bələdiyyə başqanı postu alın. Neft buruqlarının içində, yüksək gərginlikli elektrik xətlərinin altında beş-altı sot torpaq satıb şellənin. İqtidardakılarla mübarizə hələ heç kimə xeyir verməyib. Çox dərinə getmək nəyə lazım, işin içindən elə işlər çıxar ki, çox istədiyiniz yerdə azdan da olarsız. Hələ gec deyil, fikirləşmək üçün bir neçə gün var.
   
   Mən də gedim Novruz bayramının dadını çıxardım. Heç nəyimiz olmasa da tətil günlərində boş vaxtmız çoxdu. Martın 29-na qədər doyunca dincəlmək olar. Bəs deyincə bayram tətili yapıb dincəlməyin ləzzəti başqadı. Biz tərəflərdə tətil bitən gün Türkiyədə bələdiyyə seçkilərinin qutuları açılacaq. Görək qutulardan kimlər çıxacaq...


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK