deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | BİXƏBƏR Adalet.az | BİXƏBƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİXƏBƏR

18790    |   2009-01-31 05:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən mövzusuzluq özü də bir problemə dönür. Hiss edirsən ki, ürəyin doludu, elə ətrafda da istənilən qədər mövzu var, gəl ki, fikirlərini bir yerə cəmləşdirib cümlələr qura bilmirsən. Bilirsən ki, bu yerdə özünü zorlamaq da gərək deyil, fikirlərin, cümlələrin öz-özünə axıb gəlməsini, sıralanmasını gözləmək lazımdı, ancaq rahatlıq tapa bilmirsən. Yox, mən nəsə yazmalıyam - baş verənləri, duyğularımda rezonans oyadanları təkcə özümçün götür-qoy etməyim yetməz, bunları paylaşıb ürəyimi boşaltmalıyam. Bunu bizdən tələb edən yoxdu, amma yəqin ki, gözləyənlər var. Bax, bunu düşünmək adamı ruhlandırır. Tanımadığın, üzünü görmədiyin həmsöhbətinin yol gözləməsi fikirlərinə qanad verir.
   
   Üç-dörd gün başım qarışmışdı, əlimə qəzet-jurnal ala bilməmişdim. Nəinki, beynimdə, qəlbimdə, bütün vücudumda qəribə bir boşluq hiss edirdim. Hava kimi, su kimi gərəkli, ancaq maddi olmayan nələrinsə aclığını çəkirdim. Belə vaxtlarda xəyalım lap uzaqlara - yüz illər, min illər bizdən əvvəl yaşamış əcdadlarımızın yanına uçur. Görəsən, onlar dünyadan bixəbər necə yaşayırmışlar?! Hələ meşələrdə, qayalıqlarda yaşayan insanın ağlına gəlirmiş ki, ondan uzaqlarda (lap elə qulağının dibində) kimlərsə yaşayır?! Əgər yaşayırsa, necə yaşayır? Necə danışır, necə geyinir, nə yeyib-içir? İnsan toplumları bir-birindən xəbərsiz yaşayanda yəqin ki, özünü tənha, bu dünyanı da çox kiçik bilirmiş. Təpədən o yanı görə bilməyən bu dünyanın böyüklüyünü, genişliyini də dərk edə bilməzdi. Bəlkə bu ona heç lazım da deyildi. Bunu bilsəydi qorxardı, özünü əminlikdə, rahatlıqda hiss eləməzdi. Axı, insanların ilk savaşı da daha rahat, etibarlı məskənlər, bol sulu, bol çörəkli torpaqlar üstündə olub. Və yəqin ki, öz bəsit ağıllarıynan bütün bunları itirmək istəməzdilər...
   
   Ancaq insanın maraq dairəsi əzəldən geniş olub. Qorxsa da, qorxmasa da. Təhlükəli şeylər daha cəlbedici olur. İnsanın qorxulu şeylərə can atması həm də onun özünümüdafiə instinktindən doğur. D.Defonun "Robinzon Kruzo" romanının qəhrəmanını xatırlayırsınızmı? Uzaq, kimsəsiz adaya düşüb olmazın qorxular, sarsıntılar keçirən Robinzonun ilk dəfə insan ləpiri görəndə necə təlaşlandığı yadınızdadırmı? Onun bu təlaşı, qorxusu olduqca təbiidi. Bilirdi ki, yaşadığı adada hər cür yırtıcı heyvanlar, zəhərli ilanlar, böcəklər var. Amma onların heç biri bu insan ləpiri qədər onun zəhrini yarmamışdı. Baxmayaraq ki, qaradərili Cümə sonralar onun ən yaxın köməkçisi oldu. Deməli, insan üçün yalnız öz həmcinsi ya təhlükə, ya da xeyirxah dost, həmdərd ola bilər. Söhbətin mövzusundan yayınıram, deyəsən. Axı, mən insanların bir-birlərinə və bütün aləmə marağından, əlaqə yaratmaq, xəbər tutmaq ehtirasından danışmaq istəyirdim.
   
    İnsan qəlbinin qəribə, həm də anlaşılmaz duyğuları çoxdu. Heç də həmişə təkcə yaxınların, doğmalarınla təmas qurmaq istəmirsən. Hiss edirsən ki, səndən çox-çox uzaqlarda yaşayan, başqa millətlərdən, başqa dinlərdən olan adamlara da söz deməyə qəlbinin ehtiyacı var. Bu həsrəti ovutmaq istəyən insan kağız yazıb axar sulara atır, qərib quşların ayağına bağlayıb havaya buraxırdı. Bununla sakitləşir, yüngülləşir, məktubunun kiməsə yetişəcəyi, kiminsə onun könül çırpıntılarından xəbər tutacağı, necə ovqat yaradacağı ümidiylə xəyallar qururdu. Bununla həm də öz varlığı, istəkləri, arzuları barədə başqalarına məlumat vermiş olurdu.
   
   Dünyadan xəbər tutmaq və öz varlığını bəyan etmək arzusu niyə bu qədər güclüdü?! Kəndimizə işıq çəkilməmişdən, evlərdə televizorlar peyda olmamışdan qabaq bir-iki ailədə, o cümlədən bizdə batareyalı radioqəbuledici vardı. Mühüm xəbərləri oradan eşidirdik. Bu xəbərlərdən ən çox yadımda qalanı insanın kosmosa uçması barədə xəbər olub. Bizi dünyaya calaşdıran ikinci bağ kənd poçtalyonuydu. Başqa uşaqları deyə bilmərəm, mənimçin o sarışın, yaşlı kişinin çiynində məktub, qəzet-jurnal dolu çanta məktəb darvazasından girməsi əsl toy-bayram idi. Hər axşam kolxoz idarə heyətinin naryadından qayıdan atamın da qoltuğunda mütləq bir topa qəzet olurdu. Biz kənd uşaqlarını dünyaya bağlayan bir bu saydıqlarım, bir də müəllimlərimizin öyrətdikləriydi...
   
   Əvvəllər elə bilirdim insan yaşa dolduqca baş verənlərə marağı azalır. Dünən səni həyəcanlandıran, gah kədərə, gah sevincə tuş gətirən hadisələr, xəbərlər artıq əhəmiyyətini itirir. Daha gününü görüb dövranının sürmüsən, üzün o yana, o biri dünyayadı. Artıq bu dünyada baş verənlər sənlik deyil... Tələbəlik illərində bağlarda, parklarda skamyalarda oturub gözündə eynək diqqətlə qəzet oxuyan qocaları (əksər halda bunlar ruslar olurdu) görəndə təəccüblənirdim. Deyirdim, o qəzetdə yazılanlar ömrünün ahıl çağında bu qarının nəyinə gərəkdi, görəsən? Daha səninçin nə əhəmiyyəti var ki, Vyetnamda müharibə nə vaxt qurtaracaq, ərəb ölkələrində nələr olur?! Sonralar anladım ki, belə deyilmiş. Sən demə, yaş artdıqca maraq nəinki azalmır, əksinə, bir az da artıb qüvvətlənirmiş. Ömür payına ayrılmış vaxt qısaldıqca, daha çox oxumaq, öyrənmək, cavanlıqda bada verdiklərinin, mənimsəyə bilmədiklərinin yerini doldurmaq istəyirsən. Çox zaman şəhərimizdəki heç də zəngin olmayan kitabxanadan tutmuş məşhur İsgəndəriyyə kitabxanasınadək dünyadakı bütün kitabxanalarda olmaq istəyir, " keşkə, elə uzun ömrüm olaydı, indiyədək yazılmış bütün kitabları oxuya biləydim" deyirəm. Yaxşı ki, bu belədi. Yaxşı ki, həyat bağlarımızı idarə edən o ilahi qüvvə könlümüzün maraq dünyasını talan etmir, hər gün oxuyub öyrənməyə olan həvəsimizi səngitmir. El arasında bir deyim var: " Allah adamın ağlını əlindən almasın!" Türklər çox əsəbiləşəndə hisslərini cilovlamaqçın bu sözləri işlədirlər: " Ya Rəbbim! Ağlım sənə əmanət!" Hər ikisi çox dəyərli, qiymətli dualardı. Amma ağılla yanaşı insanı maraq da yaşadır. Çox ağıllı, zəkalı, savadlı adamlar görmüşəm ki, ömrün təlatümlü dönəmlərində həyata, yaşama maraqlarını itiriblər. Maraq ruhun sağlamlığından yaranır. Sağlam ruh da sağlam bədəndə olur. Çarəsiz xəstəliklər, ən əziz adamının itkisi, sevdiyinin üzüdönüklüyü, xəyanəti adamın maraq dünyasını alt-üst edir, sənə yaşam zövqü verən hər şeyin üstünə qara örtük çəkir. Ancaq ruhən güclü olanlar, qarşısında həmişə açıq qapı, irəlidə bir işıq görməyi bacaranlar öz maraq dünyalarını qoruya bilirlər.
   
   Gəlin boynumuza alaq ki, arada o bixəbər insanlara qibtə elədiyimiz vaxtlar da olur. Poçt və teleqrafın, radio və televiziyanın, ən nəhayət, mobil telefon və kompüterlərin olmadığı zamanlarda yaşamaq daha cazibədar və romantik gəlir adama. Bəlkə elə buna görə də daha səbirli və təmkinliydilər, uzun ömür sürürdülər. Bu günkü əlaqələrimizlə bir-birimizə yaxşı nə veririk ki? Əksinə, bir-birimizin dincliyini əlindən alır, sinirlərini pozuruq. Belə möhtəşəm əlaqələrlə dünyanı düzəltmək əvəzinə, bir az da çalxalandırırıq... Ancaq nə edəsən ki, başqa cür mümkün deyil. Zamanla ayaqlaşmalı və gündən-günə yeniləşən əlaqələrlə dünyadan xəbər tutmaq istəyirsən.
   
   Ən maraqlısı insanın özü-özünə bir dünya qura bilməsidi. Hər şeydən bixəbər isə bu dünyanı qurmaq mümkün deyil...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK