deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "Biznesmen" görüşə tələsir Adalet.az | "Biznesmen" görüşə tələsir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Biznesmen" görüşə tələsir

Elvin Əhmədov isə çəkiliş meydançasında sevdiyi işlə məşğul olur

11713    |   2014-12-27 01:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elvin Əhmədovun milli kinomuzdakı ilk böyük rolu uğurlu alındı. Elxan Cəfərovun yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkdiyi "Dolu" filmində Pələng obrazı ilə debüt edən istedadlı aktyorun digər rejissorların da diqqətini çəkəcəyi gözlənilən idi. "Dolu"dan sonra filmlərə, teleseriallara dəvət alan Elvinlə bu dəfə də çəkiliş meydançasında görüşdük, özünün dediyi kimi, sevdiyi işlə məşğul olurdu. Bu barədə bir qədər sonra...

- Kinorejissorlarımızdan "Pələng"ə telefon zəngləri, iş təklifləri gəlirmi?
- Mobil telefonum günün 24 saatı açıq olur, ona görə də quruluşçu rejissorlar, ikinci rejissorlar, rejissor köməkçiləri məni axtaranda çətinlik çəkmirlər. Əlbəttə, bu bir zarafatdı, gərgin keçən çəkilişlərdən sonra arada deyib-gülmək də lazımdı. Yeni rolla bağlı təkliflərə gəlincə, gileylənməyə heç bir əsas yoxdu. Bədii filmlərə də, teleseriallara da dəvət alıram.
- Başlayaq teleseriallardan...
- ATV kanalında yayımlanan "İkinci bahar" teleserialında Zeynal roluna çəkilmişəm. Rüstəm Əliyevin rəhbərlik etdiyi "Media Master" şirkətinin istehsalı olan bu teleserial böyük reytinq qazana bilib. İstedadlı rejissor Sain Qəhrəman Zeynal obrazını mənə həvalə etdi və maraqlı işbirliyimiz alındı.
- Rejissor da bu fikirdədir?
- Məncə Sain bəy də razı qalıb. Çünki növbəti serialda da mənə rol verib. Bu teleserial da "Media Master"də istehsal olunacaq. Həmin serialın "Lider" kanalı ilə yayımlanması nəzərdə tutulub.
- Bu gün serial sektorunda bir canlanma var, amma bu başqa bir söhbətin mövzusu ola bilər. Məni başqa məsələ maraqlandırır - Elvin Əhmədov bədii filmlərə çəkilir yoxsa, yox?
- Bədii filmlərə də dəvətlər var. Türk kinematoqrafçılarının maraqlı bir layihəsinə dəvət almışam. Sınaq çəkilişləri də aparılıb. Lakin indi bu layihə barədə ətraflı danışa bilmirəm, çünki bütün məsələlərə yanvardan sonra aydınlıq gələcək. Ümid edirəm ki, inşallah yaxşı olacaq. Amma "Səngər" haqqında danışa bilərəm.
- Buyur...
- Gənc və istedadlı rejissor Pərviz Əliyev "Səngər" filminin çəkilişlərinə başlayıb. Mən bu ekran əsərində əsas obrazlardan biri olan əsgər roluna çəkilirəm. Çox mürəkkəb və maraqlı obrazdır. Onu da deyim ki, "Səngər"in İstanbulda keçiriləcək qısametrajlı filmlərin beynəlxalq festivalında nümayiş etdirilməsi nəzərdə tutulub.
- Budəfəki görüşümüz çəkiliş meydançasında baş tutdu. İş prosesini kənardan izlədim və səni fərqli ampluada gördüm...
- Sözün açığı, özüm istədim ki, elə çəkiliş meydançasında görüşək.
- Onda yeni işin barədə özün danış...
- Bu məkanda "Biznesmen" filmini çəkirik.
- Çəkirik deyəndə ki...
- Filmin quruluşçu rejissoru istedadlı rejissor Nail Naiboğludur. Ramiz Abdullayevin ssenarisi əsasında çəkilən yeni ekran əsəri komediya janrındadır. Baş rollardan birini həmkarınız oynayır.
- Kinoaktyor olmaq istəyən jurnalist kim ola?
- Bir zamanlar "Xəzər" TV-də xəbər aparıcısı kimi tanınan Anar Nəcəfli. Anar bəydən başqa filmdə populyar aktyorlar da rol alıb, Xalq artisti Arif Quliyev, teatr səhnəsindən və ekrandan tanındığımız Natiq Fərzəliyev, Xuraman Əlizadə "Biznesmen"də çəkilirlər. Gənc aktyor Cövdət Şükürova maraqlı bir obraz həvalə olunub. Filmin demək olar ki, son kadrlarını çəkirik, sonra isə növbəti bir mərhələyə-montaj prosesinə başlayacağıq.
Onu da xüsusi vurğulayım ki, "Biznesmen"in premyerasının dəqiq tarixi də məlumdur- gələn il fevralın 14-də "Nizami" Kino Mərkəzində filmin qala-təqdimatı keçiriləcək.
- Yaxşı, heç öz işindən danışmadın...
- Mən "Biznesmen"in ikinci rejissoruyam. "Dolu"da aktyor kimi çəkilsəm də bildiyiniz kimi, ixtisasca rejissoram. Ona görə də, necə deyərlər, sevdiyim bir işlə məşğulam. Ona görə çəkiliş zamanı rastlaşdığımız çətinliklər və müxtəlif problemlər məni yormur. Həm də əlimə yaxşı bir fürsət düşüb, milli kinomuzda öz dəsti-xətti ilə seçilən Elxan Cəfərovu çəkiliş meydançasında həmişə müşahidə eləmişəm, ondan öyrənməyə çalışmışam. İndi də Elxan müəllimdən öyrəndiklərimi həyata keçirməyə çalışıram. Elxan Cəfərov "Dolu"da Pələng kimi məsuliyyətli obraza məni çəkməklə belə deyək də, bütün həyatımı dəyişdi. Ona həmişə minnətdaram.
- Yəqin xəbərin var, Aqil Abbasla Elxan Cəfərov növbəti bir filmin ssenarisi üzərində çalışırlar...
- Eşitmişəm. Hörmətli Aqil Abbasın yazıçılıq istedadına və Elxan Cəfərovun bacarığına hamı kimi mən də yaxşı bələdəm. Həmin filmin də böyük uğur qazanacağına indidən əminəm. Etimad göstərsələr yeni ekran əsərində də çəkilərəm. Aqil bəyin ssenari müəllifi olduğu, Elxan müəllimin quruluş verdiyi filmdə kim çəkilmək istəməz ki?


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK