Xəyalla yaşamaq,arzuların qanadında uçmuq təbii ki, insana xas xüsusiyyətdi və elə bu səbəbdəndiki, göylə əlləşib yerlə dil tapan insan bəzən qurduğu xəyalların qurbanına da çevriləbilir. Amma buna təəssüf etmir. Çünki o, bunu özünün taleyi, alın yazısı kimi qəbuledir və ən pis halda onu qınayanları uğursuzluq kimi qələmə verir və bildirir ki,hər gecənin bir səhəri olduğu kimi, hər arzu da, hər xəyal da çin olmaya bilir.Deməli, əslində burda günah nə xəyalda, nə arzudadı… Günah o xəyalı, o arzunu öziçində yaşadıb, öz içində qanadlandıran insanınöz gücünü dəqiq hesablaya bilməməsindədi. Bir az da çılpaq desəm,gücünün çatmadığı ağırlığı qaldırmaq istəyən hansı duruma düşürsə, xəyalını, arzusununimkanlarını nəzərə almayan da eyni aqibəti yaşayır…
Çox da uzaq olmayaqtarix çoxları kimi mənim də gözlərimin önündədi. O tarix mənim və yaşıdlarımın,ümumiyyətlə, Azərbaycan əhalisinin az qala 50 faizinə qədərinin doğum kitabındaözünü təsdiq edib. Biz, sovet şinelindən çıxanlar çox xəyalpərvər olmuşuq. Həttaşeirlərimizdə, nəğmələrimizdə, tribunadakı çıxışlarımızda bunu xüsusi bir həvəslə,məharətlə deməkdən də çəkinməmişik. Necə ki, «uçdu göylərə bizim peykimiz, söylədiyerə yol gedirik biz» şeirində göylərə uçduğumuzu fərəhlə, az qala ağzımız köpüklənə-köpüklənəbütün dünyaya bəyan edirdik və elə bilirdik ki, hamımız o peykin içində göylərəqovuşacağıq. Təəsüf ki, bu sadəcə nəğmə idi, biz pionerlər də o nəğmənin ifaçıları.İllər ötdükcə digər nəğmələr, mahnılar da dilimizin əzbəri oldu. Təbii ki, bütünbunlar səbəbsiz deyildi. Bütün bunların kökündə bir ideologiya, bir inanc dayanırdı.Çünki biz dünyaya hansı şəraitdə, hansı evdə, hansı xəstəxanada gəlməyimizdən asılıolmayaraq «babalı» doğulurduq. Gözümüzü açan kimi, başımızın üstündə babamızın şəklidayanırdı – Lenn babamızın!!!
Hə, indi də valideynlərimsöhbət düşəndə sovet-alman müharibəsindən ürəkağrısı ilə danışırlar və bildirirlərki, həmin müharibədən o illərin uşaqlarını Stalin baba xilas edib. İndi özünüz düşünündə, nəvəsi, nəticəsi olan atam, anam hələ də Stalin baba haqqında danışır. Burdamən o qədər də təhlükəli məqamlar görmürəm. Çünki insanın inamı, inancı olmalıdı.İnamsız, inancsız yaşamaq qeyri-mümkündü!!! Yaşamaq olar e, bu sadəcə olaraq mövcudolmaq demək olar. Yaşamaq isə tamam fərqli bir şeydi…
Hə, bax, beləcə,biz bu dünyaya Lenin babamızla, Stalin babamızla, daha doğrusu, onların yolu ilə,iradəsi ilə boylanmağa, baxmağa öyrəşdik, alışdıq. Və hamımız ağızdolusu bu babalarınşərəfinə ən təmtəraqlı, ən odlu-alovlu sözləri söyləyəndə bir qürur hissi də keçirdikvə yavaşca gözümüzün ucu ilə yaxamızdakı balaca beşkünc oktyabryat, üç künc qırmızıqalstuk və bir də komsomol nişanına baxdıq. Əslində bu, bizim keçdiyimiz yolun işarələriidi. Beləcə, babalı böyüyürdük biz. Və bir də….
Şəxsən mən ağlımkəsəndən bir təmtərağın da şahidi olmuşam. Atalar deyir ki, uşağın yadından sözçıxmaz. Mənim də yadımdan çıxımır həmin o söz, həmin o baba məsələsi. Kənddə uşaqbağçasına gedirdim. Hardasa bir ay, ay yarımgetdim bağçaya, xoşum gəlmədi. Amma xoşuma gələn bir şey də var idi bağçada. O daYeni ildə tərbiyəçimizinbağçanın mühafizəçisini, yəni qaravolçusunu geyindirib,pambıqla üz-gözünü bəzəyib belinə də qırmızı bir lent bağlayıbqarşımıza çıxarması idi.Bizdən yaşca böyük qızlardan biri də ağ paltar geyinmişdi. Bizi inandırmışdılarki, həmin bu qarovulçu Şaxta Babadı, o qızcığaz da Qar Qız!!! Doğrudan doğruya da inanmışdıq və bu Şaxta Baba üç gün bizi əyləndirdi. Heybəsindənbizə müxtəlif hədiyyələr çıxardıb verdi və biz də sevinə-sevinə bu hədiyyələri evimizə gətirdik. Lap sonradan bizə məlum olduki, həmin hədiyyələri valideynlərimizin kolxozdakı əmək günü hesabına hazırlayıblarvə həmin o Şaxta Baba da bizim tanıdığımız qarovulçu imiş, o Qar Qız da bizim qonşunun qızı imiş… Amma bizhəmin o inancla, həmin o inamla o qədər sevinmişdik ki, axı görüşümüzə Şaxta Baba ilə Qar Qız gəlmişdi, özü ilə uşaqlara hədiyyədə gətirmişdi…
Bax, çox-çoxsonralar, həyatın alt-üstünü öyrənəndən sonramən bir sualın cavabını özüm üçün tapdım. Sən demə, bizim babalarımız saxta olublar.Elə Şaxta Babanın özü kimi, Lenin babanın özü kimi, Stalin babanın özü kimi və onlarayazdığımız şeirlər kimi. Bu məqamda mən də bir şeir deyəcəm. Düşünürəm ki, bu misralardasiz saxtalıq görməyəcəksiniz.
Kimin gələ bilərki,
Qədəri məndənyaxşı…
Kim tanıya bilərki –
Kədəri məndənyaxşı…
Dan süzülür gözümdən
Sübh alışır közümdən…
Duyan varmı özümdən–
Betəri məndənyaxşı…
Söz məndəndi,dil səndən
Gün görürəm– il səndən!
Ölən olmaz bil,səndən –
Ötəri,məndən yaxşı…
***
Bəli, biz saxtababanın saxta oyuncaqları, saxta hədiyyələri ilə aldana-aldana gəlib bu günə çıxdıq. İndi də öz uşaqlarımıza,öz nəvələrimizə aldığımız hədiyyələrin, oyuncaqların saxta olub-olmaması sualı iləüzbəüz qalmışıq. Çünki səlahiyyət sahibləri kitayski oyuncaqların, hədiyyələrinzərərli, saxta olduğunu tez-tez gündəmə gətirir və bizləri xəbərdar edir. Amma mən başa düşə bilmirəm ki, həmin səlahiyyətsahibləri bu saxta, bu zərərli malların ölkəmizədaxil olmasına niyə icazə verirlər. Məgər onların özlərinin uşaqları, nəvələri yoxdu?Deyəsən bir az dərinə getdim. Unutdum ki, bizim bir para adamlarımızın uşaqları,nəvələri üçün hədiyyələr böyük və halal, təmiz yerlərdən xüsusi sifarişlə gəlir.Ona görə də biz qara camaatın uşaqlarını, nəvələrini düşünməyə onların vaxtı qalmır.Axı hər kəsə öz köynəyi daha yaxındı. Nə isə…
Deməli,2014-cü ilin nəfəsi xirtdəyinə dirənib. Bir gözü arxada, bir gözü öndə, çabalaya-çabalayamənzil başına tərəf sürünür. Bu məqamda yadıma bizim nostalji hisslərimizin ən işıqlınöqtəsi olan sovet filmlərindən kadrlar düşür. Siz də gözünüzün önünə gətirin. Neçəyerdən güllə yarası almış «qırmızı əsgər» son gücünü toplayıb torpağa dirsəklənibəlindəki qumbaranı düşmən tərəfə atır vəyaxud da bütün gücünü toplayıb nişan aldığı düşməni yerə sərir və sonra özü də…
Bax, indi2014 də həmin durumdadı və bunun saxtalığı da ondadı ki, ayaqlarının ikisi də arxivdəolduğunu bildiyi halda dirəşib durmaq istəyir. Amma bilmir ki, bunun zamanı keçib, qatarı ötüb gedibvə o bir də geri dönməyəcək. Nə qədər şaxtababa, qarqız əlidolu gəlir gəlsin, nə qədər atəşfəşanlıq olurolsun, heç bir faydası yoxdu. Lap konkret desəm, qəbirdən geriyə yol olmadığı kimi, 2014-ün də geri qayıdışıbarəsində düşünməsiancaq təbəssüm doğurur. Bir tərəfdən baxanda elə bu təbəssüm üçün də ona «sağ ol»deməyə dəyər. Axı bizi güldürüb ayrılır. Amma biz ayrılıqların nə demək olduğunuçox gözəl bilirik.
Sən unut
hər şeyi
sil yaddaşından
hətta
dünəni də –
heç nə saxlama
və bir də
bu günü olmayan
sevginin
nəyi qala bilər ki
axı dünənində…
göz yaşından,
ahdan başqa
deməli
biz birlikdə
heç nə qazanmamışıq
bu həyatda
günahdan başqa!..
***
Mövzunu babalarla başlamışdım, elə babalarla davam edib, babalarla da bitirməkistəyirəm. Dünya tarixində az-az insanlar var ki, onları dahi kimi, şəxsiyyət kimi,fateh kimi, sənətkar kimi və nəhayət böyük hərflərlə yazılan İNSAN kimi qəbul ediblər.Və o az-az adamların, yəni insanların zaman dəyişikliklərinə davamı o qədər möhkəmolub ki, illər ondan heç nə qopara bilməyibdi. Bu mənada biz söz adamlarının Nizamibabası, Füzuli babası, Sabir babası, Üzeyir babası, Əbdürrəhimbəy babası, MirzəCəlil babası, Cavid babası, Müşfiq babası, Səməd babası və bugünümüzdə gözümüzünönündə olmuş Rəsul babası, Bəxtiyar babası, Məmməd babası… Bütün bunlar söz qaldıqca,söz işlədikcə, söz yaşadıqca yaşayacaq şəxsiyyətlər – babalardı! Və biz də onladanöyrənə-öyrənə, öyrəndiklərimizi də ildən-ilə aparmaqla onlarında ömrünə ömür calayırıq. Mən bu söz çevrəsini ona görə təkcə öz məmləkətimə, öz xalqımaaid etdim ki, o adamları əhalimizin ən azı 99 faizi tanıyır və onlar da mənimləyəqin ki, bu barədə mübahisə etməzlər. Ancaq tarixi dəyişən, tarixə ideya verən,tarixi imzasıyla, şəxsiyyətiylə tarixləşdirən babalar da olubdu. Şah İsmayıl kimi,Məmməd Əmin kimi, Heydər Əliyev kimi!
Bəli, indi hər kəsin tanıdığı və hər kəsin də öz fikrini aid etdiyi babaların içərisində qandan, gendən,ailədən gələn babaların xətrinə dəymək olmaz. Dəxli yoxdu ki, onlar çobandı, fəhlədivə yaxud da alimdi, lap elə mənim kimi yazardı…Hər halda, bunlar da bir baba missiyasıdaşıyırlar. Çox istərdim ki, bu babalar nəvələri qarşısında heç bir halda bir anlaşılmazduruma düşüb saxta bir imicə sahib olmasınlar. Axı onda nəvələrinqəlbi sınar və biz də nəvələr üçün yaşadığımıza görə, buna heç cür yol verə bilmərik,əgər ağlımız başımızdadısa. Və nəhayət…
Bax, ilin sonunda, daha doğrusu, «Ədalət» qəzetinin son şənbə sayında məndə ürəyimin bir pıçıltısını, bütün saxtakarlıqları, bütün laqeydlikləri, biganəlikləri,xəbislikləri, hətta kimlərinsə əlindəki aftafanı, dəsmalı görməmək, unutmaq şərtiyləsizə çatdırıram. Bu pıçıltı bütünlüklə səmimiyyətdi, saxta deyil.
Səndən danışıram öz ürəyimlə
Heç kim bilmədiyi sirr puçurlaryır…
Sözümü yarıda kəsir ürəyim –
Birdi O, birdi O, Bir,pıçıldayır…
Gözümdə bu dünya çənə bürünür
Özü öz babına – tənə bürünür…
Ürəyim tül kimi sənə bürünür-
Qulağım xəfifcə,pir! – pıçıldayır…
Azalır elə bil əvvəlki ülfət
Təklik tuş gələndə qol açır xiffət.
Baxıb dörd divara şair Əbülfət -
Kövrəlmə, ay qoca şir!,- pıçıldayır…
P.S. Yazımı bir zarafatla bitirmək istəyirəm. Tanıyıbşahidi olduğum bir mənzərənin sözlə ifadəsidi bu zarafat. Deməli, bir cavan oğlanbabasındansoruşur:
- Baba, nətərsən?
Baba cavab verir:
- Yaxşıyam, bala, nə gözüm görür, nə qulağım eşidir…
P.S. İndi babanın niyə yaxşı olduğunu özünüz fikirləşin…