Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Tərcümeyi-hal Adalet.az | Tərcümeyi-hal Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Tərcümeyi-hal

İnsanın halını ondan gözəl izah edən yoxdu Etibar Cəbrayıloğlu

49042    |   2008-03-30 12:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Partiya və hökumətimizə dam dolusu təşəkkürlər. Novruz bayramı günlərində nə az, nə azacıq, doqquz gün camaata istirahət verildi. Mən də süni parçadan toxunan palaza bürünüb elnən süründüm, yəni hamı kimi doyunca dincəldim. ?z aramızdı, çox dincəlməyin də problemləri var. Adamın borcları yadına düşür.
   
   Boş vaxtlarımda oturub tərcümeyi-halımı yazmaq qərarına gəldim. Adətən belə yazıları qələm adamları kitab çap edəndə vərəqə düzürlər. Mənim kitab çap etdirmək fürsətim sıfıra bərabərdir. Belə yazılar ad günü, yubiley ərəfəsində də qələmə alınır. Yubiley rəqəmli ad günüm bir neçə ay əvvəl olub. Hər ay doğum günü olmaz ki? Yenə deyirəm, bu dəfə tərcümeyi-hal bekarçılıqdan yazıldı.
   
   Oxatan bürcündə anadan olmuşam. Uşaqlıqdan bu yana heç vaxt oxum daşa dəyməyib. Mən dünyaya gələndə sovet hökuməti kosmosun yolunu altı il idi su yoluna döndərmişdi, düzdü, hər adamı göyə buraxmırdılar. Pelenin adı gələndə hələ də müdafiəçi və qapıçılar qorxudan tük tökürdülər. "Neftçi" bir il idi ki, "bürünc" rəngə boyanmışdı. Qardaşım Vəfadar il yarım əvvəl doğulub mən dünyaya gələnəcən xeyli staj toplamışdı.
   
   Ata babam Hitleri öldürdüyünə görə axsayırdı, ana babamı isə Hitler öldürdüyü üçün heç anam özü də onu doyunca görə bilməmişdi. Nənələrimin hər ikisi haqqında xoş sözlər yaza bilərəm, amma qorxuram qəzetdə yer çatmaya. Qalsın başqa yazıya. Soyuducumuz da, kitab rəfimiz də həmişə dolu olurdu, çünki atam iaşədən qazandığı pulu kitaba, jurnala xərcləyirdi. Ucu-bucağı görünməyən ölkədə nə baş verdiyini qonum-qonşuda bizdən tez bilən yox idi, qalaq-qalaq qəzet alırdıq. Anam yer üzündəki bütün anaların ən yaxşısıdır. Ağlım kəsəndən gəldiyim bu qənaəti ömrümün sonunacan dəyişmək fikrim yoxdu.
   
   Bütün sənədlərdə "Xaricdə qohumum yoxdur" yazsaq da xaricdə, daha dəqiqi İranda qohumlarımız vardı, ara-sıra onlardan məktub, rəngli foto- şəkillər alırdıq. Həmişə onlarla görüşməyi arzulayırdıq. Sovet dövründə bizi sərhəddin o üzünə buraxmırdılar, sərhədlər özümüzün olanda da getmək istəmədim, saqqız alverinə nifrət etdiyim üçün...
   
   ?rəyimdə Allahıma böyük sevgi olduğunu Allahım özü də yaxşı bilir, yəqin elə bu üzdən ən düzəlməz işlərimi sahmana salıb. Gözəgörünməz mənə gözəl valideynlər, qardaş-bacı, ailə, övlad, müəllimlər, dostlar bəxş edib. Bəlkə də yeganə adamam ki, hökumətə heç bir verəcəyim yoxdur, amma dostlarıma bir banklıq borcum var. Vətənimi çox sevirəm, erməniləri görməyə gözüm yoxdur. Düzdü, indi ermənilərə pis baxana pis baxırlar. Şuşaya pavilyon deyil, yurd yeri kimi baxdığımdan işğaldan azad edildikdən sonra orada restoran yox, məktəb tikilməsini arzulayıram. "Qarabağ"la "Xəzər-Lənkəran"ın oyununa Ağdamda baxmaq istəyirəm.
   
   Evim olmadığımdan ev telefonum yoxdu, əl telefonumun nömrəsində xeyli "beş" rəqəmi var. Səhər saat 9-dan axşam 12-ə qədər açıq olur. Gecə 12-dən sonra "Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdı"-deyib mobil telefonumu söndürürəm. İstedadsız yazıçı, şair, aktyor, rejissor, müğənni və jurnalist görəndə elə bil ekranda anasını zorlayan oğlan uşağına baxıram.
   
   Bu bayram günlərində bizə bağışlanan istirahət günlərindən istifadə edib tərcümeyi-hal yazdım. Növbəti belə fürsətdə həyat yolumdan bəhs edən hekayə qaralamaq fikrindəyəm. Povest, roman, epopeya sonrakı bayramlara qalsa yaxşıdır...


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-12-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK