deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | BİR DƏSTƏ GÜL ƏVƏZİNƏ Adalet.az | BİR DƏSTƏ GÜL ƏVƏZİNƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR DƏSTƏ GÜL ƏVƏZİNƏ

20647    |   2008-02-02 00:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Deyirlər, ilk təəssürat heç zaman aldatmır. Bir adam ilk baxışda sənə necə təsir bağışlayırsa, elə o cür də var. Uzun illər öncə tanıdığım və həmişə xoş sorağını eşitdiyim o nəcib insan, gözəl cərrah kimi...
   
   Uşaqlıqdan boğaz ağrısından əziyyət çəkir, tez-tez qrip oluram. Onuncu sinifdə oxuyurdum, Əli Bayramlıda avtomobil məktəbinin direktoru işləyən əmim bir gün yenə boğazımı sarıqlı görüb: "Şirvanneft"in poliklinkasında bir cavan həkim var, səni onun yanına aparacağam"- dedi. Apardı da. Qara saçlı, eynək arxasından qara gözləri işıq saçan gənc həkimi ilk baxışda Cəfər Cabbarlıya da oxşatdım. Səbrlə şikayətimə qulaq asdı.Boğazıma baxmaq istəyəndə əllərini tutmağa, ona mane olmağa başladım.
   
   -Niyə belə eliyirsən?
   
   - rəyim bulanır...
   
   - Bulanır-bulansın da... Səhər yediyinə heyfin gəlir?
   
   Daha ona mane olmayıb sakit dayandım...
   
   
   
   ***
   
   
   
   İllər keçdi. Təxminən 17-18 il bundan qabaq ortancıl bacımın da boğazı çox əziyyət verirdi. Qərara aldıq ki, əməliyyat elətdirək. İndi də o, Əli Bayramlıda hamının sonsuz hörmətlə "doktor Babayev" dediyi Mirəfsəl həkimin xəstəsiydi. Əməliyyatdan qabaq bacıma dəyməyə getmişdim. Dedi ki, xəstələr cərrah Babayevi çox tərifləyir, mənə təsəlli verirlər. Amma yenə də qorxuram, bəlkə onunla söhbət edəsən. Belə şeyləri xoşlamasam da, sözünü yerə salmadım.Çox zaman həkimlərin xəstələr arasında fərq qoyması bizi belə addımlar atmağa vadar edir. Əvvəlcə ordan-burdan söhbət elədik. Ən nəhayət, bacımın əməliyyatdan qorxduğunu, elə özümün də nigaran qalacağımı bildirdim və xahiş elədim ki, əlindən gələni əsirgəməsin. Qayğılı-qayğılı gülümsədi, heç nə demədi. Mən orada olanda otağa ağbirçək bir qadın da gəldi. Cərraha səmimi ürəklə minnətdarlıq edən, dualar yağdıran qadın sanki həkim yanına deyil, müqəddəs bir şəxsin ziyarətinə, ocağa gəlmişdi..." Belə cavan yaşda camaatın bunca sevgisini, rəğbətini qazanmaq mümkünmü, görəsən? Axı, kütlə dediyin barmaq tuşlanana üz tutmağa meyllidi... Yəqin bu adamda qeyri-adi nəsə var..." Ta qədimdən bu millət bir ozanı, bir də loğmanı el-obaya məhrəm bilib. Mirəfsəl həkimin timsalında mən bunun ən uca məqamını görürdüm... Həkimin yanından çıxıb koridorla gedə-gedə eşitdiyim sözlər də elə bunlardı: "doktor Babayev", "doktor Babayev..."
   
   Sonra zarafatyana bir rişxəndlə xəstəmizə deyibmiş ki, bacın yanıma gəlmişdi, səni də möhkəm-möhkəm mənə tapşırdı.Bu səmimi rişxənd o demək idi ki, heç kəsi mənə tapşırmağa ehtiyac yoxdu, məndən ötrü hamı birdi... Bacım sonralar da o bənzərsiz insandan danışmaqdan doymazdı. Deyirdi ki, belə həkimin xəstəsi olduğuna görə ona qibtə edənlər də varmış. Deməli, bacarıqlı həkimin, xeyirxah insanın əlinə düşəndə xəstə də qibtə, həsəd hədəfinə dönə bilirmiş. Məni dilə tuturdu ki, bir dəfə gedək onun yanına. Heç nədə gözü olan adam deyil. Elə bir dəstə gül alıb gedərik. Təki onu bir də görək, bir də təşəkkür edək...
   
   
   
   ***
   
   
   
   "525-ci qəzet"in 23 yanvar nömrəsində "Qışda çiçəkləyən ağaclar kimi..." adlı yazını oxuyub diksinirəm. İlahi, bu ki, odur! Bütün Şirvan bölgəsində şəfalı əllərin, xeyirxah qəlbin sahibi kimi tanınan, yaddaşımın " qızıl fondu"nda əbədi yer tutan "doktor Babayev"... Yazını birnəfəsə oxuyuram. Hər cümləsi mənə tanışdı, sanki onun haqqında hər şeyi bilirəm. Yeni olan təkcə həkimin bədii yaradıcılıqla məşğul olması, şeir yazmasıdı. Şəklindən gözümü çəkmirəm, mənə tanış cizgiləri axtarıram. Tapıram da, tapmıram da... İçəri girən iş yoldaşıma göstərib deyirəm: "Mən bu adamı tanıyıram. O, burada yazılanların on qatına layiqdi... Yazını götürüb saxlayacağam"..
   
   Bir gün sonra yazının müəllifi, "Respublika" qəzetinin bölgə müxbiri şair Tofiq Hüseyni görəndə ilk sualım bu olur:
   
   - Doktor Babayev şeir də yazır?
   
   - Yazır, yazır... Mən onun kitablarını sənə göndərərəm.
   
   Bir gün də keçir, həkimin iki şeir, bir nəsr kitabı mənə çatdırılır.Vərəqləyirəm, oxuyuram... Sanki bütün ömrü boyu bir əlində cərrah alətləri, bir əlində qələm olub. Gördüyünü, eşitdiyini, zövq aldığını, sevdiyini, nifrət etdiyini, bir sözlə yaşadığı nə varsa, qəlb süzgəcindən keçirib, özünəməxsus bir həssaslıqla təsvir edib.İlk oxuduğum şeirində belə onun həyata,insanlara sevgisi diqqətimi çəkir:
   
   
   
   Mənimçin dövranın gərdişi şirin,
   
   Mənimçin dünyanın özü şirindir.
   
   Hamının, hər kəsin isti nəfəsi
   
   Dünyaca söhbəti, sözü şirindir.
   
   
   
   Enirəm ruhumun dərinliyinə,
   
   Gedişə, gəlişə gərirəm sinə,
   
   Min qüssə, min əzab olsa da yenə
   
   Həyatın hər üzü,gözü şirindir.
   
   
   
   Həyata kef-damaq üçün deyil, sevincli-kədərli bir ömür yaşamaq üçün gəldiyini anlayan şair bundan qətiyyən darılmır, əksinə, başqa cür yaşaya bilməyəcəyini çox gözəl bilir, ayrı bir yol tutmaq barədə heç düşünmür də.
   
   
   
   Mən ki, heç gəlmədim kef-damaq üçün
   
   Gəldim sevinc-kədər daşımaq üçün.
   
   Hardasa başqa cür yaşamaq üçün
   
   Yolumu hardansa sala bilmərəm.
   
   
   
   Nəsr kitabında özünün də dediyi kimi, on illərlə fasiləsiz qələmə aldığı fikirləri, mülahizələri, xatirələri toplanıb. Müəllif yazır: " Məncə, bəşəriyyətin fikir tarixində yeni fikir yoxdur, qədim və hətta çox qədim fikrin yeni, müasir ifadəsi var. Həm də qədim fikir və mülahzələrin yeni formada ifadə olunmasına, yeni nəslə çatdırılmasına ehtiyac vardır. Maarifçilik həmişə qədim,yeni və əbədidir".
   
   
   
   * Canfəşanlıq olan yerdə məqsəd var.
   
   * Sirr açılandan sonra təzələnir.
   
   * Fəlakət saçan daş da yerə düşdü, adiləşdi.
   
   * Düzü, hamı deməz, həqiqəti hamı söyləməz, haqq-ədaləti hamı bəyənməz, haqlını hamı dəstəkləməz.
   
   * Dünya tamam susanda onu məhv edəcəklər. İndi isə hissə-hissə susduğuna görə onu hissə-hissə məhv edirlər.
   
   
   
   ***
   
   
   
   * Bunlar hələ ilk tanışlıqdan seçdiyim parçalardı.Onu bir qələm sahibi kimi hələ bundan sonra özüm üçün kəşf edəcəyəm. Ən ümdəsi isə odur ki, bu kitablar həmişə mənimlə olacaq, müəllifinin xeyirxah ürəyinin isti döyüntülərini hər zaman mənə çatdıracaq...
   
   P.S. Əzizimiz Mirəfsəl həkim, bizsə bacımla hələ Sizin ziyarətinizə yol gəlirik. Yol həm də ümiddi. Qoy bu yol uzandıqca uzansın, özü ilə birlikdə Sizin də ömrünüzü uzatsın.Bilmirəm, ad gününüz nə vaxdı. Amma onu bilirəm ki, uzun ömür sürmək xoşbəxtlikdi. Sizin kimilərçünsə qəhrəmanlıqdı. Çünki "varlığınızı danmaq istəyənlər Sizi içinizdə deyil, çölünüzdə görüblər". Ətrafımızda bu qədər bədxahlar varkən 70-cən yaşamaq ürək istəyir... Bir xoş gündə yolların bağrını yarıb Sizi ziyarət edəcəyik. Hələliksə bu yazını qəbul edin. Sizə bağışlamaq istədiyimiz o bir dəstə gülün əvəzinə...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK