Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Amerika dolları ucuzlaşdıqca... Adalet.az | Amerika dolları ucuzlaşdıqca... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Amerika dolları ucuzlaşdıqca...

Elariz Məmmədoğlu Maykl Ceksondan yaxşı oxumağa başlayır

22497    |   2007-12-01 06:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amerika artıq ağ eləməyə başlayıb. Səbrimi yavaş-yavaş daşırır. Axır əlimdən xata çıxacaq.
   
   Dostumuz Əbülfət Mədətoğlu ötən yazılarının birində hamıya tanış mənzərəyə toxunmuşdu. Başında dərman üçün bircə dənə də tük olmayan alim televiziya ekranına çıxıb xalqa saçın qorunması haqqında məsləhət verir. 50-dən çox ştatı özündə birləşdirən Amerika mənim gözümdə həmin həkim kimi bir şeydir. Əlin belə yağlıdırsa...
   
   Okeanın o tayında olmasına baxmayaraq, yetənə-yetir, yetməyənə bir... bomba atır. Bütün dünyaya məsləhət verməkdən usanmır. Amerikalılar hər şeyə müdaxilə etməyi özlərinə peşə seçməyə başlayıblar. Amma özlərinə bir ad da tapa bilmirlər. Ata Buşla oğul Buşun ikisinə bir ad və soy adları var- Corc Buş.
   
   Dövlətin gücünü göstərən şeylərdən biri də onun pulu-parasıdı. Son vaxtlar pulları da sürətlə ucuzlaşır. Dolları indi heç... pul yerinə qoymurlar. Dünən səhər balaları məktəbə yola salanda istədim ki, özümü pullu göstərəm. Hərəsinə 5 ABŞ dolları uzatdım ki, fasilədə nəsə alıb qonum-qonşunun uşaqlarına yanıq versinlər. Uşaqlar dolların heç üzünə də baxmadılar. Üstümə elə qışqırdılar ki, Çingiz Məmmədov piket keçirən QAT fəallarına belə bərk qışqırmamışdı. Dedilər ki, 5 ABŞ dollarındansa 1 avro versən daha urvatlı olar. Mən də Buş deyiləm ki, Səddamın xətrinə dəyim, avronu verdim getdilər. Qoy bəzi ağzıgöyçəklər deməsinlər ki, filankəsin uşaqlarına baxın, utanmırlar, ciblərində ABŞ dolları gəzdirirlər.
   
   Hansı telekanalı açırsan, aparıcı ABŞ-dan bəd xəbər verir. Hər gün oralarda daşqın olur, sel gəlib nə qədər Saranı aparır. Ştatların çoxunda yanğın aləmi tüstüyə basır. Ağzından mayonez iyi gələn məktəbli tapançanı götürüb sinifə girir, müəlliməsini də, onun ərini də və oynaşı olan məktəb direktorunu da gülləbaran edir. Amerika daşqın və yanğından sonra yaranan zibilləri yığışdırmaq əvəzinə İraqa demokratiya dərsi keçir. Başqa işlərindən də yazaram, sadəcə, siyasətin dərinliklərinə getmək istəmirəm. Onsuz da siyasətin adı pis çıxıb, Dubaydan 12 dəfə deportasiya ediləni də dindirirsən, deyir ki, mən siyasətə qarışmıram, çünki siyasət çirkin işdir.
   
   Götürək elə ABŞ-ın şou- biznesini. Bir müğənniləri var, Maykl Cekson, əvvəllər az qalırdılar onu adamın gözünə soxsunlar. İndi Maykl bütün dünyanın gözü qarşısında çürüyə-çürüyə gedir. Toya, nişan məclisinə ayaq basmağa heyi də qalmayıb. Amma bizim Elariz Məmmədoğlunun səsi gur-gur guruldayır, göz dəyməsin, saçından yağ damır. Ceksondan fərqli olaraq, Elariz toyxanalardan çıxmır, imkan tapanda Fransaya da baş çəkib Eyfel qulləsinin yanında ciyər kababı yeyir.
   
   Amerikadakı müğənni qadınlar barədə nəsə öyrənməyə peşmansan. Hər ikisindən üçü beş-altı dəfə ərə gedib.
   
   Bizdə belə hal varmı? Sponsoru inciməsə idi götürərdik Ruhini. Gecə saat 4-də yuxudan oyatsan deyəcək ki, mənim bir sevgilim var, yalnız onu sevirəm, vəssalam.
   
   Bütün bunları görə-görə Amerika abrına qısılıb farağat oturmur, uçana-qaçana aman vermir. Dünyanın harasında divara bir mismar vurmağa peşman olursan, gəlib papağını asır. tən gün eyni vaxtda Əfqanıstanda, İraqda...
   
   Az qalmışdı siyasətə qarışım. Ondansa gedim uşaqlara avro qazanım. Məktəbdə yenə süpürgə pulu yığırlar. Süpürgə pulunu ABŞ dolları ilə ödəyəsi deyiləm ki...
   
   
   
   
   
   


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK